"Bu, bir faciə, utancverici məsələdir"- Türkiyənin Bakıdakı böyükelçisi

Yanvarın 29-da Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun bir qrup jurnalistlə səhər yeməyində bir araya gəldi. Səfirlikdə düzənlənən səhər yeməyi ətrafında maraqlı müzakirələr, o cümlədən Türkiyə-Azərbaycan münasibətləri, hər iki ölkənin maraqları, problemləri, perspektiv əlaqələr müzakirə mövzusu oldu. 

Rus qırıcısının vurulmasından sonra Rusiya-Türkiyə münasibətlərindəki gərginliklərdən, bu münasibətlərə yönəlik şərhlərdən bəhs edən səfir 2012-ci ildə Suriya ilə sərhəddə Türkiyə təyyarəsinin Rusiya tərəfindən vurulduğunu xatırlatdı və Ankaranın haqlı mövqeyindən bəhs etdi. Həmçinin Azərbaycanda fərqli mövqe sərgiləyənlərlə bağlı gileyini çatdırdı: “Son hadisə ilə bağlı hətta “Türkiyə rus təyyarəsini vurduğuna görə üzr istəməlidir”x9d deyənlər öncə bu gerçəkliyi xatırlamaları lazımdır. Düzü, bu mövqe məni çox şaşırtdı. Vəziyyəti düzgün təhlil etmək lazımdır. 2012-ci ildə bizim bir pilotumuz şəhid oldu. O zaman biz ciddi şəkildə, amma sakit halda təpkimizi ortaya qoyduq”x9d. A.Coşkun Rusiyaya yönəlik ilginc mesajlar verdi. “Türkiyə kimi bir ölkənin gözünə barmağınızı davamlı soxa bilməzsiniz.  Biz səbrliyik, ağıllıyıq, məntiqliyik və NATO dövlətiyik”x9d-cənab səfir bildirdi.  

Suriya ilə sərhəddə nəzarətin gücləndirilməsi işlərindən danışan səfir qeyd etdi ki, Türkiyəyə təhlükə yarada biləcək insanların daxil olmaması üçün ən müxtəlif səviyyələrdə işlər həyata keçirilir. Belə ki, bəzi yerlərdə divarlar, bəzi yerlərdə tikanlı məftillər çəkilir, həmçinin xəndəklər qazılır: “Suriya ilə 911 km, İraqla 331 km-lik sərhədimiz var. 1200 km-dən çox sərhəddən, torpaqlarına nəzarət edə bilməyən iki dövlətdən söhbət gedir. Suriyə ilə sərhəddə fiziki maneələri də artırırıq. Türkiyənin bütün sərhədlərini aşağı-yuxarı 50 min nəfərlik təhlükəsizlik əməkdaşı qoruyur, bunların 20 mini yalnız Suriya tərəflərdədir. Suriya sərhədlərinə daha ciddi şəkildə diqqət yetirilir. Çünki təhdidlər daha çox ordan gəlir. Bütün texnoloji imkanlarımızı da bu istiqamətə yönəltmişik. Digər tərəfdən isə sahil təhlükəsizlik komutanlığımız davamlı şəkildə bu zavallı insanları dənizdən qurtarmağa çalışır. Quru sərhədlərimizdə pilotsuz uçan aparatlardan da istifadə edirik, xüsusilə də Suriya ilə sərhədlərimizdə. Bu kimi çalışmalarla sərhədlərimizdən qeyri-qanuni keçənlərə əngəl olmağa çalışırıq. Eyni zamanda İŞİD-ı bəsləyən neft və başqa malların qaçaq yolla daşınmasını həyata keçirənlərin fəaliyyətini əngəlləməyə yönəlik fəaliyyət göstəririk. Türkiyə 30 minə yaxın xarici vətəndaşın Türkiyəyə daxil olmasını yasaq edib. 30 min adamı geri göndərmək asan məsələ deyil. Onları həbs etmək də olmaz, bəzilərinin günahı da yoxdur. Xaricdən aldığımız məlumatlar, bizim özümüzün əldə etdiyimiz bilgilərə əsasən, son 2-3 il ərzində 3 min nəfərdən çox əcnəbini öz ölkələrinə geri qaytardıq.  Ã–lkələrinə məlumat veririk, polisə məlumat çatdırırıq, ancaq bu insanların bir qismi az sonra təkrarən Türkiyəyə gəlirlər. Hətta bu insanlar  Türkiyəni günahlandırırlar. Bizim Türkiyədən geri göndərdiyimiz bir insan sonradan Parisdə bir terror olayında iştirak edirsə, deməli, həmin ölkələrdə də görülməli olan işlər var”x9d. 

