Ramin Hacılı Parlament seçkiləri zamanı ölkəni niyə təcili tərk etdi?

Azərbaycan Avropa Hərəkatının prezidenti, Ümid Partiyasının sədr müavini Ramin Hacılı 2015-ci il Parlament seçkiləri zamanı ölkəni təcili tərk etməsinin səbəblərini ilk dəfə açıqlayıb. 

"2015-ci il parlament seçkilərinə aktiv şəkildə qatılacağımı ilin əvvəlindən bəyan etmişdim. Artıq iyun ayında ofisimiz, əməkdaşlarımız, peşəkar kadrlarımız hazır idi. Komanda olaraq çox fəal bir seçki planı qurduq. Bundan dərhal sonra bizə qarşı bir hücum başladı. Mən hər zaman özümə qarşı olan hücumları ictimailəşdirməkdən imtina etmişəm. Çünki bu halda insanlar bizimlə birgə olmaqdan çəkinirlər. Buna görə barəmizdə “təzyiq yoxdursa, hökumətin adamıdı”x9d deyilməsinə bilərəkdən razı oluruq. Onu da deyim ki, bizə  basqılar açıq və birbaşa olmur. Bunu məsələn, fürsət tapıb şayiə buraxmaqla, hansısa işə dolayısıyla əngəl olmaqla edirlər. Bu özü də bir növ tərkisilah yoludu. İstəyirəm növbəti dəfə oyunları pozum və hər şeyi açıqlayım. Baxmayaraq ki, biz dövlətimizin adına xələl gəlməsini istəmirik, lakin görünür bunu istəyənlər elə dövlət adından danışanlardı.

Uzun müddət idi ki, mənim "www.raminhacili.info" domenim porno saytların birinə yönləndirilmişdi. Bu, deputatlığa namizəd üçün ciddi bir problem idi. İki ilə yaxın müddətdə bunu həll etməkdə çətinlik çəkirdim.

2015-ci ilin iyun ayında mənə "facebook"dan bir  şəxs tərəfindən müraciət daxil oldu ki, bu problemi müəyyən vəsait qarşılığında həll edə bilər.

Dedim ki, həll edin, sonra istədiyiniz vəsaiti ödəyərəm. Razılaşdıq, işə başladı. Növbəti gün artıq problem aradan qaldırılmışdı. Başqa mail vasitəsi ilə, sayt yenidən mənim adımda oldu. Problem çözüldü düşündük, həmin şəxsin təkidi ilə o domendə mənim üçün özünün qurmaqda olduğu sayta daxil ola bilirdim. Guya iş gedirmiş. Bu işləri də görmək üçün məndən ayrıca vəsait almışdı.

Günün birində bu adam yoxa çıxdı. Onu tapmayanda biz İT sahəsində çalışan peşəkarlara müraciət etdik ki, həmin domen əsasında sayt yaratmağa kömək etsinlər.

Məlum oldu ki, bu domen virusdu və kim ora daxil olursa onun kompüterində,  telefonunda  olan papkalar götürülür.

Bu arada başqa bir adam məni davamlı olaraq təhdid və şantaj etməyə başladı. 

Təhdid edən şəxs deyirdi ki, sənin və ailənin kompüterinin, telefonlarınızın yaddaşına daxil olmuşuq, əlimizdə materiallar var. Əvvəlcə inanmadım. Amma sonradan o elə məlumatlar verdi ki, narahat olmağa başladım.

Mənə gələn materialı ofisdə olarkən öz kompüterimlə, evdə olarkən isə xanımımın kompüterilə açıb oxuyurdum. Bunlar da bu vasitə ilə hər iki kompüterin yaddaşını köçürüblər. Bu bizi çox narahat etməsə də, onun dediyi kimi kompüter kamerası vasitəsi ilə evin içinə daxil olub-olmamasını gərginlik yaratmışdı. Çünki iddia edirdi ki, kompüter kamerasıyla evdən görüntülər əldə edib. Həmin adam əlində çox ciddi material olduğunu və bunu açıqlayacağını deyərək məni davamlı şantaj edirdi.

