Bakıya 12 mindən çox turist gələcək - FOTO

Sentyabrın 19-21-də paytaxtımızda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin startına sayılı günlər qalır. Yarış həftəsində Bakının küçələrində mühərriklərin gurultusu yenidən eşidiləcək və paytaxtımız dünya avtoidmanının mərkəzinə çevriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb.
 

Bildirilib ki, yarış günlərində 12 mindən çox xarici turistin Bakıya gələcəyi gözlənilir. Rəsmi statistikaya əsasən, ötən il tamaşaçıların 80 faizindən çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaq bilet almadan sadəcə "Formula-1" ab-havasını yaşamaq üçün paytaxtımıza üz tutub.


"Formula-1"in təqdim etdiyi rəqəmlərə görə, azarkeşlərin 55 faizi Azərbaycan Qran-prisini dostlarına tövsiyə etməyə hazırdır, 72 faizi isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır.

Göstəricilərə əsasən, bir xarici azarkeşin orta xərci 2 200 ABŞ dollarını ötür ki, bu da Qran-prini turizm və sahibkarlığın inkişafı üçün mühüm hərəkətverici qüvvəyə çevirir.

2024-cü ildə Azərbaycan Qran-prisini canlı izləyənlərin sayı 86 milyon nəfəri, müxtəlif platformalarda yarışla maraqlananların sayı isə 3.9 milyard tamaşaçını keçib.

Azərbaycan Qran-prisinə maraq nəzərə alınaraq, 2025-ci ildə iki yeni tribuna inşa edilib.

Mövcud olan 12 tribunadan 10-nun biletləri artıq tamamilə satılıb. Ümumi tamaşaçı tutumu 20 min nəfəri ötəcək ki, bu da Bakının "Formula-1" xəritəsində mövqeyini daha da möhkəmləndirir.

Yarışa hazırlıq işlərinə minlərlə insan cəlb olunub. Tikinti-quraşdırma işlərində 2 mindən çox mühəndis, texnik, montajçı və logistikaçı iştirak edir. Sakinlərin rahatlığı üçün işlər, əsasən gecə saatlarında aparılır. Yarış həftəsində bu komandaya əlavə 1 500 əməkdaş, 2 000 könüllü və 1 400 marşal qoşulur.

Əgər ilk illərdə işlərin böyük hissəsi xarici şirkətlərin payına düşürdüsə, bu gün bütün proses yerli podratçılar tərəfindən icra olunur. Bu isə həm yeni iş yerlərinin açılmasına, həm də yerli mütəxəssislərin təcrübəsinin artmasına şərait yaradır. Beləliklə, Qran-pri təkcə idman yarışı deyil, həm də ölkə iqtisadiyyatı üçün güclü inkişaf platformasıdır.

BŞH Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev azarkeşləri həm həyəcanlı yarışdan, həm də Azərbaycanın qonaqpərvərliyindən zövq almağa dəvət edib:
 

"Ötən il rekordlarla yadda qaldı. Qlobal maraq sayəsində Azərbaycan Qran-prisi artıq "Formula-1" təqvimində mütləq izlənilməli yarışlardan biridir. 2025-ci il isə daha möhtəşəm olacaq. İki yeni tribunaya görə tədbir tarixdə ən böyük tamaşaçı tutumuna sahib olacaq.


İlk dəfə eksklüziv "Formula-1 Çempionlar Klubu" fəaliyyət göstərəcək və burada pit-leyn mənzərələri, paddok turları və digər unikal imkanlar təqdim olunacaq. Bu, daha çox azarkeşə Azərbaycan Qran-prisini canlı izləmək fürsəti verəcək.

Dünyanın ən güclü pilotları yenidən Bakıya qayıdırlar və bizi unudulmaz anlar gözləyir! BŞH ənənəsinə sadiq qalaraq sürprizlərə hazırdır. Əgər trekdəki sürət sizə az görünəcəksə, sadəcə gecəni gözləyin: sentyabrın 19-da DJ Anyma, sentyabrın 20-də isə dünya ulduzları Martin Garrix və Glass Animals azarkeşlərə möhtəşəm şou təqdim edəcəklər".






