“Bu dəfə Qarabağda “yer-yer”x9d raketləri işə düşəcək...”x9d

Təmas xəttində ən azından xa02011-ci ildən bu yana hərbi eskalasiyasının xarakteri bu il aprelin əvvəllərində Qarabağda döyüş əməliyyatlarının başlanmasının əslində təəcülü olmadığını göstərirdi.

Bu qənaət Brüsseldə mənzillənmiş beyin mərkəzinin-Beynəlxalq Böhran Qrupunun aprel eskalasiyası kontekstində Dağlıq Qarabağ münaqişəsinə dair hazırladığı hesabatda əksini tapıb.

Hesabatda deyilir ki, hər iki tərəfdə güclü millətçi əhval-ruhiyyə yaradan aprel döyüşlərində reaktiv yaylım atəşi sistemləri, tanklar, zərbə pilotsuz uçan aparatları xa0yaxşı hazırlıq görmüş xüsusi təyinatlı qüvvələr istifadə edilib. “Azərbaycan kiçik, ancaq strateji baxımdan çox mühüm əraziləri azad edib, hər iki tərəfdən cəmi 200-ə qədər insan itkisi olub”x9d-hesabatda deyilir.

Mərkəz qeyd edir ki, aprelin əvvəllərində döyüş əməliyyatlarının başlaması haqda xəbərlər gələndə bir çox ölkələrin xarici işlər nazirləri divarlarından asılmış xəritələrdə Dağlıq Qarabağın harada yerləşdiyini tapmağa çalışırdılar. Çünki bu münaqişəni çoxları yaddan çıxarmışdı və onun dondurulduğunu düşünürdü. Ancaq 2016-cı ilin yazında baş verənlər göstərdi ki, belə deyil.


Hesabatda xatırladılır ki, aprelin əvvəllərində hücum əməliyyatları təmas xəttinin iki istiqamətində-şimal-şərq və cənub istiqamətlərində cərəyan edib. Azərbaycan ordusu artilleriya hazırlığı aparıb, qəfil zərbələr təmas xəttindəki erməni qüvvələri arasında panika yaradıb.xa0

Ağdərə və Cəbrayıl istiqamətlərində artilleriya, reaktiv yaylım atəşi sistemləri, tanklar və döyüş vertolyotları ilə dəstəklənən həmlədə sürətli və güclü zərbə ilə Ermənistan ordusunun müdafiə xətti dağıdılıb. Strateji mühüm istiqamətlərdə yaxşı hazırlıq keçmiş xüsusi təyinatlılardan istifadə olunub.xa0

Ermənistan ordusu üç gün ərzində itirilmiş mövqeləri geri qaytarmağa çalışsa da buna müvəffəq olmayıb. Beynəlxalq Böhran Qrupu xatırladır ki, hərbi əməliyyatlar başlayan kimi Rusiya tərəfləri atəşkəs rejiminə qaytarmaq üçün güclü təzyiqlər göstərib. Azərbaycanla sərhəddə, Dağıstanda Rusiya qüvvələri təlimə çıxarılıb, Putin prezidentlərə zəng vurub. Nəhayət tərəflər hərbi əməliyyatların dayandırılmasına dair razılaşma əldə ediblər.


Hesabata əsasən aprel döyüşlər aparıcı beynəlxalq oyunçuların münaqişənin dinc həllinin tapılmasına səyləri cəmləşdirməli olduğunu bir daha göstərdi. Hansı ki, çoxları bu münaqişəni səhvən “dondurulmuş”x9d hesab edirdilər. Beynəlxalq Böhran Qrupunun analitikləri apreldə hərbi əməliyyatların dayandırılmasına baxmayaraq münaqişənin yenidən və daha iri miqyasda alovlanması riskinin olduqca yüksək olduğunu qeyd edir. Bildirilir ki, hərbi əməliyyatlar yenidən başlasa aprel döyüşlərindən daha iri miqyaslı və daha dağıdıcı olacaq.

Hesabata əsasən bu dəfə döyüşlərdə yüzlərlə kilometr radiuslu "yer-yer" tipli raketlərdən istifadə riski mövcuddur, dinc sakinlər arasında itkilər isə yüksək olacaq. xa0Analitiklərin rəylərinə görə 25 il əvvəllə müqayisədə, aprelin əvvəlində Ermənistan və Azərbaycan cəmiyyəti münaqişəni hərbi yolla həll etməyə daha çox meyilli idi.

Dağlıq Qarabağ münaqişəsinin həllində üçüncü ölkələrin rolunu şərh edərkən BBQ Rusiyanın özünü əsas vasitəçi və təhlükəsizlik qarantı kimi gördüyünü vurğulayır: "Rusiya Ermənistanla sazişlərə əsasən özünü təhlükəsizliyin qarantı kimi göstərir. Türkiyənin isə Azərbaycanla hərbi əməkdaşlığı, vacib enerji əməkdaşlığı, sıx siyasi və iqtisadi münasibətləri var. Moskva və Ankara arasında əlaqələr gərgindir. İran isə hələ də regiona yanaşmasını müəyyənləşdirir, amma regionda böyük rol oynamağa çalışır. Burada maraqlar Dağlıq Qarabağ münaqişəsində irəliləyiş baxımından eynilik təşkil edir. Ancaq özünü əsas vasitəçi kimi görən Moskva təsir zonası hesab etdiyi regionda mövqelərini gücləndirməyə çalışır".


