Dünən Türkiyənin Yıldız Texniki Universitetinin Mədəniyyət Mərkəzində Türkiyə Zəkalılar Dərnəyinin keçirdiyi bir tədbirdə Nobel mükafatlı türk alim Aziz Sancar maraqlı fikirləri ilə gündəmə öz damğasını vurub. Onun çıxışından bəzi parçaları təqdim edirik:
“Daha gözləyə bilmərik. 2023 deyirik. İnşallah 2023-cü ildə olar. Onda olmasa, 2033-də olsun, amma ondan da 25-30 il sonranı gözləyə bilmərik. Artıq Amerika və Avropa səviyyəsinə qalxmamız lazımdır. Elm və texnologiya ilə maraqlanan uşaqlarımızı dəstəkləməliyik, onların inkişafını asanlaşdırmalıyıq”¦
Mən üstün zəkalı deyiləm. Üstün zəkalı uşaqlar var və onları təbrik edirəm. Onlara uğurlar arzu edirəm və onlara əlimizdən gələn qədər dəstək vrməliyik. Amma uğurlu olmaq Nobel almaq deyildir. Uğurlu olmaq ailənizə, ölkənizə, vətəninizə, insanlığa xidmət etmək deməkdir.”x9d
Bir ayaqqabı rəngləyən, bir müəllim, bir rektor, yaxud Nobel almış bir elm adamının işini yaxşı görməsi uğurdur. Nə ediriksə edək, əlimizdən gələn ən yaxşısını etməyə çalışaq. Bu, bir ölkənin uğurudur. Amma uşaq vaxtı təbii ki, bu düşüncəni uşaqlarımıza başa salmalıyıq. Bu düşüncəni onlarda inkişaf etdirməliyik.
Əvvəlcə bu tədbirə gəlmək istəmirdim. Bu tədbirə görə yox, heç bir yerə getmək istəmirəm. Amma gələndə çox sevindim.
Mənim də bir az qatqım olsun dedim. Elm yapmalıyıq. İnsanlığın elm xəzinəsinə qatılmalıyıq. Niyə etmirik? Yalnız Türkiyə deyil, bütün İslam dünyası son 500 ildə doğru-dürüst elmə töhfə verməyib. Bu, həqiqətdir. Bunu düzəltməliyik.”x9d
Əziz Sançarın bu nitqi tamamilə birtərəfli idi. Son 500 ildə nəinki bütün müsəlmanlar arasında, hətta onun vətəni olan Türkiyədə də dünya elminə töhfə verən alimlər az olmayıb.
Moderator.az Türkiyə yox, Azərbaycandan- yəni dünya elminə töhfə vermiş Azərbaycan alimlərindən danışacaq. Qeyd edək ki, adlarını çəkdiyimiz alimlər siyahının yalnız bir hissəsidir:
Yusif Məmmədəliyev - Azərbaycan SSR EA yarandıqdan (1945) sonra onun ilk prezidentlərindən biri, 1954-1958-ci illərdə ADU-nun (indiki BDU) rektoru olub. Kəşfləri ilə dünya kimya elminə yeniliklər gətirən akademikin adına hətta ixtirası olduğu reaksiya da var. “Molotov kokteytli”x9dndən tutmuş SSRİ-də istehsalınadək bir çox böyük layihələrdə onun əməyi var.
Lütfi Zadə - Süni intellekt nəzəriyyəsinin, eləcə də qeyri-səlis məntiqin banisi olan dünya şöhrətli alim Kaliforniyanın Berkli Universitetinin professorudur. Qeyd edək ki, həmin universitetin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Süni intellekt nəzəriyyəsinin banisi kimi tanınsa da onun digər 5 kəşfi modern dünya üçün əsil inqilab olub. Həmin kəşflər bunlardır: təəssüratlar nəzəriyyəsi, sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər nəzəriyyəsi və “soft kompyutinq”x9d. Hazırda əsərlərinə ən çox istinad edilən alimdir. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.
Kərim Kərimov - Dünyanın raket texnikasını dərindən bilən tək-tük alimlərindən biri. Ali məktəbə sənəd verərəkən savadı yoxlanılaraq birdən-birə beşinci kursa qəbul edilən Kərimov müharibə vaxtı hərbi sursatların və döyüş mərmilərinin hazırlanması ilə məşğul olsa da, sonradan ömrünü tamamilə elmə həsr edib. O ballistik raketlərin radioölçmə sahəsində, kosmik parametrlərin və aparatların hazırlanmasında mühüm elmi kəşflərə imza atmışdır. “Baykonur“ kosmodromu və NASA bəzi işlərində akademik, general-leytenant Kərim Kərimova çox minnətdardır.
