Cahangir Hacıyevin Fuceyra zavodları və Bəşirova ildə 12 milyon dollar... - FOTOLAR

Azərbaycan Beynəlxalq Bankının kreditləri hesabına Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində inşa edilmiş iki müəssisə satışa çıxarılıb.

Virtualaz.org bu barədə Beynəlxalq Bank işi üzrə istintaqa yaxın mənbələrdən məlumat əldə edib. Söhbət “İntertekstil”x9d fabrikindən və “İntersteel”x9d poladtökmə zavodundan gedir. Bu zavodların tikintisinə Beynəlxalq Bankın yüz milyonlarla dollarlıq krediti sərf olunub.

Zavodların tikintisinə ayrılmış kreditlərə görə “qara polkovnik”x9d kimi tanınan məşhur polis polkovniki, mərhum Fətulla Hüseynovun oğlu, Azərbaycan Beynəlxalq Bankının Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəliyinin keçmiş rəhbəri Adil Hüseynov 8 aya yaxındır ki, həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə ittiham irəli sürülüb. A.Hüseynov Azərbaycan Beynəlxalq Bankından 319 milyon manat kreditin götürülərək mənimsənilməsində ittiham olunur.


Lakin onun vəkili Kamandar Nəsibov və ailə üzvləri bildirir ki, mənimsəmə ittihamı absurddur. Çünki A.Hüseynov həmin vəsaiti Birləşmiş Ərəb Əmirliklərindəki zavodların tikintisinə sərf edib.

Birləşmiş Ərəb Əmirliklərindəki zavodların sahibi kimi “İntermet”x9d offşor şirkəti göstərilir. Həmin şirkətin payçıları isə çeçen əsilli iş adamı, Rusiya vətəndaşı Hüseyn Marayev və adı neçə vaxtdır Beynəlxalq Bankın boşaldılması işində keçən Fransa vətəndaşı Xaqani Bəşirovdur. Belə ki, səhmləri H.Marayevin nəzarətində olan “Golden Bat”x9d şirkəti “İntermet”x9din səhmlərinin 50 faizinə, Xaqani Bəşirovun Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Camelot Oil & Gaz”x9d şirkəti isə qalan 50 faizinə nəzarət edir. Başqa sözlə, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev yüz milyonlarla manat krediti Marayevlə Bəşirova ayırıb, Adil Hüseynovun rolu isə bankın Dubay nümayəndəliyinin rəhbəri kimi vəsaitlərin xərclənməsinə nəzarəti təmin etməkdən ibarət olub.


Hazırda A.Hüseynovun işi üzrə istintaq faktiki olaraq getmir. O, 8 ay ərzində cəmi iki dəfə dindirilib. Vəkil Kamandar Hüseynovun virtualaz.org saytına bildirdiyinə görə, iş üzrə istintaq faktiki olaraq getmir. “Bu adamı niyə içəridə saxlayırlar, anlamaq olmur. Adil Hüseynov kredit götürməyib, pulları xərcləməyib. Pulları götürən də, xərcləyən də başqalarıdır. A.Hüseynov deyir ki, mənə şərait yaradın, pulların kimlər tərəfindən və xərcləndiyinə dair bütün dəlil-sübutları, faktları təqdim edim”x9d-vəkil bildirir.

Virtualaz.org dəqiqləşdirib ki, Beynəlxalq Bankın girovluğunda olan zavodların satışına dair danışıqları Hüseyn Marayevlə Xaqani Bəşirov aparır. Omandan, Qətərdən bu zavodlarla maraqlanan investorlar var, bəzi məlumatlara görə artıq ilkin razılaşma əldə edilib. Əgər zavodların satışına dair razılıq əldə edilsə deməli Beynəlxalq Bank onları girovluqdan çıxarmalıdır. Ancaq zavodların satışından nə qədər vəsaitin əldə olunacağı, bu vəsaitlə bankın ayırdığı krediti bağlamağın mümkünlüyü hələ məlum deyil.


