Elmar Hüseynova qarşı terror işində şok gəlişmə - “MTN çetesi...”x9d

11 il öncəki səs-küylü qətlin daha bir pərdəsi açılır; İddialara görə, “Monitor”x9d jurnalının baş redaktorunun qətlində MTN çetesi Rabitə Nazirliyindəki adamlarından istifadə edib; mərhum baş redaktor aradan götürüləndən az sonra özünün və xanımının mobil, həmçinin ev telefonlarının şəbəkədən ayrıldığına dair iddialar ciddiləşir; istintaq yeni istiqamətlər üzrə hərəkətə keçə bilər...xa0


Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan 2 ay sonra onun 10 il ərzində rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv olundu. Qurumun yüksək vəzifəli əməkdaşlarının həbsi 2005-ci il martın 2-də Bakıda yaşadığı binanın blokunda öldürülən “Monitor”x9d jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini bir daha diqqət mərkəzinə gətirdi. Bu da səbəbsiz deyildi.

Elmar Hüseynovun qətlindən sonra MTN-in yüksək vəzifəli şəxslərinin adı qətllə əlaqəli gündəmə gəlmişdi. İşdə qətlin təşkilatçısı kimi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun adı hallanırdı.

xa0A.Çovdarovun bu qətlin təşkilatçısı olduğunu 2010-cu ilin yayında o zaman həbsdə olan jurnalist Eynulla Fətullayev gündəmə gətirib. O, mətbuata müraciətində qətlin A.Çovdarov tərəfindən təşkil olunduğunu bildirmişdi. Jurnalistin həbsxanadan media orqanlarına göndərdiyi məktubda deyilirdi ki, Akif Çovdarov öz rəhbərliyinin tapşırığı ilə bu və digər qətllərin həyata keçirilməsi ilə məşğul olub.xa0


Hazırda “MTN işi”x9d üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq davam edir. İstintaqda Elmar Hüseynovun qətli ilə bağlı epizodların olması ehtimalı da var. Ən azından ictimaiyyətə Akif Çovdarovun adının qətlin təşkilatçısı kimi təqdim olunmasının araşdırılması zərurəti yaranıb. Bundan başqa, qətldən sonra üzə çıxan bir çox müəmmalara da aydınlıq gətirilməlidir.xa0


Məsələn, Elmar Hüseynova mənzilinin girişində açılan atəşlərdən sonrakı dəqiqələrdə onun evində telefon işləməyib. Yaxınlarının istifadəsində olan mobil telefonlardan da zəng etmək mümkün olmayıb.xa0

Bu məsələ qətldən iki gün sonra Azadlıq Radiosunun efirində (//www.azadliq.org/content/news/151432.html)
müzakirə olunub. Müzakirədə Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov, “Azadlıq”x9d qəzetinin baş redaktoru Qənimət Zahid və o dövrdə “Monitor”x9d jurnalının redaktor müavini olan Eynulla Fətullayev iştirak ediblər. Müzakirədə baş prokurorun müavini Ramiz Rzayevə istinadən bildirilib ki, istintaq bu ana (2005-ci il martın 4-də baş tutan müzakirə nəzərdə tutulur-E.M.) qədər ancaq mərhumun atası və xanımının qətl törədilən vaxt işıq, mobil və şəhər telefonunun qəsdən kəsilməsi barədə iddialarını araşdırıb.xa0

Həmin müzakirədən sitat:

“Cənab Rzayevin sözlərinə görə, mobil və şəhər telefonu daim işləyib. Müstəntiqlər uzağı 4-5 dəqiqə rabitədə nasazlıq olduğunu ehtimal edirlər. Şəhər telefonu isə ancaq otaqlardan birində, xətt qırıldığı üçün işləməyib”x9d.xa0

Bundan başqa, qətlə yetirilən baş redaktorun həyat yoldaşı Ruşaniyyə Hüseynova da müsahibələrində telefonların işləmədiyinə diqqət çəkib.xa0
Maraqlıdır ki, qətllə bağlı digər məqamlar araşdırılsa da, telefonların işləməməsi məsələsi sonradan diqqətdən kənar qalıb.

Necə olub ki, rabitədə 4-5 dəqiqəlik nasazlıq yaranıb? Bu, bir təsadüfdür, yoxsa yaxşı hazırlanmış qətl planının tərkib hissəsidir?xa0

Elmar Hüseynov qətlə yetirildiyi gün onu yaşadığı binaya “Monitor”x9d jurnalının kommersiya direktoru Zakir Rzayev gətirib.xa0


“Yolda Elmar mağazadan oğluna yoqurt aldı. Sonra binalarının qarşısında avtomobildən düşdü. Avtomobildən düşərkən ”x9dZerkalo" qəzetinin müxbiri İbrahim (İbrahim Bayandurlu 2010-cu ildə vəfat edib) zəng etdi. O, İbrahimlə telefonla danışa-danışa binaya daxil oldu", - deyə qətldən sonra Zakir Rzayev bildirib.

