Fazil Mustafa od püskürdü - “Şərəfin, namusun varsa...”x9d


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa yenidən gündəmi zəbt edib. Bu dəfə deputat İran prezidentinin Ermənistan səfərini sərt şəkildə tənqid etdiyinə və şiəliklə bağlı fikirlərinə görə müzakirə obyektinə çevrilib.xa0

F.Mustafa barəsində deyilənlərə sərt cavab verdi: “Bizim kiminsə inancı ilə heç bir problemimiz yoxdur. Azərbaycan multikultural dövlətdir. Burada istər ateist, istər xristian, istərsə də İslam dininin hansısa təriqətinə məxsus biri olsun, hər kəs öz sərbəst fəaliyyəti ilə məşğuldur. İnanclara sayğı göstərilir. Söhbət ondan gedir ki, son günlərdə iki ciddi hadisə baş verib. Biri odur ki, İran prezidenti Ermənistana səfər edərək, təcavüzkar ölkə ilə dostluq münasibətləri, eləcə də Azərbaycan əleyhinə qurulacaq əlaqələr üçün addım atdı. Biz də bu məsələyə etirazımızı bildirdik ki, özünüzə müsəlman deməyin, deyin, erməni ilə dost-qardaşıq. Maraqlıdır ki, Azərbaycan vətəndaşı olan, guya öz dininin təəssübkeşliyini çəkən insanların əksəriyyətindən heç bir mövqe olmadı. Siz necə Qarabağı qoruyursuz, vətəni sevirsiniz? Nə olar ki, dini inancınız uyğun gələndə?xa0

Yanlış hərəkətdirsə, münasibət bildirin. Bunların bir bəyanatı belə olmadı. Səbəbi odur ki, bu kəsimdən olan bəzi insanlar buna simpatiya ilə yanaşırlar. Adicə Hələbdə türkmənlərin qətlər yetirilməsinə simpatiya ilə yanaşırlar. Onlar Türkiyənin məğlub olmasına sevinirlər. Biz tarixi şüurumuzdan çıxış edirik. Necə ki, Nuru Paşa bu xalqı xilas etdi, sabah yenə türk ordusu gələcək. Hansısa dar məqamımızda İran ordusu gəlməyəcək. Bizim arqumentlərimizə cavab verə bilməyəcəklərini görüb, başlayırlar ki, şiəliyin əleyhinə guya fikirlər səsləndiririk. Ümumiyyətlə, biz özümüz də şiəyik. İnanc başqa, öz dövlətini satmaq isə tamam başqa şeydir.xa0

Bu insanların bir qismi xarici kəşfiyyat orqanlarının maraqlarına xidmət edən insanlara çevriliblər. Bunların təsiri ilə ikinci hadisə baş verdi. İranlı professor açıqlama verdi ki, biz Azərbaycanda olan bu əhalinin potensialından dövlətə qarşı hələ istifadə etmirik. Buyurun, salaməleyküm. Açıq şəkildə artıq onlar bu əhaliyə öz potensialları kimi baxır və demək istəyirlər ki, biz istənilən vaxt bir söz deyəcəyik, siz hökumətə qarşı qalxarsınız.xa0

Biz hamımız buna görə susacağıq, bu dövləti qorumağa mənəvi borcu olan insanlar kimi cavab verməməliyik?xa0

Əgər onlar buradakı şiə əhalisinin marağını düşünsəydilər, İrandan buraxılan narkotikin qabağını alardılar. Siz bilirsinizmi, kütləvi şəkildə pulsuz bu əhaliyə nə qədər narkotik paylanır. Nə qədər insanı sıradan çıxarırlar. Öz ölkəmizin maraqlarını qoruyaraq bu fikirləri deyirəm. Əks halda, kiminsə inancından mənə nə? İŞİD-i məndən çox tənqid, ifşa edən varmı? Bunları hamısı bəhanədir. Dosye.org saytı əleyhimə yazı yazır, amma Ruhaninin Ermənistan səfərinə bir dəfə də olsun toxunmur. Şərəfin, namusun varsa, Azərbaycanın marağını qoruyan bir cümlə işlət. Niyə işlətmirsən? Çünki tapşırıq verilir ki, kim bu məsələyə münasibət bildirirsə, onu mətbuat vasitəsilə hədəfə götürün”x9d.

Deputat İran mətbuatının eyni xətt üzrə çalışdığını da qeyd etdi: “Bizi mütləq ya FETÖ-yə, ya da kiməsə bağlamalıdırlar. Ərdoğanın addımlarını dəstəkləyirəm, təqdir edirəm, bəzi hallarda tənqidlərim də olur. Türk hökumətinin, ordusunun Azərbaycanda gözdən salınmasına qarşı sərt şəkildə çıxış edən şəxsəm. Azərbaycanı Türkiyə, Türkiyəni də Azərbaycan qədər sevirəm. Müttəfiqimiz Türkiyədirsə, bu dövlətə qarşı bu qədər hücumlara qarşı olmalıyıq. Qəsdən məsələni başqa istiqamətə yönəldirlər. Bir cümlə belə tapmaq mümkün deyil ki, desinlər ermənilərlə dostluq etmək olmaz. Siz utanmırsınız, Xocalıda qətliam törədən ermənilərlə bu cür yaxınlıq edirsiniz. İsraili bəhanə edirlər. Bəyəm İsrail İran torpağını işğal edib ki, ona qarşı da çıxım? Erməni torpağımı işğal edib, ona görə deyirəm ki, onunla dostluq etmə. Dostluq edirsən, bunun siyasət olduğunu deyirsən. O zaman mənə müsəlmançılıqdan danışma. Pul ödənilən saytlar var, orada istədikləri məqalələri verə bilirlər. Hətta yazıların üslublarına baxın, cümlə quruluşu fars qrammatikasına uyğundur. Müxtəlif adlarla da imzalar qoyurlar. Biz öz dövlətimizi bunların ayaqları altına buraxa bilmərik. Hər bir vicdanlı azərbaycanlı xa0bu şəbəkəyə qarşı mübarizəsini aparmalıdır. Hər cümə namazında şiələrlə yanaşı namaz qılıram. O qədər Azərbaycanda sağlam düşüncəli, vətəninə bağlı şiələr var ki. Azərbaycanın maraqlarından çıxış edən şiə-sünnisi, ateisti belə qardaşdır. Azərbaycanın maraqlarına qarşı çıxış edən hər kəs düşmənimizdir. Onlara qarşı da açıq şəkildə mübarizə aparmalıyıq”x9d.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Tramp BMT-ni tənqid etdi

Tramp BMT-ni tənqid etdi

“Nəvəmə Antalyadan ev aldım”

“Nəvəmə Antalyadan ev aldım”

2026-cı ili necə qarşılamaq lazımdır?

2026-cı ili necə qarşılamaq lazımdır?

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Kamil Bəşirov vəfat etdi - FOTO

Kamil Bəşirov vəfat etdi - FOTO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

End of content

No more pages to load

RADİO