“Vaxtilə Əbülfəz Elçibəy ürək ağrısı ilə söyləyirdi ki...”x9d

Türkiyənin Rusiyaya məxsus təyyarəni vurmasından sonra yaranmış gərgin situasiya Azərbaycanda da diqqətlə izlənilir və istər mediada, istərsə də sosial şəbəkələrdə qızğın müzakirələrə yol açıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də Moderator.az - a açıqlamasında yaranmış durumu şərh edib:

"Əvvəla, pilotları Türkiyə tərəfi deyil, əraziyə nəzarət edən türkmən silahlı qüvvələrinin döyüşçüləri vurub. Təbii ki, türkmənlər də bunu qisas hissi ilə ediblər. Bilirsiniz ki, xeyli vaxtdır Rusiya təyyarələri dinc türkmənləri bombalayır və Türkiyə də dəfələrlə buna etirazını ən sərt diplomatik dillə bildirib. Əlbəttə, mən hesab edirəm ki, Türkiyə o təyyarəni vurmamalıydı və çalışmalıydı ki, Rusiya ilə münaqişədən qaçsın. Amma mən düşünmürəm ki. Türkiyə bu qərarı təkbaşına verib. Yəqin ki, Türkiyə NATO üzrə müttəffiqləri ilə məsləhətləşəndən sonra belə bir qərar verib. Türkiyə artıq bir neçə dəfə xəbərdarlıq etmişdi ki, rus təyyarələri onların hava məkanını pozurlar. Hesab edirəm ki, Rusiyanın Türkiyənin çağırışlarına məhəl qoymaması, eyni zamanda görünür, Türkiyəyə “qorxma, vur”x9d deyilməsi sonda belə bir situasiyanın yaşanmasına gətirib çıxardı. Mən əminəm ki, Ərdoğana belə bir təminat verilmədən o heç bir halda belə bir riskə getməzdi. Hadisədən dərhal sonra Barak Obamanın Ankaranı dəstəkləməsi bunun sübutudur. Nəzərə almaq lazımdır ki, Putinin hazırda Rusiyadakı reytinqi və yürütdüyü xarici siyasət dünyaya meydan oxuyan bir siyasətçi obrazı üzərində qurulub. Amma təyyarənin vurulması onun bu məğlubedilməz imicini kifayət qədər zədələyir. Putin də bunun fərqindədir. Rusiyanın Krımda çox qısa müddətdə çox az itki hesabına nəhəng hərbi zəfər əldə etməsi Putini xeyli ruhlandırmışdı və onun böyük bir sərkərdə obrazını yaratmışdı. Amma etiraf etmək lazımdır ki, belə bir məqamda rus təyyarəsinin Türkiyə tərəfindən vurulması Ərdoğanın Putinə vurduğu tərs şillə effekti verdi. Ona görə də əgər təminatı olmasaydı mən düşünmürəm ki, Türkiyə belə bir riskə gedərdi. 
Hazırda ən çətin sual budur ki, Azərbaycan bu məsələdə necə davranmalıdır? Düşünürəm ki, Azərbaycan bu məsələdə mövqe ortaya qoymamalıdır. Yəni bir tərəfdə bizə qardaş olan bir Türkiyə, qarşı tərəfdə də böyük qonşumuz Rusiya var. Ona görə də bu münaqişədə tərəflərdən hansısa birinin mövqeyini müdafiə etmək kökündən yanlış olardı. Düşünürəm ki, türk qardaşlarımız da vəziyyətimizi yaxşı anlayır və bilirlər ki, əgər sabah Rusiya Azərbaycanın üstünə gəlsə, onların Azərbaycanı müdafiə etmək imkanları sıfırıa bərabərdir. Yəni biz bu acı reallığı birinci Qarabağ savaşında görmüşük. Halbuki o vaxt torpaqlarımızı Rusiya yox, Ermənistan işğal edirdi və baxmayaraq ki, Ermənistanın arxasında Rusiya dayanmışdı, Moskva özü bu münaqişədə açıq şəkildə tərəf kimi çıxış etmirdi. Ona görə də mən düşünmürəm ki, sabah Rusiya Azərbaycanın üzərinə gəlsə Türkiyə birinci Qarabağ savaşından fərqli mövqe ortaya qoyacaq. Digər tərəfdən bizim Rusiyanı da dəstəkləyimiz doğru olmazdı. Çünki bu hadisəyədək Rusiya əsassız olaraq dinc türkmənləri bombalayırdı, aqressor kimi davranırdı. Etiraf etmək lazımdır ki, Türkiyənin ixtiyarı öz  