Eldar Mahmudov MTN-i və Namiq Abbasov “KQB”x9d-si...

2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində əksəriyyət üçün gözlənilməz əməliyyat keçirildi və Eldar Mahmudov nazir vəzifəsindən qovuldu. Bundan sonra Eldar Mahmudovun “OBXSS”x9d keçmişli biri kimi dövlət üçün strateji bir quruma rəhbərliyinin belə bir sonucla nəticələnəcəyinin gözlənilən olduğunu söyləyənlərə haqq verməmək mümkün olmadı.


Kim idi Eldar Mahmudov? Onu sələfi Namiq Abbasovla fərqləndirən nələr olub?

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyir ki, Namiq Abbasovla Eldar Mahmudovu müqayisə etmək belə düzgün deyil: “Professionallıq nöqteyi-nəzərindən Namiq Abbasovla Eldar Mahmudovu müqayisə etmək düzgün deyil. Namiq Abbasov 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin rəhbər heyətinin hazırlıq keçdiyi məktəbi bitirib. Dünya çapında olan xüsusi xidmət orqanının yetirməsidir. Düzdür, o, partiyadan bu sistemə gəlmişdi, leytenantlıqdan yox, birbaşa polkovnik rütbəsindən xidmətə başlamışdı. Amma hər halda, məktəb keçmişdi, elit münasibətləri görmüşdü və həmin münasibəti saxlayan biri idi. Həqiqətən də xüsusi xidmət orqanı generalı idi. Eldar Mahmudovla Namiq Abbasovu birləşdirən bir məsələ var - o da hər ikisinin eyni hakimiyyətə xidmət etmələridir. Vəssalam. Bu, onları birləşdirən yeganə cəhət olsa belə, orada da bir fərqlilik vardı. Namiq Abbasov Eldar Mahmudovla müqayisəyə gəlməzdi.

Mahmudovun təyinatı yanlış idi və o öz fəaliyyəti ilə bunu bir daha təsdiq etdi. O qədər yanlış oldu ki, 11 il 3 ay ərzində vurduğu zərbə bütünlükdə MTN-in ləğvi ilə nəticələndi. Onun vurduğu zərbənin ağrılarını tezliklə qaldırmaq mümkün deyil. O, professional kadrları dərbədər saldı, bir çoxları özləri çıxıb getdi. Ab-hava o dərəcədə korlanmışdı ki, indiki DTX əməkdaşları bu və ya digər qurumdan rəsmi arayış istəyəndə belə onlar ”x9dsiz də onlar kimisiz" sualı ilə qarşılaşırlar. Yəni düşünürlər ki, Eldar Mahmudovun nazirliyi dövründə olduğu kimi arayışları rüşvət və korrupsiya məqsədləri üçün tələb edə bilərlər. Bunu xüsusi xidmət orqanına vurulan zərərin göstəricisi hesab etmək olar. İnanıram ki, indiki rəhbərlik bu məsələlərin öhdəsindən gələcək. Amma bunun tezliklə olacağını söyləyə bilmərəm. Namiq Abbasovun keçdiyi məktəb, həmin məktəbdə formalaşan xarakteri özünü işdə göstərirdi. Onun nazirliyi dövründə xüsusi xidmət orqanı tamam fərqli idi. Amma “OBXSS”x9d sistemindən gələn Eldar Mahmudov həmin yerişi yeriyə bilməzdi. O, “OBXSS”x9ddən gələnləri istintaqa, əməliyyat işinə yığdı və nəticə də göz qabağındadır. Eldar Mahmudovun özü də, Mövlam Şıxəliyev, Akif Çovdarov və hazırda məhkəmə qarşısında olan dəstəsi də “OBXSS”x9d idilər və sona qədər də həmin təfəkkürdə qaldılar".