İ.A.Coşkun Türkiyənin milyonlarla qaçqına təmənnasız qucaq açdığı halda Danimarkanın verdiyi qərarın heyrətamiz olduğunu vurğuladı: “Siz kiçik körpənizlə dənizlər keçib Danimarkaya getmək istərmisinizmi? Ancaq belə adamlara “sən nişan üzüyünü saxlaya bilərsən, ancaq 1500 dollardan artıq nəyin varsa, onu alacağam və sənə baxacağam”x9d deyilir. Belə şey olarmı? Bu, bir faciə, utancverici məsələdir”x9d. Diplomat dedi ki, Türkiyə hökuməti hətta Sultanəhməd meydanındakı terrordan sonra da Suriya qaçqınlarını həbs etmək niyyətində olmadığını bildirdi: “Düşərgələrin yaradılmasında da məqsəd onlara nəzarət etmək deyil, sadəcə onlara sığınacaq verməkdir. Orda uşaqlar üçün məktəblər açıldı, yeyəcəkləri, geyim məsələlərini qarşılayırıq ki, onlar yaşamağa davam etsinlər. Bunlar keçici tədbirlərdir. Amma 2 milyon insan Türkiyəyə səpələnmiş haldadır. Təəssüf ki, bunların çox böyük bir qismi sıxıntı içərisindədir. Küçələrimizdəki dilənçiləri də görə bilərsiniz. 2 milyonun içərisindən ədəbsizlər də, terrorizmə meyl edənlər də çıxacaqdı. Amma suriyalılar gəlməzdən öncə də bizim terrorla bağlı dərdimiz var idi. PKK-dan bəhs edirəm. Hətta terror olaylarından sonar türk toplumu “lənət olsun suriyalılara”x9d demədi. Təbii ki, terror təhlükəsi var.  Ancaq insanlığımızı itirmədən təhlükəsizlik tədbirlərini də davam etdiririk”x9d. 

Diplomat Qarabağla bağlı ölkəsinin mövqeyini bir daha bəyan etdi: “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və Azəbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmadıqca bölgədə vəziyyət normallaşa bilməz”x9d. A.Coşkunun sözlərinə görə, münasibətlərimizə zərər verəcək qüvvələr hər zaman diqqətdə saxlanılmalıdır: “İkitərəfli münasibətlərimizə qəsdən zərər vermək istəyən qüvvələrə imkan verməməliyik”x9d. 

Səfir AŞPA da Dağlıq Qarabağla bağlı qətnamələrin qəbulu üçün keçirilən səsvermə zamanı bəzi türk deputatların həmin qətnamələrin lehinə səs verməməsinə də toxunub və bunu Türkiyənin “xəyanət”x9di kimi təqdim edənlərə iradını bildirib. Diplomat qeyd edib ki, deputatların sesvermə məsələsinə mövqe bildirə bilməyəcək: “80 milyon Türkiyə vətəndaşı Azərbaycan adına, qardaş ölkəyə qarşı çox həssas yanaşır. İstər rəsmi, istərsə də qeyri-rəsmi qurumlarda insanlar bir araya gələrək Azərbaycanla bağlı hər hansı məsələyə necə mane ola bilərik deyə, müzakirə aparmır. Əksinə, Azərbaycana daha yaxşı necə kömək edə bilərik istiqamətində müzakirələr aparılır. Bu, Türkiyə dövlətinin siyasətindən əlavə Türkiyə vətəndaşlarının həssaslığıdır. 80 milyon əhalinin 100 faizə yaxını Azərbaycan məsələsində çox həssaslıq nümayiş etdirir. Bu dövlət siyasətindən yüksək bir məsələdir”x9d. 



“2016-cı il Türkiyə və Azərbaycan münasibətləri baxımından enerji və daşınma ili olacaq. İqtisadi böhranın olması və sairlə bağlı bəzi spekulyasiyalar var. Amma əminəm ki, bu il TANAP-ı da bitirəcəyik. BTC həyata keçirilərkən də belə fikirlər var idi. Bakı-Tbilisi-Qars dəmiryolunda gecikdik. Amma bu il işlər bitəcək, artıq top bizdədir. Yalnız Türkiyə ilə bağlı məsələlər qalır. Əslində işlər ötən il bitməli idi. Lakin bəzi hüquqi problemlər çıxdı. Amma işlər bu il bitəcək”x9d. 

Şimali Kiprlə bağlı maraqlı proseslərin davam etdiyini deyən böyükelçi Türkiyənin bu məsələdə Kipr türklərinin yanında olduğunu vurğuladı. Həmçinin Türkiyə-Avropa Birliyi münasibətlərinin normal məcraya adlamasının da zərurətdən irəli gəldiyini, Türkiyənin önəminin məntiqi nəticəsi olduğunu qeyd etdi. O, Azərbaycanda olduğu kimi, Türkiyədə də Ankara-Avropa Birliyi münasibətlərinin perspektivi ilə bağlı şübhələrin olmasını təbii saydı, bunu ötən illərdə baş verənlərlə əlaqələndirdi.  

Səfir Yüksək səviyyəli əməkdaşlıq Şurasının Bakı görüşü ilə bağlı hazırlıqların da davam etdiyini deyib.

