İŞİD-in Paris terroru kimin maraqlarına uyğundur?

Noyabrın 13-ündən 14-nə keçən gecə əslində bütün Qərb üçün sözün həqiqi mənasında qorxulu “cümə günü ayın 13”x9d-ü oldu. Məsuliyyəti İŞİD-in öz üzərinə götürdüyü və 200-ə yaxın can alan bu qanlı terror hadisəsi heç şübhəsiz ki, pislənməlidir. Amma üç məqam öz-özlüyündə ciddi olaraq düşünməyə vadar edən və cavab verməkdə bir qədər çətinlik yaradan suallar ortaya qoyur.

Birinci məqam, “Charlie Hebdo”x9d hadisəsindən sonra Parisin göbəyində bu miqyasda bir qanlı əməliyyatın necə keçirilməsi ilə bağlıdır. Maraqlıdır ki, hələ adını çəkdiyimiz dərgiyə hücümun gerçəkləşdiyi zaman bir çox mütəxəssislər Fransanı təhlükəsizlik tədbirləri görməməkdə günahlandrırdılar. Bu qanlı olayın üstündən bir o qədər böyük zaman keçməyib. Əcəba Fransa bundan bir nəticə çıxartmadımı? Hər halda böyük qaçqın axını ilə üz-üzə qalan Avropanın, əsasən də anti-terorro koalisiyasında əsas tərəf olaraq çıxış edən Fransanın terror əleyhinə tədbirlər alması, vacib şərt idi. Amma ötən gücə bunun əksini gördük...

İkinci məqam, G20 sammitinə saatlar qala belə bir böyük miqyasda terror hücumunun gerçəkləşməsidir. Heç şübhəsiz ki, zamanlamaya diqqət çəkməmək olmur. Sammitdə son dərəcə ciddi və prinsipial mövzu olaraq Suriya probleminin müzakirə masasına yatrılması planlaşdırılır. Əsədin və eləcə də Suriyanın gələcək taleyi ilə bağlı müzakirələrdə ABŞ öndərliyində Qərbin, Türkiyə və Səudiyyə Ərəbistanının Rusiya və İranla ortaq məxrəcə gəlinməsi üçün ciddi müzakirələrə gedəcəkləri bəlli idi. Bunu liderlerin açıqlamalarından da sezmək mümkün idi. Gündəlikdəki ikinci məsələ İŞİD, üçüncü isə Avropaya köç edən qaçqın axını idi. Amma gündəm dəyişdi. Artıq əminliklə demək olar ki, Əsəd üçüncü sıraya keçəcək. Maraqlıdır ki, İŞİD-ın birdən birə Avropanın göbəyinə belə bir ciddi terror hücumu gerçəkləşdirməsi, Əsədə nəinki əlavə zaman qazandıracaq, hətta Qərbin ona münasibətinin daha da loyallaşmasına səbəb olacaq ki, Rusiya və İran zatən əvvəldən “terror təhlükəsi və İŞİD”x9d kartları ilə manevr edərək Amerika və avropalıları buna vadar etmək istəyirdilər. Heç şübhəsiz ki, baş verən bu gəlişmə Suriyaya münasibətdə problemin balıca qaynağı olaraq rejimi və Əsədi işarə edən Türkiyə və ərəb birliyinin maraqlarına cavab vermir.

Üçüncü məqam, mültəce ”“ Yaxın Şərqdən, əsasən da Suriyadan olan qaçqın axını ilə bağlıdır. Son günlər həm Almaniya, həm də Fransada islamafobik etirazlar və eləcə də PEGİDA kimi ultrasağçı hərəkatların çıxışları yenidən gündəmə gəlməkdə idi. Bu terror hadisəsi onsuz da Avropaya keçməsi demək olar ki, zor, müşkül bir işə çevrilən, keçə bilənlər üçün isə son dərəcə mənfi, aşağılyıcı münasibətlə müşayət olunan sıravi suriyalı qaçqınlar üçün isə vəziyyəti daha da dözülməz edəcək. Baş verən terror hadisəsi birmənalı olaraq onlara qarşı münasibətin istər rəsmi dairələrdə, istərsə də ictimaiyyət arasında daha da kəskinləşməsinə, radikal xarakter almasına səbəb olacaq. Məgər mühafizəkar və islamafobik qüvvələrin, eləcə də mültəce axınının qarşısını almağa cəhd göstərən Avropa rəsmilərinin də istədiyi, ictimaiyyət arasında da belə bir münasibtin formalaşması deyildimi?