Maraqlıdır ki, 2011-ci ildə həmin Hüseyn Marayev zavodların Beynəlxalq Banka girov qoyulmasına etiraz edirmiş və bu iş üzrə məhkəmə iddiası da qaldırıbmış. Cahangir Hacıyev Dubayda Marayevin iddiası üzrə işi udmaq üçün vəkillərə 10 milyon dollara yaxın qonorar ödəyib. Nəhayət zavodların bankın girovluğunda qalması təsdiqlənib. Marayev isə Beynəlxalq Bankın vəsaiti hesabına tikilmiş bu zavodları faktiki olaraq öz mülkiyyətinə keçirmək istəyirdi. İndi zavodların satışından əldə edilən vəsaitlərin hamısının banka çatıb-çatmayacağı da aydın deyil.


Bəs həmin kreditlərin hamısı doğrudan da zavodlarn tikintisinə sərf edilibmi? Bunu dəqiqləşdirmək istintaqın işidir, ancaq istintaq Marayevi və Bəşirovu dindirmədən vəsaitlərin necə xərclənməsini çətin ki, dəqiqləşdirə bilsin. Bununla belə virtualaz.org saytına məlum olub ki, Birləşmiş Ərəb Əmirliklərində zavodların tikintisi layihəsi çərçivəsində Xaqani Bəşirovun şirkətinin Lüksemburqdakı ofisinin saxlanılması xərcləri ildə 12 milyon dollar (!) təşkil edirdi. Yəni Beynəlxalq Bankın zavodların tikintisinə ayırdığı kreditlərdən ildə 12 milyon dolları faktiki olaraq X.Bəşirovun cibinə gedib. Buna baxmayaraq X.Bəşirovun Beynəlxalq Bank işi üzrə istintaqa cəlb olunmasına dair məlumat yoxdur. Əksinə, o hələ də bankın xaricdəki aktivlərinin idarə edilməsi və satışının təşkil edilməsi ilə məşğuldur...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2026-cı il üçün DƏHŞƏTLİ PROQNOZ – Bu ölkələr arasında müharibələr BAŞLAYACAQ

2026-cı il üçün DƏHŞƏTLİ PROQNOZ – Bu ölkələr arasında müharibələr BAŞLAYACAQ

“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı

“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı

Yollar qar və buzdan təmizlənir - VİDEO

Yollar qar və buzdan təmizlənir - VİDEO

Qaz limiti ilə bağlı RƏSMİ AÇIQLAMA

Qaz limiti ilə bağlı RƏSMİ AÇIQLAMA

71 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

71 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

Gəncədə yeni tikilən obyekt yandı – FOTO

Gəncədə yeni tikilən obyekt yandı – FOTO

Su arxında kişi meyiti tapıldı

Su arxında kişi meyiti tapıldı

Rusiya gerbini dəyişdi

Rusiya gerbini dəyişdi

Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - FOTO

Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Altay Göyüşovun məhkəməsi başladı

Altay Göyüşovun məhkəməsi başladı

DOST mərkəzləri bayram günlərində İŞLƏYƏCƏK? – RƏSMİ AÇIQLAMA

DOST mərkəzləri bayram günlərində İŞLƏYƏCƏK? – RƏSMİ AÇIQLAMA

FAKTİKİ HAVA: Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta var

FAKTİKİ HAVA: Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta var

Hərbçimiz yol qəzasında HƏYATINI İTİRDİ - FOTO

Hərbçimiz yol qəzasında HƏYATINI İTİRDİ - FOTO

“Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

“Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

Ronaldo “inşallah” dedi, hamı alqışladı – VİDEO

Ronaldo “inşallah” dedi, hamı alqışladı – VİDEO

Müğənninin əməliyyatdan sonra bədəni çürüyür? – FOTO

Müğənninin əməliyyatdan sonra bədəni çürüyür? – FOTO

Sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU

Sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU

Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub - Amerikalı ekspert

Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub - Amerikalı ekspert

Plastik qablardan su içmək sağlamlığa zərərlidirmi?

Plastik qablardan su içmək sağlamlığa zərərlidirmi?

Yasamalda kişi dərmandan zəhərlənərək VƏFAT ETDİ

Yasamalda kişi dərmandan zəhərlənərək VƏFAT ETDİ

Abramoviç "Çelsi"dən əldə etdiyi pulları Ukraynaya köçürməkdən imtina etdi

Abramoviç "Çelsi"dən əldə etdiyi pulları Ukraynaya köçürməkdən imtina etdi

End of content

No more pages to load

RADİO