əlində deyil və NATO Ankaraya bu icazəni də verməz. Vaxtilə Azərbaycanın çox tanınmış diplomatlarından biri bir neçə millət vəkili ilə söhbətində deyirdi ki, bir dəfə rəhmətlik Heydər Əliyev türkiyəli həmkarı Əhməd Necdət Sezəri yoxlamaq istəyir və görüş zamanı ona deyir ki, xalq məndən Qarabağın hərbi yolla azad edilməsini tələb edir. Təsəvvür edin ki, hətta Əhməd Necdət Sezər ona öz sözünü bitirməyə aman vermir və deyir ki, sayın Haydar bəy, NATO-nun izni olmadan biz sizə bir kurşun da verə bilmərik. Bunlar çoxumuzun buildiyimiz acı faktlardır. Vaxtilə Əbülfəz Elçibəy ürək ağrısı ilə söyləyirdi ki, mən Kəlbəcərin işğalı ərəfəsində 3 dəfə Dəmirələ telefon açaraq sadəcə mülki əhalini qırğınlardan qurtarmaq üçün mülki helikopter istədim, hər dəfə bəhanə gətirərək iki mülki helikopter ayırmaqdan imtina etdi. Dəmirəl axırda məcbur olub Elçibəyə etiraf edib ki, siz məni başa düşün, bu, Türkiyənin münaqişəyə müdaxilə etməsi kimi yozula bilər və bu da Rusiyanı qəzəbləndirər. Ona görə də mən hesab edirəm ki, bu cür qorxaq siyasi liderləri olan bir dövlətin Rusiya təyyarəsini vurması sadəcə öz iradəsinin nəticəsi ola bilməz. Biz Ərdoğanı da kifayət qədər tanıyırıq və onun yürütdüyü siyasəti yaxından izləyirik. Heç kimə sirr deyil ki, Ermənistanla bütün ticarət əlaqələri qurulub, ermənilər də Türkiyədə sərbəst gəzib dolanırlar. Ona görə də Ermənistanla sərhədlərin rəsmən bağlı qalması sadəcə Azərbaycana siyasi və mənəvi dəstəkdən başqa heç nəyi ifadə etmir. Yəni sərhədlərin bağlı olması Ermənistan üçün heç bir iqtisadi məhrumiyyət yaratmayıb. Bu bağlama simvolik xarakter daşıyır və Türkiyə - Ermənistan ticarət dövriyyəsi artıq 300 milyon dolları keçib. Azərbaycanın da indiki gərginləşən situasiyada edə biləcəyi odur ki, hər iki ölkə ilə normal münasibətləri qoruyub saxlasın. Eyni zamanda hər iki ölkə ilə münasibətlərin yüksək səviyyədə olmasından istifadə edərək çalışmalıdır ki, bu münaqişə daha da dərinləşməsin. Çünki dərinləşsə, bundan ən çox ziyanı Azərbaycan çəkəcək. Əlbəttə, böyük dövlətlər üz - üzə gələndə kiçik dövlətlərin edə biləcəyi az şey qalır. Amma biz də çalışmalıyıq ki, nəyə gücümüz çatırsa bu münaqişənin ən qısa zamanda həllini tapmasına öz töhfəmizi verək".

Qeyd edək ki, BAXCP sədri Moderator.az - a geniş müsahibə verib. Onunla əməkdaşımızın söhbətini yaxın müddətdə oxuculara təqdim edəcəyik. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Toyundan paylaşım etdi - FOTO

Toyundan paylaşım etdi - FOTO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Könül Kərimova nəvəsi ilə - FOTO

Könül Kərimova nəvəsi ilə - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Lənkəranda çay evində dava qanla bitdi

Lənkəranda çay evində dava qanla bitdi

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

Tramp İranın yeni təklifini rədd etdi

Tramp İranın yeni təklifini rədd etdi

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Mingəçevirdə qəza: Xəsarət alan var

Mingəçevirdə qəza: Xəsarət alan var

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Makron Ermənistana gəldi - FOTO

Makron Ermənistana gəldi - FOTO

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

End of content

No more pages to load

RADİO