Eldar Mahmudov bitirən daha bir səbəb -Vasif Talıbova qarşı tələ

Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan bir neçə gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda atası Əhməd Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidəsinin sökülməsi əsl sensasiya kimi qarşılanmışdı. Əhməd Mahmudovun heykəli başına ip bağlanaraq, texnikanın gücü ilə yerlə bir edildi.
Liseyə hələ E.Mahmudov nazir olmamışdan atasının adı verilibmiş. 2008-2009-cu illərdə isə Eldar Mahmudov nazir kimi 4 milyon manat xərc qoyaraq liseyə yeni korpus belə tikdiribmiş. Nazirin istefasından cəmi bir neçə gün sonra baş vermiş bu hadisə mediada haqlı sual da yaratmışdı: Naxçıvan rəhbərliyi Eldar Mahmudova niyə bu qədər qəzəblidir? Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov niyə Mahmudova bu cür gözdağı verdi?

Naxçıvan MTN-in rəisi Vəli Ələsgərovun işdən çıxarılmasından sonra E.Mahmudovla əlaqəsi olduğu iddia edilən digər generalların da həbsi ilə bağlı son günlər yayılmış məlumatlar iki iri ranqlı məmur arasındakı gərginliyin detallarını üzə çıxarır. Eldar Mahmudov, başda Vasif Talıbov olmaqla, Naxçıvanın bütün iri məmurlarını da dinləyib və onlarla bağlı kompromatlar toplayıb. Təbii ki, bu işdə cəzalandırılmış Vəli Ələsgərov ciddi rol oynayıb. O, mütəmadi olaraq Ali Məclis sədri, onun yaxınları, oğulları və digər yerli rəhbərlərlə bağlı dosyeləri E.Mahmudova ötürüb. Amma mənzərinin tam aydın olması üçün bütün fiqurları oyun taxtasına yığmaq lazım gəlir. Təsadüfi deyil ki, 2013-cü ilin avqustunda-prezident seçkiləri ərəfəsi Bakıdakı bir siyasi həbs də indi gündəmə gəlib.

Söhbət Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri əvəzi işləmiş Nicat Quliyevin həbsindən gedir. Əslində “Yeni Müsavat”x9d bu mövzuda elə həmin ərəfədə bir neçə sensasion yazı dərc edib, Vasif Talıbovun xalası oğlu olan N.Quliyevin həbsinin Ali Məclis sədrinə qarşı qurulmuş plan olduğu qeyd olunub.

***

2013-cü ilin avqustunda “siyasi hava”x9d kifayət qədər gərgin idi. Rusiyada Azərbaycan hakimiyyətinə qarşı olduğunu gizlətməyən baş nazirin sabiq müavini Abbas Abbasovun rəhbərliyi ilə “Milyarderlər ittifaqı”x9d deyilən qurum yaradılmışdı. Bakıda da müxalifət Abbas Abbasovun ən yaxın adamı, tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Milli Şurada toplanmışdı. Məhz bu ərəfədə MTN az qala Milli Şuranın “silahlı qanadı”x9dkimi təqdim etməyə çalışdığı bir həbs həyata keçirdi.

Uzun illərdir adı mediada unudulan sabiq xarici iqtisadi əlaqələr naziri əvəzi işləmiş N.Quliyevin həbsi əslində o vaxtın gərgin dövrü üçün təəccüblü deyildi. N.Quliyevin həbsindən öncə Milli Şura rəhbərliyi ilə görüşmək istəməsi barədə məlumatlar vardı və sonradan Rüstəm İbrahimbəyov onunla belə bir təmas olduğunu təsdiqləmişdi. R.İbrahimbəyov demişdi ki, N.Quliyev bir neçə dəfə ona zəng edib. “Ona görə də onun bağına silah, sursat, top-tüfəng atıb türməyə basdılar. Cəmi iki-üç zənginə görə. Özü də bu, siyasətlə bağlı zənglər deyildi. Biz çoxdan tanışıq, elə-belə hal-əhval soruşmaq üçün zəng etmişdi”x9d deyə, R.İbrahimbəyov bildirmişdi.