Məndən tələb edirdilər ki, xanımım Aysel Əlizadə və mən seçkilərdən geri çəkilək.

Namizədliyimi geri götürməsəm də seçki gününə bir ay qalmış kampaniyanı dayandırmaq qərarına gəlmişdik. Buna səbəb namizədlərə efir vaxtının verilməməsi, seçki məcəlləsində olan boşluqların qalması, beynəlxalq müşahidəçilərin prosesə buraxılmaması, dövlət resurslarının YAP namizədlərinin xeyrinə işlənməsi, Vətəndaş Cəmiyyəti İnisututlarının dişsiz hala salıması idi. Passiv mövqe tutmaq qərarımızdan sonra, geri çəkilmək barədə düşünməyən xanımım Aysel Əlizadəyə yardım etmək qərarı aldım.

Şantaj edənlər təkidlə Azay Quliyevin adını çəkir və xanımımın onun xeyrinə namizədliyini geri çəkməsini istəyirdi(lər). Düşünürdüm ki, bu qrupa tapşırığı Azay Quliyevin komandası verir. Ona qarşı çox qəzəbli idim. Yaydığım video müraciətdə MTN başda olmaqla bütün tərəflərə qəzəbimi göstərirdim. Nə olur olsun insanlarla, rəqiblərlə münasibətdə təmkinli olmağa çalışmışam. Ancaq indi vəziyyət başqa idi. Baş verənlər səbrimi daşırırdı. Sonradan Azay Quliyevin mənə çaşqın halda verdiyi “Mənə qarşı niyə belə aqressivsən?”x9d sualı bu barədə yenidən düşünməmə səbəb oldu. “Burda nəsə başqa bir oyun oynanılır”x9d versiyası istisna deyildi.

Türkiyədə yaşayan və İT sahəsi üzrə çalışan Emre adlı dostum ilə əlaqə saxladım. O mənə yardımçı olacağını bildirdi. Seçki gününə az qalmış yoxa çıxmamın yaradacağı ajiortajı təxmin etmişdim və bununla həm də oyunları pozmaq istəyirdim. Namizəd olduğum dairədə əleyhimə plan qurulduğundan xəbərdar idim. Belə də oldu, seçki günü guya mənim adıma yazılmış bülletenlər “tutuldu”x9d (!) Yalnız bir dairədə, kameraların gözü qarşısında saxta bülletenlər aşkarlanır, o da, sən demə, mənim adıma hazırlanıb. Bunu yayan “Azadlıq”x9d qəzeti oldu ki, o da ayrı problemdi.

Barəsində dediyim “www.raminhacili.info”x9d domeninə virisu qoyan adamı ortaya çıxarmaq üçün bir sentyabr tarixində polisə müraciət etmişdim. Üstündən 40 gün keçməsinə baxmayaraq 102 xidmətinə etdiyim müraciət, yazdığım ərizə əsasında heç bir tədbir görülmürdü.

Qərara gəldim ki, bütün materialları götürüb Emre ilə görüşə gedim və özümüz bu həmlənin edildiyi ünvanı aşkarlayaq, adamı və ya adamları ortaya çıxaraq. Elə getməliydim ki, bunu heç kəs bilməsin. Çünki izlənirdim. Telefonları söndürdüm, kompüterimi götürdüm və bir sutkaya Ankaraya çatdım. Emre məni hakerlərlə görüşdürdü. Məndə olan virusların potensialını, təhdid gələn ünvanın İP-sini tapdıq. Məlum oldu ki, bu adam bizim evə yaxın yerdə qalır və ya ev kiralayıb.

Mütəxəsislər əsas məsələyə aydınlıq gətirdi:  o adam kamerayla evimizə daxil ola bilməyib. Bu məsələ tez zamanda aydın olduğu üçün “facebook”x9d profilimdə yazdığım tarixdə - 2 noyabrda yox, daha tez qayıtdım.

