20 yanvar Bakı – 1990, Alma-ata - 1986 HADİSƏLƏRİ - Nəsiman Yaqublunun yazısı...

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
 Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda –  yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli-azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
 
20 YANVAR  ŞƏHİDLƏRİNƏ  GÖRƏ  İNTİHAR  EDƏN  TƏLƏBƏ
(AĞABƏY  NOVRUZOV)
20 Yanvar hadisələri ona pis təsir etmişdi. Nəşr edilən dövlət qəzetlərində xalqın üzərinə böhtan atırdılar. Bununla yanaşı 20 Yanvar hadisələri ilə bağlı fövqəladə sessiyanın da qərarları yerinə yetirilmirdi. Ağabəy iki dəfə Ali Sovetə bu haqda məktub yazmışdı. Teymurbəyov familiyalı birisi onu yanına çağırıb: “Fövqəladə sessiyanın belə bir qərarı olmayıb” – demişdi.
Azərbaycan Neft və Kimya İnstitutunun tələbəsi Ağabəy Novruzovun özünə qəsd ərəfəsində yazdığı vida bəyanatında səbəblər göstərilmiş, sadəcə xalqdan üzr istəmişdi. Bu üzr istəməyin səbəbləri isə aydın idi: Azərbaycan xalqının son illərdə məruz qaldığı təcavüzkarlıq, respublikanın iqtisadi-siyasi suverenlikdən məhrum edilib ağır vəziyyətə salınması, Bakıda 20 Yanvar faciəsi, qeyri-qanuni fövqəladə vəziyyətin davam etməsi, Mərkəzin açıq-aşkar münasibəti və yaranmış vəziyyətdə yerli rəhbərliyin deputat korpusunun acizliyi. Bu tələblərdən yaranmış milli tənhalığın onu əhatə etməsi.
Ağabəy gənc qəlbinin hökmü ilə Azərbaycanın həqiqi suverenliyi, müstəqilliyi, azadlığı yolunda ölümə də hazır olub. 20 Yanvar şəhidlərinin qanının batmasına, həbsxanalara atılan məslək yoldaşlarının iztirabına, fövqəladə vəziyyətin təhqiramiz qayda-qanunlarına, Ermənistandan qovulan xalqımızın müsibətlərinə də tab gətirə bilmədi.
20 Yanvar gecəsinin 20 yaşlı şəhid şairi kimi tanıdığımız Ülvi Bünyadzadənin şeri
 
VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK
 
(Sinif yoldaşlarıma)
Biz öz ömür sazımızda
"Dilqəmi"ni bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.
Bisütunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq.
Sazımızda ağlayaraq,
Biz həyatda gülməliyik.
Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!
1982
 
QEYD: Sovet ordusu 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada belə cinayətlər törətmişdi. Bu ordu 1962-ci ildə Novorossiyskdə də dinc insanlara atəş açıb çoxlu sayda insanı qətl etmişdi.Sovet ordusunun törətdiyi ən dəhşətli qətliam 1986-cı ildə Qazaxıstanın Alma-Ata şəhərində olmuşdu.
 
ALMA-ATA  HADİSƏLƏRİ – 1986; 20 YANVAR – 1990.
HƏR  İKİ QİYAMIN İŞTİRAKÇISI OLAN RUS  GENERALLARI: DUBİNYAK, BOBKOV
 
Sovet Respublikalarında baş verən hadisələrdən (Tbilisi, yanvar – Bakı) öncə Alma-Ata qətliamı baş vermişdi. Sovet dövləti 1956-cı ildə Macarıstanda, 1968-ci ildı Çexoslovakiyada, 1962-ci ildə Novorossiyskdə törətdiyi cinayətləri 1986-cı ildə Qazaxıstanda təkrarladı.  Alma-Ata hadisələri sovet rejimində yaşayan insanların necə hüquqsuz və qorxu altında mövcudluğunu ortaya qoydu, bu quruluşa qarşı böyük nifrət hissi oyatdı. Gənclərdə, tələbələrdə bu hadisə ciddi narazılıq yaratdı.
Alma-Ata hadisələrinin acı göstəriciləri belə idi: 168 şəhid olmuş, 1722 nəfər müxtəlif dərəcəli xəsarət almış, 97 nəfər həbs cəzasına məhkum olunmuş, 2 nəfərə ölüm cəzası kəsilmiş, 5224 nəfər prokurorluqda, 850 nəfər DTK-da istintaqa məruz qalmış, 319 nəfər işdən qovulmuş, 309 tələbə təhsil ocaqlarından xaric edilmiş, 53 nəfər SOV.İKP sıralarından, 758 nəfər komsomol sıralarından qovulmuşdu.
1986-cı il Alma-Ata çıxışlarının başlanmasına Qazaxıstan KP MK-nın 16 dekabr 1986-cı il tarixli plenumunda qəbul edilən qərar olmuşdu. Həmin qərara görə, Qazaxıstan KP MK-nın Birinci katibi D. A. Kunayev vəzifəsindən öz xshişi ilə azad edilmiş və onun yerinə milliyyətcə rus olan Kolbin seçilmişdi. Qeyd edək ki, sovet dövründə Qazaxıstana rəhbərlik etmiş iyirmi şəxsdən yalmız ikisi qazax millətindən olmuşdu.
Dekabrın 17-də, səhər ertədən kənardan rəhbər gətirilməsinə etiraz edən yüzlərlə gənc Alma-Atanın Brejnev (indiki Respublika)  meydanına axışır. Onların əllərində bu şüarlar var idi: “Hər respublikaya – öz rəhbəri”, “Heç bir millətə üstünlük verilməməlidir”.
Dekabrın 17-də Kolbinin şəxsi göstərişi ilə Alma-Ata şəhərində fövqəladə vəziyyət elan edildi. SSRİ Daxili İşlər Naziri A.A.Vlasovun əmri ilə daxili qoşunların xüsusi hissələri şəhərə yeridildi. Saat 18:00-da  dinc nümayişi dağıtmaq haqqında qərar verildi. Beləliklə “Metel-86” adı altında Alma-Atada söyqırım əməliyyatı həyata keçirildi.
Bu soyqırım əməliyyatında iştirak edən iki general – V. S. Dubinyak və K. D. Bobkov sonradan Bakıya gəlib, 20 Yanvar qətliamında da iştirak etdilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

End of content

No more pages to load

RADİO