İ.İsmayıl deyir ki, E.Mahmudovun təyinatına qədər xüsusi xidmət orqanından digər hüquq-mühafizə orqanlarına rəhbər vəzifələrə təyinatlar olub. Həmin təyinatlar özünü doğruldub: “Rəhmətlik Arif Heydərov daxili işlər naziri vəzifəsinə ”x9dKQB"dən getmişdi. O, kəşfiyyatda, əks-kəşfiyyatda işləmişdi. SSRİ-nin son dövrlərində də Fedarçuk vardı, Ukrayna KQB-sinin sədri idi. Qorbaçov onu SSRİ-nin daxili işlər naziri postuna gətirdi ki, qayda-qanun yaratsın. Adətən belə olardı ki, xüsusi xidmət orqanından digər hüquq-mühafizə orqanına rəhbər göndərərdilər ki, get, orada qayda-qanunu bərqərar et. 2004-cü ildə Azərbaycanda əks proses getdi və bu gün keçirilən məhkəmələrdə üzə çıxan qanunsuzluqlar göz qabağındadır. Namiq Abbasovun dövründə, rəhbərliyi altında heç bir zaman belə bir cinayətlər baş verə bilməzdi. Kimisə xüsusi xidmət orqanına aparıb başına silah dirəyib sən bu qədər pul gətirməlisən deməzdilər. Mümkün deyildi. Namiq Abbasovun keçdiyi məktəb, yol hara, Eldar Mahmudovun gəldiyi “OBXSS”x9d hara. Müqayisə oluna bilməz".


İ.İsmayıl deyir ki, N.Abbasovun nazirliyi dövründə qanunsuzluqlar olub: “Hansısa siyasətçiyə ”x9dtorba" tikib həbs etdiriblər. Belə şeylər olub. Amma biznesmenin başına torba keçirib onu külli miqdarda rüşvət verməyə məcbur etmək olmayıb. Eldar Mahmudovun komandasının törətdiyi əməllərin heç biri Namiq Abbasovun dövründə ola bilməzdi".

İ.İsmayıl deyir ki, sovet dövründə xüsusi xidmət orqanlarını hazırlayan məktəbdə xüsusi xidmət orqanı zabitinin yeri gəldi-gəlmədi vəsiqəsini göstərməsinin qeyri-professional davranış olmasını aşılayıblar: "“Mən KQB işçisiyəm, qaydanı pozuram, bu da mənim vəsiqəm”x9d deyib kimsə özbaşınalıq etməzdi. O dövrdə yol polisi KQB-nin polkovniklərindən birini saxlamışdı, dalaşmışdılar. Bu məsələ böyük bir həngaməyə çevrilmişdi. Bizə məktəbdə deyirdilər ki, vəsiqənizi göstərib “ya siz ”x9dKQB" deməyin, belə şey etməyin. Qanunu pozduğunuzu kimsə deyirsə, sona qədər gedin və haqlı olduğunuzu sübut edib ortaya qoyun deyiblər. Bu gün bizlər ürək ağrısı ilə baş verənləri izləyirik. Çünki o təşkilat təhlükəsizliyin keşiyində duran 1 nömrəli qurum olmalıdır".(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan İrana növbəti humanitar yardım GÖNDƏRƏCƏK

Azərbaycan İrana növbəti humanitar yardım GÖNDƏRƏCƏK

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Qardaşlarımız gəldi... – FOTO

Qardaşlarımız gəldi... – FOTO

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

“Qış yuxusu”ndan oyanan xəstəliklər – Orqanizm niyə yaz fəslini sevmir?

“Qış yuxusu”ndan oyanan xəstəliklər – Orqanizm niyə yaz fəslini sevmir?

Hotellərdəki şampundan niyə istifadə etmək olmaz?

Hotellərdəki şampundan niyə istifadə etmək olmaz?

Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə LƏĞV EDİLDİ

Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə LƏĞV EDİLDİ

Şirkət rəhbəri işçilərinin kirayə xərclərini və kreditlərini ömürlük ödəyəcək

Şirkət rəhbəri işçilərinin kirayə xərclərini və kreditlərini ömürlük ödəyəcək

Ağdaşda 28 yaşlı qadın itkin düşdü – FOTO

Ağdaşda 28 yaşlı qadın itkin düşdü – FOTO

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək - ilkin siyahı

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək - ilkin siyahı

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Tolikin evində xeyir iş - Fotolar

Tolikin evində xeyir iş - Fotolar

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

"WhatsApp"a yeni funksiya GƏLİR

"WhatsApp"a yeni funksiya GƏLİR

Lətifənin bahalı hədiyyələri - Video

Lətifənin bahalı hədiyyələri - Video

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

End of content

No more pages to load

RADİO