“Bu bayram günündə bütün xalqıma xeyirli, uğurlu, ruzi-bərəkətli xa0illər arzu edirəm. Hər bir insanın ürəyindən keçən ən ötəri arzusunun belə həyata keçməsini arzu edirəm. Böyük Tanrıdan ən böyük arzum odur ki, onun ətəyinə sığınmış xalqımızı heç vaxt unutmasın. Mən o Tanrını Ümid adlandırıram, ümid də insandan sonra ölür. Ona görə də mən o ümidlə uca Tanrıya müraciət edirəm ki, Allah xalqımızı hifz etsin, bağışlasın və onu qorusun”x9d.
Bu firkirləri Moderator.az-a açıqlamasında Xalq artisti, əvəzsiz aktrisa Afaq Bəşirqızı Azərbaycan xalqını Torpaq Çərşənbəsi münasibətilə təbrik edərkən deyib.
Xatırladaq ki, bu gün Novruzun müjdəçisi olan çərşənbələrdən sonuncu- Torpaq çərşənbəsi qeyd edilir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”x9d, “Torpaq çərşənbəsi”x9d, “Çərşənbə-suri”x9d adları ilə də tanınır.xa0
Moderator.az ailəsi olaraq biz də öz növbəmizdə həm xalqımızı, həm də dəyərli sənətkarımızı İlaxır çərşənbə münasibətilə ürəkdən təbik edirik. Bu bayramı qeyd edən hər bir insana can sağlığı, ölkəmizə firavanlıq, bolluq arzu edirik. Ağ günlü, ağ bəxtli olasınız!
Rumiyyə