Ramil Usubov Sumqayıtın yeni polis rəisini şəxsi heyətə təqdim edib

Daxili işlər naziri Sumqayıtda zabit və gizirlər üçün yeni tikilmiş xidməti yaşayış kompleksinin açılışında da iştirak edib

Oktyabrın 14-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş xidməti yaşayış kompleksinin açılış mərasimi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik xa0Ramil Usubov iştirak edib. Nazir yeni binada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, inşasına 2014-cü ilin aprel ayında başlanmış beşmərtəbəli bina hər cür zəruri avadanlıqlarla təchiz edilib. Ümumi yaşayış sahəsi xa04800 kvadratmetr olan kompleks 60 mənzildən ibarətdir. Ərazidə hərbi qulluqçuların uşaqları üçün oyun meydançası da yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb. xa0xa0

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsi heyətin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini nəzərə çatdıran nazir buna görə dərin minnətdarlığını bildirib və onu əmin edib ki, Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, göstərilən böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaq.

Daha sonra R. Usubov Sumqayıt Şəhər Polis İdarəsinə gələrək yeni təyin olunmuş rəis Əkbər İsmayılovu şəxsi heyətə təqdim edib. Şəxsi heyətlə görüşən nazir son illər Şəhər Polis İdarəsinin cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin təmin olunmasında müsbət nəticələr qazandığını vurğulayaraq xa0uğurların davamlı olmasının, hər bir əməkdaşın öz məsuliyyətini dərk edərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlmələrinin vacibliyini qeyd edib.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, İdarənin şəxsi heyəti respublikanın bu mühüm sənaye mərkəzində asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz əhəmiyyətli töhfəsini verəcək, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaşların müraciətlərinə operativ reaksiya verilməsi və vaxtında baxılması sahəsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcək.

Hər iki mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

End of content

No more pages to load

RADİO