Məlum olduğu kimi, ABŞ-ın prezidenti Barak Obama Kubaya səfər edib. Səfər əsnasında Kuba rəsmiləri ilə görüşlər keçirən Obamanın məlum səfəri bütün dünyada ciddi marağa səbəb olub. Belə ki, siyasilərin əksər hissəsi bu səfərin Kuba-Amerika əlaqələrində müsbətə doğru ciddi dəyişikliyə səbəb olacağı qənaətindədir. Bununla yanaşı, ekspertlərin bir çoxu hesab edir ki, bu səfər və onun iki dövlət arasındakı əlaqələrin inkişafına yol açan nəticələri Kreml tərəfindən ciddi narahatlıq və narazıqlıqla qarşılanacaq.
Maraqlıdır ki, siyasilərin bəzisi bu səfərin Kuba-Amerika münasibətlərindən daha çox Amerika-Rusiya gərginliyindən dolayı reallaşdığı qənatəindədirlər. Bu qəbildən olan politoloqlar hesab edir ki, hakimiyyəti dönəmində daha çox “yumşaq güc”x9d siyasətinin tərəfdarı kimi tanınan Obamanın Kuba səfərində məqsəd bu dövləti özünün ənənəvi müttəfiqi olan Rusiyadan ayırmaqdır. Siyasi şərhçilərin qənaətincə, Obama bununla Rusiyanın plazdarmı olan Kubanın Amerika üçün törətdiyi təhlükəni ortadan qaldırmaqla yanaşı, Rusiyanın Kuba üzərindəki siyasi nüfuzuna da son qoymaq niyyətindədir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli isə hesab edir ki, Obamanın səfərini bu konteksdən dəyərləndirmək o qədər də doğru deyil:
xa0“Mən məsələyə belə yanaşmıram. Əvvəla, Kubada bu gün də sosializm özünün müəyyən formalarını qoruyub saxlamaqdadır. Rusiya Kubadan ABŞ-a qarşı bir plazdarm kimi istifadə edir. Ola bilsin ki, Obamanın bu səfərindən sonra ABŞ-la təmaslar fonunda Kubada demokratiyaya meyl artsın.
Kubada hazırda avtoritar bir rejim mövcuddur. Bu rejim ölkədə məhsuldar qüvvələrin inkişafına imkan vermir. Xüsusilə də, qonşuluqdakı zəngin və varlı ABŞ-la müqayisədə Kubada insanlar yoxsulluq içərisində yaşayır. Bu nöqteyi-nəzərdən Amerika prezidentinin Kubaya səfəri iki ölkə arasında gediş-gəlişi asanlaşdıracaq, tərəflər arasında ticarət əlaqələrini genişləndirəcək. Mümkündür ki, bu təmaslar nəticəsində azad bazar iqtisadiyyatının, ABŞ siyasi sisteminin üstünlükləri tədricən Kuba insanlarının beyinlərində oturuşacaq”x9d.
Politoloqun sözlərinə görə, Amerika dünya dövlətlərini Amerika nümunəsini ortaya qoyaraq özünə tərəf cəlb etmək siyasəti yürüdür:
“Amerika böyük bir dövlətdir. ABŞ Rusiyadan fərqli olara insanları, dövlətləri özünə silah gücünə tabe etdirmir. Amerika özünü, öz iqtisadi-siyasi sistemini nümunə gətirərək məhz nümunə gücünə, nümunə hesabına insanların, dövlətlərin rəğbətini qazanır, onları özünə tərəf çəkir. Birləşmiş Ştatlar zənnimcə, Kubaya da məhz bu cür təsir etməyə çalışacaq. Kuba ABŞ-la qonşuluqda olsa da, ondan min kilometrlərlə uzaqda olan, ABŞ-dan xeyli geridə qalan Rusiyanın təsiri altındadır və Rusiya arada Kubaya müəyyən yardımlar göstərməklə onları özünün müstəmləkəsi kimi saxlayır. Odur ki, Amerika nümunə gücünə Kubanı özünə bağlamağa çalışacaq. Bu, Rusiyanın müttəfiqni zor gücünə onun əlindən almaq kimi dəyərləndirilə bilməz. Seçim azad seçimdir. Seçimi Kuba xalqı edəcək. Bu seçim xalqın iradəsinə buraxılıb. Bunu da unutmayaq ki, Kubada hər hansı dəyişiklik birdən-birə olmayacaq”x9d.
Q.Hüseynlinin bildirdiyinə görə, Kuba-Rusiya həmrəyliyi sosialist həmrəyiyindən irəli gələn bir birlik olsa da, bu gün vəziyyət əhəmiyyətli dərəcədə dəyişib:
“Kubada Rusiyaya olan meyl illər uzunu formalaşan sosialist həmrəyliyindən irəli gələn bir meyldir. Bu gün isə Rusiyada sosializm yoxdur, vəhşi kapitalizm mövcuddur. Inanıram ki, ABŞ prezidentinin Kubaya sədəri Kuba-Amerika əlaqələrini xeyli şəkildə canlandıracaq və bu canlanma Kuba xalqının dünyagörüşündə, həyata baxışında, düşüncəsində kəskin dönüşə səbəb olacaq. Bu dəyişiklik isə Amerikaya meyl şəkildə özünü büruzə verəcək. Hər şey təbii-tarixi proses kimi baş verəcək”x9d.
xa0
Seymur Əliyev
xa0