Təhdid edən şəxs(lər)in ünvanını, hansı proqramlarla işlədiyini, virusun funksiyalarını öyrəndik. Məlum oldu ki, Delta Telecom-dan öz evinə birbaşa ayrılmış xətt (fiper optik) çəkdirib. Provayder olmadığından adresi dəqiq təyin etmək mümkün olmur, yalnız yerləşdiyi ərazini aşkarlaya bildik. Kiber terror seçkidən sonra da, bu gün də davam edir. Sonradan olanlar artıq türkiyəli dostlarım tərəfindən deşifrə olunur.(Qaynar.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artisti: “Qızıma demişəm ki, qayınanana öz anan kimi qayğı göstərməlisən” - VİDEO

Xalq artisti: “Qızıma demişəm ki, qayınanana öz anan kimi qayğı göstərməlisən” - VİDEO

Ağdərədəki mina partlayışı ilə bağlı BİRGƏ MƏLUMAT

Ağdərədəki mina partlayışı ilə bağlı BİRGƏ MƏLUMAT

Rezidentura üzrə sınaq imtahanı keçiriləcək

Rezidentura üzrə sınaq imtahanı keçiriləcək

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

2 ildən sonra sevgili olduqlarını elan etdilər - FOTO

2 ildən sonra sevgili olduqlarını elan etdilər - FOTO

“İmişli” və “Şamaxı”da CİDDİ İTKİLƏR

“İmişli” və “Şamaxı”da CİDDİ İTKİLƏR

Məşhur şirkətin sabiq baş direktoru ölüm cəzasına MƏHKUM EDİLDİ

Məşhur şirkətin sabiq baş direktoru ölüm cəzasına MƏHKUM EDİLDİ

Britaniyanın İraqdakı neft bazası belə vuruldu – ANBAAN VİDEO

Britaniyanın İraqdakı neft bazası belə vuruldu – ANBAAN VİDEO

Elnur ölümdən döndü - VİDEO

Elnur ölümdən döndü - VİDEO

Ev almaq istəyənlərə “daşdan keçərli” tövsiyələr - Bu iki üsulla uğurlu seçim edə bilərsiniz

Ev almaq istəyənlərə “daşdan keçərli” tövsiyələr - Bu iki üsulla uğurlu seçim edə bilərsiniz

Rusiyada Azərbacandan gedən sərnişinlərin ərzaqları müsadirə olunur - CƏRİMƏ KƏSİLİR - FOTO

Rusiyada Azərbacandan gedən sərnişinlərin ərzaqları müsadirə olunur - CƏRİMƏ KƏSİLİR - FOTO

SON DƏQİQƏ! Suqovuşanda mina partlayışı – Yaralanan var

SON DƏQİQƏ! Suqovuşanda mina partlayışı – Yaralanan var

"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

İlon Maskın küsülü olduğu atası Moskvaya köçür

İlon Maskın küsülü olduğu atası Moskvaya köçür

Türkiyə yığması tarixi uğurdan sonra İstanbula döndü - VİDEO

Türkiyə yığması tarixi uğurdan sonra İstanbula döndü - VİDEO

Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Zamiqin Antalyadan FOTOları yayıldı

Zamiqin Antalyadan FOTOları yayıldı

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Kürdəmirdə AĞIR QƏZA – Yaralanan var

Kürdəmirdə AĞIR QƏZA – Yaralanan var

Rusiyada matəm: Bayraqlar endirildi – VİDEO

Rusiyada matəm: Bayraqlar endirildi – VİDEO

AFFA "Kəpəz"i cərimələdi

AFFA "Kəpəz"i cərimələdi

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT

“Sumqayıt”ın kapitanı komandadan GEDİR?

“Sumqayıt”ın kapitanı komandadan GEDİR?

End of content

No more pages to load

RADİO