Onun həbsinin Milli Şuraya qarşı istifadə ediləcəyi deyilsə də, iqtidar bu addıma getmədi. MTN-in rəsmi açıqlamasında bildirilirdi ki, N.Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.

N.Quliyev saxlandıqdan dərhal sonra öz vəkili ilə təmin edilməsini və evə zəng etmək imkanının verilməsini tələb edib. Lakin onun tələblərinə məhəl qoyulmayıb. Bir neçə saat sonra ona bildiriblər ki, guya avtomobilindən tapança və 8 güllə müsadirə edilib. Saxlandıqdan sonra avtomobil onun nəzarətindən kənar MTN əməkdaşlarının sərəncamında olub. N.Quliyev ona qarşı irəli sürülmüş ittiham mətnindən öyrənib ki, onun bağında avtomat silah, əl qumbaraları və digər döyüş sursatları aşkar edilib. O, ittiham saxta olduğu üçün ifadə verməkdən imtina edib. Bununla belə, Səbayel Rayon Məhkəməsinə gətirilib və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Amma əsil sensasiya N.Quliyevin Vasif Talıbovla qohum olması ilə üzə çıxdı. N.Quliyevin V.Talıbovla doğma xala oğlu olmasını onun vəkilləri jurnalistlərlə söhbətlərində təsdiqləmişdi də...

Dərhal bu həbsin qondarma və V.Talıbova qarşı planlanlaşdırıldığı versiyası ortaya çıxdı. N.Quliyevin həbsi V.Talıbovun zəiflədilməsi, Bakıdakı bəzi nazirlərə sayğısız münasibətinin cavabı kimi də izah edildirdi. Bildirilirdi ki, Ali Məclis sədri N. Quliyevin onun yaxın qohumu olduğunu bildikləri halda həbs edilərkən ailəsinə qarşı olan davranışından daha çox qəzəblənib. Belə ki, həbs edilərkən N. Quliyevə ailəsinə xəbərdarlıq etməyə imkan verilməyib. Xanımı (himnimizin müəllifi Əhməd Cavadın nəvəsidir) həyat yoldaşının evə qayıtmamasından və telefonuna zəng çatmamasından ciddi sarsıntı keçirib. Ailəsi bütün qohumlarına zəng edərək N.Quliyevi axtarıb. Yalnız “qaramaskalılar”x9d Novxanıdakı bağ evinə hasardan düşdükdən və axtarış apardıqdan sonra onun həbs edildiyi məlum olub. Məlumatlarda bildirilirdi ki, həbslə bağlı V.Talıbov prezidentlə də görüşüb, N.Quliyevin “müxalifətlə əlaqəyə görə həbs edilməsinin”x9d qondarma olduğunu deyib. Amma sonda N.Quliyevə 3 il həbs cəzası verilməsi onu göstərdi ki, o zaman E.Mahmudovun verdiyi dosyelərə daha çox inanılırmış.

Azadlıq.info yazır ki, Nicat Quliyevdən “tapdığı”x9d silahlar əslində MTN-in keçmiş rəhbərliyinin ixtiyarinda olub və müxtəlif “iş”x9dlərdə istifadə olunub. Bu “iş”x9dlər nəticəsində həbsdə olan, milyonlar verib “canını qurtaran”x9dlar da var. Qeyd edək ki, V.Talıbovun qohumunun həbsində aktiv rol almış MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev hazırda həbsdədir, onun müavini İlqar Əliyev isə Kürdəxanı təcridxanasında müəmmalı şəkildə intihar edib.