Türkiyə və Azərbaycanla bağlı vaxtaşırı ortaya çıxan və ya çıxa biləcək hər hansı suallar, yaxud anlaşılmazlıqların anındaca aradan götürülməsi üçün mətbuatla əlaqələrin intensivləşdirilməsi, qardaş ölkənin səfirliyində vaxtaşırı brifinqlərin təşkil olunması barədə təşəbbüsümüz hörmətli səfir tərəfindən dəstəkləndi. İsmayıl bəy bətbuat katibi Hamid Karadənizə 35-40 gündən bir mətbuat nümayəndələri ilə görüşlər təşkil etməyi yerindəcə tapşırdı. 

Bu böhranlı dövrdə Azərbaycan və Türkiyə arasında turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində də fəaliyyətin artırılması nəzərdə tutulur. Səfir “Yeni Müsavat”x9dın sualının cavabında dedi ki, Türkiyə iş adamları Azərbaycan prezidentinin xarici sərmayədarlara etdiyi müraciətlərə cavab olaraq Azərbaycana yatırım qoymaq niyyətindədir. Elçi dedi ki, elə bu gün Türkiyədən iş adamları, o cümlədən Türkiyə-Azərbaycan İş Konseyinin başqanı Bakıya gəlib. Həmçinin Türkiyənin Kənd Təsərrüfatı Nazirliyindən də nümayəndələr gəlib və Azərbaycanda bu sahədə əməkdaşlığı artırmaq niyyəti var: “Biz nələr edə bilərik, qarşılıqlı şəkildə hansı işlər görə bilərik, bu məsələlər müzakirə olunacaq. Eyni zamanda biz Naxçıvanla da daha yaxın əlaqələri həyata keçirtmək niyyətindəyik, ona görə Naxçıvana da ziyarət nəzərdə tutulub. On il əvvəl enerji ehtiyacı üçün ordakı ağacları kəsən Naxçıvan bu gün Türkiyəyə elektrik ixrac edir, qardaşlar! Daha yaxşı əlaqələrin qurulması üçün danışmağımız, çalışmağımız lazımdır”x9d. A.Coşqun Azərbaycan və Türkiyə prezidentlərinin, baş nazirlər və nazirlərinin qarşılıqlı səfərlərinin sayının artmasından məmnunluğunu ifadə etdi və səfərlərin davamlı olacağını vurğuladı. Qeyd etdi ki, türk iş adamlarının Azərbaycanda daha hansı sahələrə yatırım qoya biləcəyi, eyni zamanda Türkiyədəki azərbaycanlı iş adamlarının çalışmaları ilə bağlı müzakirələr intensiv şəkildə aparılacaq və bununla bağlı planlar var.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən XƏBƏRDARLIQ

Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən XƏBƏRDARLIQ

Goranboyda 34 yaşlı kişi BIÇAQLANDI

Goranboyda 34 yaşlı kişi BIÇAQLANDI

Qusarda mətbəx və mədəniyyətin qovuşduğu məkan - “Xıdır”ın 23 illik UĞUR HEKAYƏSİ – VİDEO

Qusarda mətbəx və mədəniyyətin qovuşduğu məkan - “Xıdır”ın 23 illik UĞUR HEKAYƏSİ VİDEO

Bu bürclərə ulduzlardan şans yağacaq

Bu bürclərə ulduzlardan şans yağacaq

Mert məşhur yazarın nəvəsi ilə sevgilidir - Foto

Mert məşhur yazarın nəvəsi ilə sevgilidir - Foto

Rusiyanın Azərbaycandan tranzit keçməklə İrana göndərdiyi humanitar yardım təhvil verildi - FOTO

Rusiyanın Azərbaycandan tranzit keçməklə İrana göndərdiyi humanitar yardım təhvil verildi - FOTO

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı MƏLUMAT YAYDI

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı MƏLUMAT YAYDI

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Bu suyu içmək məsləhət deyil

Bu suyu içmək məsləhət deyil

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Azərbaycan xurma ixracını ARTIRDI

Azərbaycan xurma ixracını ARTIRDI

Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?

Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

İrandan Azərbaycana təxliyə edilənlərin SAYI AÇIQLANDI – FOTO

İrandan Azərbaycana təxliyə edilənlərin SAYI AÇIQLANDI – FOTO

Amerikalılar Trampa qarşı: ABŞ tarixində ən böyük etiraz aksiyası gözlənilir

Amerikalılar Trampa qarşı: ABŞ tarixində ən böyük etiraz aksiyası gözlənilir

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

Rolu üçün 3 aylıq kurs keçdi

Rolu üçün 3 aylıq kurs keçdi

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır – FOTO

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır – FOTO

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO

Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO

Dindarların yaratdığı ən bahalı içki – Xərçəng xəstəliyinin qarşısını alır

Dindarların yaratdığı ən bahalı içki – Xərçəng xəstəliyinin qarşısını alır

End of content

No more pages to load

RADİO