Və ən əsası da, baş verən qanlı olay heç şübhəsiz ki, ciddi şəkildə Yaxın Şərqdə baş verənlərə öz təsirini göstərmiş olacaq. Bu təsir ilk növbədə qoca Qitənin regionda daha da aktivləşməsi üçün bir “dəvətnamə”x9d olaraq qiymətəndirilə bilər. Bu ən azından Yaxın Şərqdəki aktivliyə bir o qədər müsbət yanaşmayan və hətta bir çox məqamlarda əleyhinə olan çoxsaylı orta statistik avropalıya “özünümüdafiə”x9d instinkti kimi qəbul etdiriləcək.

Və indi gəlin hesablayaq: İŞİD-in bu terror hücumu hansı tərəfin maraqlarına daha çox cavab verməkdədir?

Əslində Qərb Yaxın Şərqdə soyuq savaş dönəmindən bu günədək qurduğu “gedişlər”x9din nəticələrini indi öz üzərində hiss etməkdədir. Nə zamanlarsa Yaxın Şərqdə “əkilən meyvələr”x9d, öz bəhrəsini bu gün Avropanın göbəyində verməkdədir. Terrorun dini və milliyyəti olmur. Terrora, Yaxın Şərqdə on illərdir ki, bitib-tükənməyən savaş və müharibələrin baiskarları olanlara münasibətdə ikili standartlar və maraqlar çərçivəsindən yanaşmağın nəticələridir, bütün bu baş verənlər. Və bu gün Qərb bu məsuliyyəti bölüşməklə məşğuldur, təəssüf ki, ən acı və qanlı şəkildə...

Vüqar Zifəroğlu , "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri


/file/articles/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Kürdəmirdə yeni il hazırlıqları başa çatıb - VİDEO

Kürdəmirdə yeni il hazırlıqları başa çatıb - VİDEO

Bellinqem üçün sərvət ödəməyə HAZIRDIRLAR

Bellinqem üçün sərvət ödəməyə HAZIRDIRLAR

Hacıkənddə yolun buz bağlaması qəzaya səbəb oldu

Hacıkənddə yolun buz bağlaması qəzaya səbəb oldu

Şeremetyevo və Vnukovo aeroportlarında məhdudiyyətlər TƏTBİQ EDİLİB

Şeremetyevo və Vnukovo aeroportlarında məhdudiyyətlər TƏTBİQ EDİLİB

Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Zelenski: “Ukraynanın bərpası üçün 700–800 milyard dollar lazımdır”

Zelenski: “Ukraynanın bərpası üçün 700–800 milyard dollar lazımdır”

Orxan xanımına qurduğu biznesdən DANIŞDI: “Gözləyirdi ki, acından ölməliydik…” - VİDEO

Orxan xanımına qurduğu biznesdən DANIŞDI: “Gözləyirdi ki, acından ölməliydik…” - VİDEO

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ - FOTO

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ - FOTO

"Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR

"Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər - FOTO

Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO

Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO

"Başımı bağlamağımı istəsə, onu da edərəm"

"Başımı bağlamağımı istəsə, onu da edərəm"

Putin: “Rusiya Kiyev hakimiyyətinin başladığı müharibəni bitirməyə çalışır”

Putin: “Rusiya Kiyev hakimiyyətinin başladığı müharibəni bitirməyə çalışır”

Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU

Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU

Pensiya yaşı dəyişəcək - Bu tarixdən...

Pensiya yaşı dəyişəcək - Bu tarixdən...

"Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam" - VİDEO

"Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam" - VİDEO

Tayvan sahillərində güclü zəlzələ BAŞ VERDİ - VİDEO

Tayvan sahillərində güclü zəlzələ BAŞ VERDİ - VİDEO

Zirkzeyə "Roma"dan TƏKLİF GƏLDİ

Zirkzeyə "Roma"dan TƏKLİF GƏLDİ

Səməd Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış saxta açıqlama YAYILIB

Səməd Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış saxta açıqlama YAYILIB

Mənzil bazarında qiymətlər niyə artıb? - VİDEO

Mənzil bazarında qiymətlər niyə artıb? - VİDEO

Bayram salatlarında mayonezi nə ilə əvəz edək - Mütəxəssis TÖVSİYƏSİ

Bayram salatlarında mayonezi nə ilə əvəz edək - Mütəxəssis TÖVSİYƏSİ

End of content

No more pages to load

RADİO