Bakıda növbəti Formula 1 yarışı uğurla yekunlaşdı

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Qran-Prinin açılış mərasimi olub. Mərasim Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Himnimiz dünyaşöhrətli xanəndə, Azərbaycanın Xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın təqdimatında səsləndirilib. Onların bənzərsiz ifası xüsusi səhnə kompozisiyası və üçrəngli bayrağımızı simvolizə edən vizual həllər ilə müşayiət olunub. Açılışda, həmçinin milli simvolumuz – səkkizguşəli ulduz da nümayişin bir hissəsi kimi təqdim edilib.

Açılışdan sonra Formula 1 Azərbaycan Qran-Prisi-2025 start götürüb.

Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Sürücülər qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vurublar.

Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

İki saata yaxın davam edən gərgin idman mübarizəsinin sonunda “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Qran-Prinin qalibi olub. Corc Rassell (“Mercedes”) ikinci, Karlos Saynz (“Uilliams”) üçüncü olub.

Sonra Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq, Böyük Britaniya və Niderlandın dövlət himnləri səsləndirilib.

Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 19-da start verilib. İlk gündə keçirilmiş birinci sərbəst yürüşdə “McLaren”in pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən Luis Hemilton finişə hamıdan tez çatıblar.

Ayın 20-də təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə Lando Norris, sıralanma turunda isə Maks Ferstappen imza atıblar.

Builki dünya çempionatına martın 14-16-da Avstraliya Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Çin, Yaponiya, Bəhreyn, Səudiyyə Ərəbistanı, ABŞ (Mayami), İtaliya (İmola), Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Belçika, Macarıstan, Niderland, İtaliyada (Monza) təşkil olunub. Yarışlara dekabrın 6-8-də Əbu-Dabidə yekun vurulacaq.

Beləliklə, 17 Qran-Pridən sonra pilotların siyahısında “McLaren”də çıxış edən Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris 299 xalla ikinci, Maks Ferstappen 255 xalla üçüncü yeri tutub.

Konstruktorlar Kubokunda isə sıralamaya 623 xalla “McLaren” komandası başçılıq edir.

“Mersedes” 290 xalla ikinci, “Ferrari” 286 xalla üçüncü sırada yer alıblar. Sonrakı pillələrdə “Red Bull” (272), “Uilliams” (101), RB (72), “Aston Martin” (62), “Kick Sauber” (55), “Haas” (44), “Alpine” (20) komandaları qərarlaşıblar.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib. Bu yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Sentyabrın 19-da Formula 2 üzrə sərbəst yürüş və sıralama yarışı təşkil olunub. Birinci sərbəst yürüşdə "Rodin"dən Aleks Dunne, sıralanma turunda isə “DAMS”dan Cek Krauford finişə hamıdan tez çatıb. Ertəsi gün isə sprint yarışı baş tutub. Ən yaxşı nəticəni “TGR” komandasının üzvü Dino Beqanoviç göstərib.

Bu gün keçirilən əsas yarışda isə Cek Krauford Formula 2 Azərbaycan Qran-Prisinin qalibi olub.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

Suriya Prezidenti ABŞ-dadır

Suriya Prezidenti ABŞ-dadır

Ermənistanda “Dəyənək” adlı partiya yaradılacaq

Ermənistanda “Dəyənək” adlı partiya yaradılacaq

Alim Qasımov və Fərqanə Qasımova “Formula 1”də Azərbaycan himnini ifa etdilər - VİDEO

Alim Qasımov və Fərqanə Qasımova “Formula 1”də Azərbaycan himnini ifa etdilər - VİDEO

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisindən həyacan dolu VİDEOLAR

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisindən həyacan dolu VİDEOLAR

Məhkumların orqanlarını bağışlaması niyə QADAĞANDIR?

Məhkumların orqanlarını bağışlaması niyə QADAĞANDIR?

Çinin bu avtomobili “Bugatti”nin rekordunu təzələdi - VİDEO

Çinin bu avtomobili “Bugatti”nin rekordunu təzələdi - VİDEO

Azərbaycan "Avroviziya"da iştirakdan imtina edib?

Azərbaycan "Avroviziya"da iştirakdan imtina edib?

Erməni konsul Paşinyana qarşı çıxdı: “Yalnız Rusiya ilə ittifaqda suverenliyi qoruya bilərik”

Erməni konsul Paşinyana qarşı çıxdı: “Yalnız Rusiya ilə ittifaqda suverenliyi qoruya bilərik”

Şəkərin əvəzedicisi TAPILDI

Şəkərin əvəzedicisi TAPILDI

Putin başına gələn hadisədən danışdı - VİDEO

Putin başına gələn hadisədən danışdı - VİDEO

Gədəbəydə qardaş-bacını maşın vurdu

Gədəbəydə qardaş-bacını maşın vurdu

Bakıda növbəti Formula 1 yarışı uğurla yekunlaşdı

Bakıda növbəti Formula 1 yarışı uğurla yekunlaşdı

Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı

Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı

İlham Əliyev: “Ermənistanla sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılıb”

İlham Əliyev: “Ermənistanla sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılıb”

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı

Hərbi jurnalist Şəmistan Nəzirli dəfn edildi

Hərbi jurnalist Şəmistan Nəzirli dəfn edildi

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

End of content

No more pages to load

RADİO