MTN-dəki əməliyyatla bağlı Hacı Məmmədova problem...- Yeri dəyişdirilə bilər

23 iyul 2004-cü ildə Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan 8 ay sonra səs-küylü əməliyyat baş tutdu. MTN 2005-ci il martın 10-da “Qara Kəmər”x9d əməliyyatı keçirdi, başında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun durduğu adam oğurlayan banda ifşa olundu. Rəsmi olaraq bandanın 10 il fəaliyyət göstərdiyi, üzvlərinin adam oğurluğu və sifarişli qətllər törətdiyi açıqlanıb. 

Mətbuatda bu əməliyyatın sorağına günlərimizə qədər ara-sıra da rast gəlmək olurdu. Bandanın məhkəməsi 2006-cı ildə başlayıb, 2007-ci ilə qədər davam etdi, Hacı Məmmədov da daxil olmaqla 10 nəfər ömürlük, 15 nəfər isə ən müxtəlif müddətlərə azadlıqdan məhrum edildilər. 

İş üzrə ömürlük həbsə məhkum edilmiş 9 nəfər Qobustan Qapalı Həbsxanasına göndərildi. Hacı Məmmədov isə ibtidai istintaq dövründə olduğu kimi, yenə də Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanıldı. Bu gün də oradadır. 

Onu MTN-nin İstintaq Təcridxanasında digər kameralardan şəraitinə görə fərqlənən 44 saylı kamerada saxlayırlar. Həmin kamera digərlərindən genişliyinə görə fərqlənir. Təcridxanadakı kameraların ölçüsü standartdır - 2 metr 80 santimetr uzunu və eyni ölçüdə enidir. 

Kameraların tavanına bitişik balaca pəncərələr var. Həmin pəncərələrdən yalnız səmanı görmək olur. Hacı Məmmədovun saxlanıldığı kameranın ölçüləri daha böyükdür. Şəhidlər Xiyabanı tərəfə açılan pəncərəsindən Bakını seyr etmək olur. Banda başçısına illərdir ki, fərqli münasibət var. 

Ömürlük məhkumun MTN-də saxlanılması qurumun tarixində ilk belə haldır. Hacı Məmmədova qədər ora ömürlük həbsə məhkum edilmiş şəxsləri göndərmir, orada saxlamırdılar. Hacı Məmmədovun MTN-də qanunsuz saxlanıldığı zaman-zaman ictimailəşsə də, heç bir nəticəsi olmayıb. İş üzrə təqsirləndirilən Zakir Nəsirovun vəkili Adil İsmayılov H.Məmmədovun MTN-də saxlanılmasının qanunsuz olduğunu mətbuata dəfələrlə deyib. 

Vəkil 2011-ci ildə verdiyi açıqlamada demişdi ki, Hacı Məmmədovu orada qanunsuz saxlayırlar: “Qanun buna imkan vermir. Onu Qobustana çoxdan göndərməli idilər. Amma göndərmirlər”x9d. 

MTN təcridxanasına baş çəkmək hüququ tanınan yeganə hüquq müdafiəçisi, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə qəzetimizə açıqlamalarında Hacı Məmmədovun orada qalmaq istədiyini dəfələrlə bildirib. 

Onun verdiyi açıqlamalardan birindən sitat: “Hacı özü mənə demişdi ki, Qobustana köçürülmək istəmir. Dedi, ora köçürsələr, həyatıma təhlükə olacaq, mənim üçün elə ən təhlükəsiz yer MTN-dir”x9d.

Məsələnin bu tərəfi də var ki, məhkumun saxlama yerini seçmək hüququ Azərbaycan qanunları ilə tanınmır. Buna görə də onun MTN-də saxlanılması qanunsuzdur. 

Belədə ortaya suallar çıxır: Hacı Məmmədova xüsusi münasibət haradan qaynaqlanır? Eldar Mahmudov nazir olaraq belə bir qanunsuzluğa niyə qol qoyub? Marağı nə olub? Məgər o, Hacı Məmmədovun millətin, dövlətin təhlükəsizliyinə cavabdeh olan bir qurumda saxlanılmasının Azərbaycan qanunlarına zidd olduğunu bilməyib? 

Aydındır ki, nazir bunları bilməmiş deyildi. Sadəcə Hacı Məmmədovu himayə etməklə onu məhkəməsində şəxsi maraqlara uyğun ifadə verməsinə yol açmışdılar. Hacı Məmmədov isə məhkəməsində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə şər atmaqdan, DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi, general Zakir Nəsirovun üzünə dayanmaqdan çəkinməmişdi. Onun yalana söykənən  ifadələri əsasında Z.Nəsirov bu gün də ömürlük həbsdədir. 

Hacı Məmmədov “Qara Kəmər”x9də qədər sifarişlə adam öldürürdüsə, bu əməliyyatdan sonra sifarişlə üzə dayanana çevrilmişdi. O, törətdiyi əməllərə görə ömürlük cəza alacağını tutulduğu andan bilirdi. Bilirdi ki, bu əməlləri ilə özünə Qobustan Həbsxanasında ömürlük kamera qazanıb. Orada isə yanına sifarişlə öldürdüyü şəxsin qohumu, oğurlayıb pulunu aldığı biznesmenin tanışı düşüb, onu çətin duruma sala, suallar verə bilərdi. Bunlardan özünü sığortalamaq üçün yalan ifadələrə qol çəkdi, məhkəmədə dedi və MTN-dəki kameranı ömrünün axırına qədər özünə qazandı. 

O zaman heç kimin ağlına belə gəlməzdi ki, Hacı Məmmədova qarşı keçirilən əməliyyatın biri də onu himayə etmiş şəxslərə qarşı keçirilə bilər. Və Hacı Məmmədov açıqda qalar. Azərbaycanda daman bütün “krışa”x9dsı da bir gün su buraxar. 

Bu gün H.Məmmədovun qanunsuz olaraq saxlanıldığı MTN-dən Qobustan Qapalı Həsbxanasına köçürülməsi qanuni qərarla bağlı məsələdir. Bu isə milli təhlükəsizlik naziri təyin ediləcək şəxsin Azərbaycan qanunlarına sayğısının göstəricilərindən biri olacaq.  (musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

End of content

No more pages to load

RADİO