Xudu Məmmədov - Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerika , bütün dünyada istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis dilində yazmışdı. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak rolunu oynayır. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O həm də estetika ilə intellektuallığın, fəlsəfə ilə elmin sintezini yaradanlardan biridir.
Rafiq Əliyev - Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat , süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik:
AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması
Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması
Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi
ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi
Elyaz Babayev - “İnsan və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu”x9d adlı elmi kəşfə imza atan professordu. Həmin kəşfin mərkəzində insan və heyvan sümüklərində, eləcə də yaşla bağlı dəyişən sümük toxumalarında dinamik qüvvəyə malik çoxsahəli gərginliyin ilk dəfə aşkarlanması durur. Alim 1970-ci ildə apardığı çoxsaylı
elmi araşdırmalar və eksperimentlər nəticəsində bu kəşfə nail ola bilib. Elyaz Babayevin kəşfi bu sahənin mütəxəssisləri olan qabaqcıl dünya alimlərini çox heyrətləndirir. Çünki onlar uzun müddətdir ki, bu fizionomik kəşf üçün cəhd edirdilər. Lakin bu Moskvada elmi fəaliyyətlə məşğul olan qafanlı balasına müyəssər olur. Bu kəşfə qədər sümüklərə, sadəcə olaraq, dayaq-istinad funksiyası daşıyan orqan kimi baxılırdı. Amma bu elmi kəşf aydınlaşdırdı ki, insan və heyvanların hər hansı bir sümüyü öz quruluş və formasından asılı olaraq müxtəlif dinamik gərginliyə malikdir. Artıq bu kəşfdən sonra sümüklərə biotexniki və fizioloji baxımdan tamam başqa aspektdən yanaşılmağa başlandı. Bu kəşf sümük nəzəriyyəsinə orqanizmin elementi kimi yox vahid sistematik quruluş kimi yanaşmağa məcbur etdi.
Əli Cavan- “Qaz lazerinin atası”x9d Əli Cavan 1926-cı il dekabrın 27-də anadan оlub. Əli Cavan dünyaya gələndən bir qədər əvvəl onun valideynləri Təbrizdən Tehrana köçürlər. Əli Cavan 1948-ci ildə Tehran Universitetini bitirdikdən sоnra ABŞ-a köçərək Kоlumbiya Universitetində təhsilini davam etdirir. 1958-ci ildə оnu məşhur “Bel-Telefоn”x9d şirkətində laboratоriyaya rəhbərlik etmək üçün dəvət edirlər. Burada о, qaz lazerinin yaradılması imkanını nəzəri cəhətdən əsaslandırır və öz ideyasını həyata keçirməyə başlayır.
“Müasirliyin 100 dahisi”x9d siyahısında 12-ci hesab edilən Əli Cavan bu gün peyk rabitəsindən tutmuş təbabətədək hər bir sahədə tətbiq olunan qaz lazerinin yaradıcısıdır. Rabitə, materialların emalı, informasiyanın ötürülməsi və saxlanılması, tibb və digər sahələrdə istifadə edilən hər bir texniki qurğu alimin kvant elektronikası sahəsindəki kəşfi əsasında işləyir. Əli Cavanı “Şərqin Eynşteyni”x9d, “lazerin atası”x9d adlandırırlar.
Məsud Əfəndiyev - 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olub. İki il oxuduqdan sonra Məsud Əfəndiyev təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pilləsinə qalxaraq, uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib. Artıq 19 ildir ki, Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində «Dinamik sistemlər» şöbəsinin müdiridir. Həmyerlimiz 2005-ci ildə Yaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Scionce ”“ JSPS» təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt”x9d mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb.
Qərib Mürşüdov ”“ bioinformatika sahəsində tanınmış mütəxəssis, Böyük Britaniya Birləşmiş Krallığı Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alim. Professor Qərib Mürşüdovun “Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı: etibarlı informasiyanın toplanması və istifadəsi”x9d bioinformatika üzrə ən çox istinad olunan vəsaitlərdəndir. Alim bu kitabı ilə bioinformatikanı modern biologiya elminin zirvəsi olduğunu Avropaya sübut edə bilib. Qərib Novruz oğlu Mürşüdov 19 dekabr 1962-ci ildə Şəmkir rayonunda anadan olub. 1980-85-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsini təhsil alıb. 1989-92-ci illərdə isə Rusiya Kristalloqrafiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib. 1985-1987-ci illərdə AMEA-nın Fizika İnstitutunda, 1987-1993-cü illərdə Rusiya Kristalloqrafiya İnstitutunda çalışıb. 1993-cü ildən etibarən isə York Universitetində elmi fəaliyyətini davam etdirir. Elmdə istinad indeksi deyilən ölçü vahidi vardır. Mürşüdovun işlərinə istinadların sayı 10000-i keçib.
Elmin NURİ