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Turşu xərçəng riskini AZALDIR

Turşu xərçəng riskini AZALDIR

"İnter" bu formalarla oynayacaq - FOTO

"İnter" bu formalarla oynayacaq - FOTO

Sonsuzluğun müalicəsi ASANLAŞDI

Sonsuzluğun müalicəsi ASANLAŞDI

Ermənistan bütün sərhədlərində “ağıllı pasport” sistemi TƏTBİQ EDƏCƏK

Ermənistan bütün sərhədlərində “ağıllı pasport” sistemi TƏTBİQ EDƏCƏK

“Netanyahu Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidir” - Qətərli nazir

“Netanyahu Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidir” - Qətərli nazir

İctimai nəqliyyat yeni tədris ilinə hazırdır? - VİDEO

İctimai nəqliyyat yeni tədris ilinə hazırdır? - VİDEO

Yayda ayrıldığı kluba QAYITDI

Yayda ayrıldığı kluba QAYITDI

ABŞ Dövlət Departamentinin baş rəsmisi ilə əməkdaşlıq müzakirələri aparıldı - FOTO

ABŞ Dövlət Departamentinin baş rəsmisi ilə əməkdaşlıq müzakirələri aparıldı - FOTO

Yevlaxda toydan qayıdan dörd nəfər ağır qəzaya düşdülər

Yevlaxda toydan qayıdan dörd nəfər ağır qəzaya düşdülər

Siyasi aktivisti qətlə yetirən şəxs Demokrat Partiyasının üzvüdür - VİDEO

Siyasi aktivisti qətlə yetirən şəxs Demokrat Partiyasının üzvüdür - VİDEO

Məşhur müğənninin maşınından meyit TAPILDI - FOTO

Məşhur müğənninin maşınından meyit TAPILDI - FOTO

İsrailin Yəmənə hücumları zamanı ölən və xəsarət alanların sayı ARTDI

İsrailin Yəmənə hücumları zamanı ölən və xəsarət alanların sayı ARTDI

Millimiz Gürcüstana QALİB GƏLDİ

Millimiz Gürcüstana QALİB GƏLDİ

ABŞ-da Tramp tərəfdarı olan siyasi aktivist GÜLLƏLƏNDİ - ANBAAN VİDEO

ABŞ-da Tramp tərəfdarı olan siyasi aktivist GÜLLƏLƏNDİ - ANBAAN VİDEO

Gəncədə velosipeddən yıxılan uşaq HƏYATINI İTİRDİ

Gəncədə velosipeddən yıxılan uşaq HƏYATINI İTİRDİ

Netanyahu HƏDƏLƏDİ: Yəməndə husilərə yeni zərbələr təşkil ediləcək

Netanyahu HƏDƏLƏDİ: Yəməndə husilərə yeni zərbələr təşkil ediləcək

Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Bakının 2 rayonunda QAZ OLMAYACAQ

“Neftçi” Ramil Şeydayevlə yollarını ayırdı

“Neftçi” Ramil Şeydayevlə yollarını ayırdı

Tovuzda maşınlar toqquşaraq körpüdən AŞDI

Tovuzda maşınlar toqquşaraq körpüdən AŞDI

Azərbaycan və Ukrayna arasında enerji əməkdaşlığı müzakirə edildi - FOTO

Azərbaycan və Ukrayna arasında enerji əməkdaşlığı müzakirə edildi - FOTO

Zelenski: “Rusiya dronları NATO sərhədlərini pozub”

Zelenski: “Rusiya dronları NATO sərhədlərini pozub”

Azərbaycanda məşhur mağaza BAĞLANIR

Azərbaycanda məşhur mağaza BAĞLANIR

“Tottenhem” bu futbolçuya görə 70 milyon TƏLƏB EDİR

“Tottenhem” bu futbolçuya görə 70 milyon TƏLƏB EDİR

MİQ imtahanı pullu OLACAQ

MİQ imtahanı pullu OLACAQ

End of content

No more pages to load

RADİO