Yada salaq ki, 2013 prezident seçkilərindən sonrakı dövrdə də V.Talıbovun tezliklə vəzifədən gedəcəyi ilə bağlı xəbərlər intensivləşmişdi. Bu xəbərlər V.Talıbovun mərkəzi hakimiyyətdə ən ciddi dəstəkiçisi, MTN-in sabiq şefi ilə münasibətləri gərgin olan baş qoruman Bəylər Əyyubovun bacısı oğlunun da tutulması(hazırda azadlıqdadır-red.) fonunda xeyli inandırıcı görünürdü. Eldar Mahmudovun ifşasından sonra həyata keçirilən həbslərə isə məhz Bəylər Əyyubovun rəhbərlik etməsi, hətta bir müddət sabiq nazirin otağında oturaraq müvafiq göstərişlər verməsi, Naxçıvanda isə atasının heykəlinin uçurulması, muxtar respublikada ona bağlı generalların son həbsi bu mübarizənin hansı həddə olduğunu və Eldar Mahmudovun bu mübarizədə uduzduğunun sübutudur...(“Yeni Müsavat”x9d)

xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yük avtomobillərinin ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir

Yük avtomobillərinin ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir

Büdcədən bu şəxslərə daha 90 manat tibbi sığorta haqqı ödənilməyəcək

Büdcədən bu şəxslərə daha 90 manat tibbi sığorta haqqı ödənilməyəcək

Ötən həftə nə qədər ərazi minalardan təmizlənib?

Ötən həftə nə qədər ərazi minalardan təmizlənib?

“Kəpəz” bu futbolçunu transferə çıxardı

“Kəpəz” bu futbolçunu transferə çıxardı

Prokuror iş yoldaşını öldürən şəxsə ağır cəza istədi

Prokuror iş yoldaşını öldürən şəxsə ağır cəza istədi

Prezident gələn il üçün yaşayış minimumunu TƏSDİQLƏDİ

Prezident gələn il üçün yaşayış minimumunu TƏSDİQLƏDİ

Bakıda yanğın - Bir nəfər yanaraq öldü, digəri xəstəxanalıq oldu

Bakıda yanğın - Bir nəfər yanaraq öldü, digəri xəstəxanalıq oldu

Xaricdən 1 ədəddən artıq gətirsəniz - 100 manat rüsum ödəyəcəksiniz

Xaricdən 1 ədəddən artıq gətirsəniz - 100 manat rüsum ödəyəcəksiniz

"ƏDV geri al" sistemi bu sahələrə də aid ediləcək

"ƏDV geri al" sistemi bu sahələrə də aid ediləcək

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü

“Neftçi”nin qapıçısı “Qəbələ”yə keçir

“Neftçi”nin qapıçısı “Qəbələ”yə keçir

Peskov: “Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır”

Peskov: “Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır”

Evlərini kirayə verənlərə XOŞ XƏBƏR

Evlərini kirayə verənlərə XOŞ XƏBƏR

“Megastore”dan içində 170 min olan seyf oğurlamışdı - 10 il 6 ay həbs verildi

“Megastore”dan içində 170 min olan seyf oğurlamışdı - 10 il 6 ay həbs verildi

İlqar Hacıyevin məhkəməsi başladı

İlqar Hacıyevin məhkəməsi başladı

Tütün məmulatları üzrə aksiz vergiləri artırıldı

Tütün məmulatları üzrə aksiz vergiləri artırıldı

Bu sahədə çalışanlar üçün sosial sığorta haqqı dəyişir - SİYAHI

Bu sahədə çalışanlar üçün sosial sığorta haqqı dəyişir - SİYAHI

Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq

Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq

Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqlədi

Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqlədi

Sumqayıtda bina yanır - Sakinlər təxliyə edilir – VİDEO

Sumqayıtda bina yanır - Sakinlər təxliyə edilir – VİDEO

Polisin fəaliyyətinə həsr olunan VİDEOÇARX

Polisin fəaliyyətinə həsr olunan VİDEOÇARX

Bakı-Sumqayıt yolundakı QƏZANIN təfərrüatı – VİDEO

Bakı-Sumqayıt yolundakı QƏZANIN təfərrüatı – VİDEO

Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

Sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı artıb

Sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı artıb

End of content

No more pages to load

RADİO