Mərkəzi Seçki Komissiyası (MSK) ən geci noyabrın 21- də Milli Məclisə seçkilərin yekun nəticələri tədsdiq edəcək.
Bunu Moderator.az - a açıqlamasında MSK - nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli deyib.
Onun sözlərinə görə, seçki qanunvericiliyinə əsasən MSK seçkidən sonra ən geci 20 gün müddətində yekun nəticələrilə bağlı protokolu təsdiq edib, Konstitutsiya Məhkəməsinə təqdim etməlidir. “Konstitutsiya Məhkəməsi də öz növbəsində əgər hər hansı şikayət və müraciət olmazsa ən geci 10 gün müddətində baxıb seçki ilə bağlı yekun qərar verməlidir. Bundan sonra Konstitutsiya Məhkəməsi Milli Məclisin ilk iclasının vaxtını təyin edir.”x9d, - deyə Əsədli vurğuladı.
Qanunvericiliyə görə, Azərbaycanda 83 deputatın səlahiyyəti təsdiq edilərsə, o zaman Milli Məclis fəaliyyətinə başalaya bilər.
Əsədli onu da əlavə etdi ki, MSK-nın seçkilərin nəticələri ilə bağlı nəzərdə tutulan 20 gün qanunvericilikdə bu ən maksimal hədlərdir:
“Əgər hər hansı müraciət və şikayət olmazsa, o zaman MSK daha qısa müddətdə yekun nəticəni təsdiq edə bilər. Bu məsələ eyni zamanda Konstitutsiya Məhkəməsinə aiddir. Yəni MSK daha tez, noyabrın 20-dən də tez bir vaxtda noyabrın 1 - də keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı məsələyə baxıb yekun protokolu təsdiq edə bilər”x9d.
Milli Məclisdən isə Moderator.az - a bildirildi ki, 5 - ci çağırış Milli Məclisin ilk iclasının noyabr ayının üçüncü ongünyündə keçirilməsi nəzərdə tutulur. “Hələlik ilk iclasla bağlı dəqiq tarix bəlli deyil”x9d.