Beynəlxalq Böhran Qrupu bu qənaətdədir ki, münaqişənin tezliklə həll edilməsinə nail olmaq üçün Minsk Qrupunun hər üç həmsədr ölkəsi yüksək səviyyədə danışıqlar prosesinə cəlb olunmalıdır.

“Həmsədrlər tərəfələrə təzyiq göstərərək onları güzəştlərə məcbur etməli, xüsusən də Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərini qaytarmasına, Azərbaycanın isə Dağlıq Qarabağa beynəlxalq səviyyədə dəstəklənən güclü təhlükəsizlik qarantiyası və aralıq status verilməsinə razı salmalıdır”x9d-hesabatda deyilir.

Avropa İttifaqının roluna gəlincə, təşkilat Aİ-nin ATƏT-in Minsk qrupunu dəstəkləməyə davam etməsinin lazım olduğunu qeyd edir: "Aİ münaqişədən sonrakı dövrdə nə kimi yardım göstərə biləcəyini düşünməlidir".

Sonda BBQ bəyan edir ki, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupu gələcək sülhməramlı missiya ilə bağlı işləri gücləndirməlidir: "Bu məsələ ətrafında çoxlu siyasət işləri olacaq, amma planlaşdırmanı sürətləndirmək üçün müzakirələr aparılmalıdır".(Virtualaz.orgxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəbul imtahanında 16 nəfərin nəticələri LƏĞV EDİLDİ

Qəbul imtahanında 16 nəfərin nəticələri LƏĞV EDİLDİ

Sumqayıtda 4 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı

Sumqayıtda 4 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı

Anar Bayramov daha 3 xəstəxananın direktorunu İŞDƏN ÇIXARDI

Anar Bayramov daha 3 xəstəxananın direktorunu İŞDƏN ÇIXARDI

Azərbaycanda evdən işləmək qanuniləşəcək — Deputat açıqladı

Azərbaycanda evdən işləmək qanuniləşəcək — Deputat açıqladı

“Neftçi” müdafiəçi transfer etdi

“Neftçi” müdafiəçi transfer etdi

"Azərikard"da yaranan problem ARADAN QALDIRILDI

"Azərikard"da yaranan problem ARADAN QALDIRILDI

İmtahanda maksimum nəticə toplayanların ADLARI

İmtahanda maksimum nəticə toplayanların ADLARI

Naxçıvanda sel: Bəzi çaylar daşdı - VİDEO

Naxçıvanda sel: Bəzi çaylar daşdı - VİDEO

İyunun 7-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

İyunun 7-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

Daha bir futbolçu “Zirə”ni tərk etdi

Daha bir futbolçu “Zirə”ni tərk etdi

Qalibaf: Son bir ildə Azərbaycan-İran əlaqələrində daha böyük inkişaf müşahidə olunur - FOTO

Qalibaf: Son bir ildə Azərbaycan-İran əlaqələrində daha böyük inkişaf müşahidə olunur - FOTO

“Yeraltı”dan ayrıldı

“Yeraltı”dan ayrıldı

Qızıl kəskin UCUZLAŞDI

Qızıl kəskin UCUZLAŞDI

Tramp İranı danışıqları dayandırmaqla HƏDƏLƏDİ - FOTO

Tramp İranı danışıqları dayandırmaqla HƏDƏLƏDİ - FOTO

Pakistan hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət etdi - FOTO

Pakistan hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət etdi - FOTO

Sertifikasiya imtahanının 5-ci günü: 6500-ə yaxın müəllim iştirak etdi - FOTO

Sertifikasiya imtahanının 5-ci günü: 6500-ə yaxın müəllim iştirak etdi - FOTO

Arvadına mesaj göndərən dəmirçini bıçaqladı: Binədəki insidentin TƏFƏRRÜATI

Arvadına mesaj göndərən dəmirçini bıçaqladı: Binədəki insidentin TƏFƏRRÜATI

Sumqayıtda yük avtomobilləri toqquşdu - VİDEO

Sumqayıtda yük avtomobilləri toqquşdu - VİDEO

Bakıda zibillikdən tapılan “Chevrolet Cobalt”la bağlı RƏSMİ AÇIQLAMA

Bakıda zibillikdən tapılan “Chevrolet Cobalt”la bağlı RƏSMİ AÇIQLAMA

Anar Bayramov daha bir direktoru İŞDƏN ÇIXARDI

Anar Bayramov daha bir direktoru İŞDƏN ÇIXARDI

Azərbaycanın iki rayonunda qaz olmayacaq

Azərbaycanın iki rayonunda qaz olmayacaq

İraq Prezidenti İlham Əliyevi təbrik etdi

İraq Prezidenti İlham Əliyevi təbrik etdi

Sabah Aşura günüdür – QMİ əhaliyə MÜRACİƏT ETDİ

Sabah Aşura günüdür – QMİ əhaliyə MÜRACİƏT ETDİ

Bakıda telefonunu maşına çırpıb pul tələb edən ŞƏXS SAXLANILDI - VİDEO

Bakıda telefonunu maşına çırpıb pul tələb edən ŞƏXS SAXLANILDI - VİDEO

End of content

No more pages to load

RADİO