İlham Əliyev: Tarixi həqiqətlərin gizlədilməsi acı nəticələrə gətirib çıxarır

Dövlət başçısı təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Dünya tarixçilərinin VIII beynəlxalq Atatürk konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Moderator.az -ın məlumatına görə, məktubda qeyd olunur:xa0

“Hörmətli konfrans iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.

Tarixçi alimlərin mötəbər məclisinin Gəncə şəhərində keçirilməsi ölkəmizin elmi və ictimai həyatında əlamətdar hadisə olmaqla yanaşı, həm də dərin rəmzi məna daşıyır. Hələ qədim və orta əsrlər dövründə iri ticarət və mədəniyyət mərkəzi kimi tanınmış, bəşər sivilizasiyasına Nizami, Məhsəti və digər görkəmli şəxsiyyətlər bəxş etmiş bu diyar bütövlükdə şərq-müsəlman intibahının əsas ocaqlarından biri sayılır".

Dövlət başçısı vurğulayıb ki, tarix elmi indiyə qədər böyük inkişaf yolu keçmiş, texniki nailiyyətlərin, texnoloji yeniliklərin tətbiqi sayəsində araşdırmaların kəmiyyət və keyfiyyət göstəriciləri xeyli yüksəlib:xa0

“Lakin bu elmin xalqlar və cəmiyyətlər qarşısındakı başlıca missiyası dəyişməz olaraq qalır: keçmişi yaşatmaqla bu günə və gələcək tərəqqiyə xidmət göstərmək. Yalnız obyektiv, qərəzsiz yazılan gerçək tarix bəşəriyyətin inkişafına dəyərli töhfə verə bilər. Gerçəkliyi üzə çıxarmağın səmərəli yollarından biri isə mütəxəssislərin iştirakı ilə keçirilən belə nüfuzlu elmi toplantılardır.

Konfransın region ölkələrinin XIX-XX əsr tarixinə həsr olunması həm də mühüm siyasi əhəmiyyətə malikdir. Belə ki, o dövrdə cərəyan etmiş proseslər xalqlarımızın taleyində dərin iz buraxmış, mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı təsirinin artmasına, milli şüurun formalaşmasına, dövlətçilik ənənələrinin yeni formada dirçəlməsinə şərait yaratmışdır”x9d.

İlham Əliyev bildirib ki, eyni zamanda tarixin bu mərhələsi böyük sarsıntılar, müstəmləkə işğalları, türk-müsəlman toplumlarına qarşı törədilən qırğınlar, deportasiya və etnik təmizləmələrlə yaddaşlarda qalıb, günümüzədək davam edən münaqişələr və digər faciəli hadisələrlə müşayiət olunub:xa0

“Həyat göstərir ki, tarixi həqiqətlərin gizlədilməsi və ya təhrif olunması, elmi araşdırmaların məhdud ideoloji çərçivələrə salınması, siyasi məqsədlərə və geosiyasi maraqlara tabe etdirilməsi acı nəticələrə gətirib çıxarır, xalqları çətin sınaqlarla üz-üzə qoyur. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş cinayətlərin yüzilliyin sonlarında yenidən və daha ağır formada təkrarlanması, Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən zəbt olunması, soydaşlarımızın deportasiyası, Xocalı soyqırımı kimi dəhşətli faciənin baş verməsinin əsas səbəblərindən biri də məhz tarixi hadisə və proseslərin obyektiv işıqlandırılmaması, onlara vaxtında adekvat qiymət verilməməsidir.

Təqdirəlayiq haldır ki, beynəlxalq Atatürk konfransı platformasında birləşən tarixçilər öz peşə borcuna böyük məsuliyyətlə yanaşaraq, keçmişi elmi prinsiplər əsasında araşdırmaq üçün gərgin əmək sərf edirlər. Əminəm ki, bugünkü toplantınızda dinlənəcək məruzə və çıxışlar, aparılacaq elmi müzakirələr həmin müsbət təcrübənin davamlı olduğunu bir daha təsdiqləyəcək, tariximizi daha yaxşı dərk etməyə və ondan ibrət dərsi götürməyə əlavə imkanlar yaradacaqdır. Sizə çətin və şərəfli işinizdə yeni uğurlar arzulayıram”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Parisdə istilər: 109 nəfər VƏFAT ETDİ - VİDEO

Parisdə istilər: 109 nəfər VƏFAT ETDİ - VİDEO

Yaponiyada güclü ZƏLZƏLƏ

Yaponiyada güclü ZƏLZƏLƏ

Bakıda boru partladı, küçəni su basdı - VİDEO

Bakıda boru partladı, küçəni su basdı - VİDEO

İran XİN-dən ABŞ-ın endirdiyi zərbələrə KƏSKİN REAKSİYA

İran XİN-dən ABŞ-ın endirdiyi zərbələrə KƏSKİN REAKSİYA

Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO

Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO

Qrup mərhələsi başa çatdı: Pley-offa yüksələn 32 komanda bəlli oldu: Kim kimlə oynayacaq?

Qrup mərhələsi başa çatdı: Pley-offa yüksələn 32 komanda bəlli oldu: Kim kimlə oynayacaq?

Türkiyə Venesuelaya xilasedici qrup göndərdi

Türkiyə Venesuelaya xilasedici qrup göndərdi

DÇ-2026: Messi mundiallar tarixində 19-cu qolunu vurdu - VİDEO

DÇ-2026: Messi mundiallar tarixində 19-cu qolunu vurdu - VİDEO

Venesuelada 11 yaşlı uşaq 70 saatdan sonra dağıntılar altından xilas edildi - VİDEO

Venesuelada 11 yaşlı uşaq 70 saatdan sonra dağıntılar altından xilas edildi - VİDEO

Tramp: Əgər bu baş verərsə, İran artıq mövcud olmayacaq

Tramp: Əgər bu baş verərsə, İran artıq mövcud olmayacaq

İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?

İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?

Abituriyentlər sosial şəbəkələrdə manipulyasiya olunur

Abituriyentlər sosial şəbəkələrdə manipulyasiya olunur

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

End of content

No more pages to load

RADİO