Deməli, Elmar Hüseynovun telefonu binaya daxil olana qədər işləyib. Qətldən dərhal sonra isə telefon sadəcə ümumi şəbəkədən 5-6 dəqiqəliyə ayrılıb. Həmin 5-6 dəqiqədə killer dəstəsi ərazidən uzaqlaşıb. Sonradan telefonlar işləməyə başlayıb və çağırışla əraziyə təcili yardım, hüquq-mühafizə orqanları gəliblər. Hadisə yerindən 150 metr aralıda papaq və tapança aşkar edilib ekspertizaya təhvil verilib. Amma heç bir əl izləri olmayıb. Deməli, baş redaktorun qətlində təsadüfi heç nə olmayıb. Həmçinin təsadüfən telefonların işləməməsi də. Əlbəttə, bu nüansın da araşdırılması hüquq-mühafizə orqanlarının çiyinlərinə düşür.

Qətl və ondan sonra baş verənlər telefonların nasazlıq üzündən işləməməsi versiyasına çox ciddi şübhələr yaradır.xa0


Digər tərəfdən, bu şübhələri artıran faktlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gerçəkləşən həbslərdən sonra üzə çıxdı. Məlum oldu ki, Eldar Mahmudov yaxın qohumu olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynovun, nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun və digərlərinin vasitəsi ilə yüksək çinli vəzifəlilərin sanksiyalaşdırlmamış dinlənilməsini həyata keçirib. Vəzifə səlahiyyətlərindən istifadə edərək böyük bir cinayətə qol qoyublar. Bu baxımdan Elmar Hüseynov qətlə yetirilən gün onun mənzilində quraşdırılan stasionar telefonun, özünün və həyat yoldaşının istifadəsindəki mobil telefonun söndürülməsi, daha doğrusu şəbəkədən ayrılmasını da mümkün hesab etmək olar.xa0


Məlumat üçün qeyd edək ki, istənilən mobil telefonu şəbəkədən ayırmaq texniki baxımdan mümkündür və belə texniki imkanlar Eldar Mahmudovun rəhbərlik etdiyi nazirlikdə də olub, RYTN-də də var.xa0

Bu baxımdan Elmar Hüseynovun qətl işi yeni halların müəyyən olunması nədəni ilə yenilənə bilər. Hazırda yaranan situasiya E.Hüseynovun qətlinin açılmasına da kömək edə bilər.xa0

Qeyd edək ki, “Monitor”x9dun baş redaktoru Elmar Hüseynovun qətlində icraçı kimi 5 Gürcüstan vətəndaşının adı keçir. Bunlar Gürcüstan vətəndaşları Tahir Xubanov, Teymuraz Əliyev, Arçil Kasiya, Nuqzar Bolkvadze və Serqo Davrişovdur. Onların şəxsiyyəti, qətldən əvvəl qaldıqları ev, Azərbaycana qətl törədilən il yanvar və fevral ayında bir neçə dəfə gəlib-getmələri bilinir. Onlar sonuncu dəfə Azərbaycanı 2005-ci il mart ayının 3-də səhər saat 8:24-də (Elmar Hüseynov qətlə yetirildiyi gecənin səhəri) tərk ediblər. Qətl işi isə bu gün də açılmamış hesab olunur.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Bugünkü MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Bugünkü MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Heydər Əliyev prospektində ağır qəza: Xəsarət alanalar var – VİDEO

Heydər Əliyev prospektində ağır qəza: Xəsarət alanalar var – VİDEO

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin!

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin!

Sərnişin qatarı qəzaya uğradı: 13 ölü, 98 yaralı var – VİDEO

Sərnişin qatarı qəzaya uğradı: 13 ölü, 98 yaralı var – VİDEO

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 7 polis əməkdaşı yaralandı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 7 polis əməkdaşı yaralandı

Rus bombardımançıları NATO SƏMASINDA – Avropa böyük savaşın BİR ADDIMLIĞINDA

Rus bombardımançıları NATO SƏMASINDA – Avropa böyük savaşın BİR ADDIMLIĞINDA

Gələn həftə yenidən görüşəcəklər

Gələn həftə yenidən görüşəcəklər

Mask: “Brüsseldə uşaqların hər dörddən üçü qeyri-avropa mənşəlidir”

Mask: “Brüsseldə uşaqların hər dörddən üçü qeyri-avropa mənşəlidir”

Hava Limanı yolunda sürət həddi bərpa edildi

Hava Limanı yolunda sürət həddi bərpa edildi

Ağdamda 2 avtomobil toqquşdu - Ər və arvad xəsarət aldı

Ağdamda 2 avtomobil toqquşdu - Ər və arvad xəsarət aldı

Zelenski: “20 bəndlik sülh planının 90 faizi razılaşdırılıb”

Zelenski: “20 bəndlik sülh planının 90 faizi razılaşdırılıb”

Tramp: “Rusiya-Ukrayna münaqişəsində ərazi məsələsi hələ həll olunmayıb” - VİDEO

Tramp: “Rusiya-Ukrayna münaqişəsində ərazi məsələsi hələ həll olunmayıb” - VİDEO

“Azeronline” sabit genişzolaqlı internet sürəti üzrə ölkə lideri oldu!

“Azeronline” sabit genişzolaqlı internet sürəti üzrə ölkə lideri oldu!

Məşhur müğənninin bu FOTOSU hər kəsi şoka saldı

Məşhur müğənninin bu FOTOSU hər kəsi şoka saldı

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Tramp BMT-ni tənqid etdi

Tramp BMT-ni tənqid etdi

“Nəvəmə Antalyadan ev aldım”

“Nəvəmə Antalyadan ev aldım”

2026-cı ili necə qarşılamaq lazımdır?

2026-cı ili necə qarşılamaq lazımdır?

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

End of content

No more pages to load

RADİO