Bakı küçələrində şütüyən “Lamborcini Qallardo”x9d markalı avtomobilin kimə məxsus olması bir neçə gündür ki, müzakirə olunur.
90 AZ 030 dövlət nömrə nişanlı maşının qiyməti nə az, nə çox - yarım milyon avrodur.
Hətta London küçələrində bu avtomobili görənlər heyrət edir, dərhal onun şəkillərini çəkirlər. Paytaxtda bu maşının görünməsi də maraqla qarşılanıb.
Qeyd edək ki, Bakıda “Lamborcini”x9d markalı maşını sürənlərin sayı barmaqla sayılacaq qədər var. Bir müddət əvvəl “Şərur”x9d MTK sahibi İsfəndiyar Axundovun oğlu Allahverdi Axundov “Lamborcini”x9d markalı maşını ilə gündəmə gəlmişdi.
Azərbaycan Dövlət İqtisad Universitetin tələbəsi olan A.Axundovun 650 min manatlıq maşını geniş müzakirələ yol açmışdı.
***
Bakıda bahalı "Lamborcini Qallardo" avtomobilinin peyda olması barədə xəbər vermişdik.
90 AZ 030 dövlət nömrə nişanı olan avtomobilin kimə məxsus olması məlum olub. Əldə etdiyimiz məlumata görə, "Lamborcini Qallardo" "KİAMotors" Azərbaycan şirkətinin prezidenti Faiq Səfərova məxsusdur.(Azxeber.com)