“O zaman Qərb diplomatları zarafatla deyirdi ki, artıq it quyruğu yox, quyruq iti fırladır...”

“Fransa rəsmiləri həmin vaxt baş nazir olan Köçəryanı Parisə çağırıb ona təzyiq edirdilər ki, bu çevriliş baş verməsin və Ter-Petrosyan hakimiyyətdə qalsın...”
 
“Axı  1991-ci ildən bəri Xankəndi, Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcərdən başlamış Azərbaycan torpaqlarının işğalı prosesi məhz Ter-Petrosyanın hakimiyyəti dövründə baş verib...”
 
“Əslində Ter-Petrosyan özü könüllü istefa verməmişdi. Ortada Rusiyanın da Robert Köçəryan vasitəsilə təzyiqi var idi. Amma elə şərait yetişmişdi ki. Qarabağ klanının hakimiyyətə gəlməsi artıq qaçılmaz idi. Çünki  Ermənistan ordusu, güc və təhlükəszilik sistemlərində Qarabağ erməniləri  əsas vəzifələri ələ keçirmişdilər.  Və demək olar ki, Ermənistanı tam nəzarət altında saxlayırdılar”. 
 
Bunu Moderator.az-a açıqlamasında ABŞ Dövlət Departamentinin 1997-1998-ci illərdəki Qarabağ siyasəti ilə bağlı bu günlərdə dərc olunmuş sənədlərində Ermənistanın o dövrdə hakimiyyətdə olan 1-ci prezidenti Levon Ter-Petrosyan və onun istefasından sonra prezident olan Robert Köçəryan barədə deyilənlərdən bəhs edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.
 
“Hətta o zaman Qərb diplomatları zarafatla deyirdi ki, artıq it quyruğu yox, quyruq iti fırladır. “Quyruq” deyəndə Qarabağdakı separatçı erməni rejimi, “it” deyəndə isə Ermənistan nəzərdə tutulurdu. Yəni Köçəryan, ardınca Serj Sərkisyanın timsalında Qarabağ klanı hakimiyyətə gəldikdən sonra artıq Ermənistanı bütövlükdə Qarabağ erməniləri idarə etməyə başlamışdı.  Bu mənada Ter-Petrosyanın istefası, demək olar ki, çevriliş idi. O çevrilişin olması artıq qaçılmaz idi. Və Fransa rəsmiləri həmin vaxt baş nazir olan Köçəryanı Parisə çağırıb ona təzyiq edirdilər ki, bu çevriliş baş verməsin və Ter-Petrosyan hakimiyyətdə qalsın. Ona hətta  orden vermişdilər” -deyə davamında politoloq bildirib. 
 
Həmsöhbətimiz “İrəvanda Qarabağ klanının hakimiyyətə gətirilməsi birbaşa Moskvanın əli ilə baş verirdi?”  sualını da cavablandırıb.
 
“Bəli, oradan təsir çox idi. Amma digər tərəfdən, onu da anlamalıyıq ki, əslində Kremlin əsas təsir dairəsində elə  Ter-Petrosyanınn özü idi.  Düzdü, deyirlər ki, o, qərbçidir-filandır.  Lakin axı  1991-ci ildən bəri Xankəndi, Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcərdən başlamış Azərbaycan torpaqlarının işğalı prosesi məhz Ter-Petrosyanın hakimiyyəti dövründə baş verib”- deyə keçmiş xarici işlər naziri vurğulayıb.
 
Sultan Laçın
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Bu markalı neft 154 dollara SATILIR

Bu markalı neft 154 dollara SATILIR

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

Şokalad alarkən diqqətli olun

Şokalad alarkən diqqətli olun

İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdi

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Nahardan sonra yuxu gəlirsə, bunları edin

Nahardan sonra yuxu gəlirsə, bunları edin

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Səhhətində problem yarandığını açıqladı

Səhhətində problem yarandığını açıqladı

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

Elmar Qarayevə yüksək vəzifə verildi

Elmar Qarayevə yüksək vəzifə verildi

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

End of content

No more pages to load

RADİO