"İsraildən göndərilən artilleriya silahı Ukraynaya əsaslı surətdə kömək edəcək"-"The New York Times"

"Ukrayna ilə Rusiya arasındakı müharibədə İsrail hər halda Qərbin tərəfini tutacaq..."
 
"ABŞ Ulkraynaya bir milylon artilleriya mərmisi  tədarük etməyi vəd edib..."
 
"Bu mərmilər ABŞ-ın İsraildə və Cənubi Koreyada saxladığı strateji ehtiyatlarından götürüləcək..."
 
"Ukraynara artilleriya silahının tədarükü Kiyevin Rusiyaya qarşı müharibədə xeyli uğurlar əldə etməsinə imkan verəcək..."
 
ABŞ Yaxın Şərqdə hər hansı strateji böhran zamanı Vaşinqtonun mümkün iştirakı üçün İsraildə saxlanılan yüz minlərlə artilleriya mərmilərini Ukraynaya göndərib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Məqalə müəllifləri vurğulayıb ki, Vaşinqtonun İsraildə saxlanılan döyüş sursatlarının Ukraynaya göndərilməsi barədə məlumat ABŞ müdafiə naziri Lloyd Ostinin israilli həmkarı Beni Qansla telefon danışığı zamanı rəsmən səsləndirilib.
 
İsraildə saxlanılan 300 min 155 mm ölçülü Amerika mərmilərinin Ukraynaya göndərilməsi barədə qərar o zamankı baş nazir Yair Lapid və müdafiə naziri Beni Qans tərəfindən bəyənilib.
 
Məqalədə iddia edilir ki, bu arsenalın təxminən yarısı artıq Avropaya göndərilib, oradan Polşa vasitəsilə Ukraynaya ötürüləcək.
 
Amerika mərmiləri İsrailə 1973-cü ilin Qiyamət günü müharibəsindən gətirilməyə başlanılıb. Amerikanın İsraildəki saxlanc yeri, Cənubi Koreyada olduğu kimi, dünyada ən iri saxlanc yeri hesab edilir. Onlar ABŞ-ın bu regionlarda mümkün münaqişələrdə iştirakı üçün strateji ehtiyat kimi yaradılıb.
 
Məqalədə göstərilir ki, Vaşinqtov Qüdsə yüz minlərlə mərminin Kiyevə göndərildikdən sonra ehtiyatlarını doldurmağı vəd edib.
 
Müəlliflər vurğulayır ki, Rusiya ilə Ukrayna arasında müharibə faktiki olaraq tükənənədək artilleriya müharibəsinə çevrilib. Ukraynanın artilleriya arsenalının doldurulmasına kritik ehtiyacı var, çünki onun sərəncamında olan sovet ordusuna məxsus mərmilərdən çoxdan istifadə edib.
 
Rusiyaya qarşı uğurlu əməliyyatlar aparılması üçün Kiyevə təxminən 90 min artilleriya mərmiləri tələb edilir. Amerika və Avropanın hərbi-sənaye kompleksləri hazırkı məqamda Ukraynaya lazımi sayda mərmi istehsal etmək qabiliyyətində deyil. Bundan başqa, ABŞ ölkədə saxlanılan döyüş sursatlarının Kiyevə verilməsinin Amerikanın özünün müdafiə qabiliyyətinin xeyli zəiflədə biləcəyindən ehtiyat edir.
 
Ekspertlər güman edir ki, Ukraynaya artilleriya silahının yeni tədarükü Kiyevin Rusiyaya qarşı müharibədə xeyli uğurlar əldə etməsinə imkan verəcək.
 
Müəlliflər yazır ki, ABŞ Ukraynaya təxminən bir milyon mərmi tədarük etməyi vəd edib və bu silah İsrail və Cənubi Koreyada saxlanılan strateji ehtiyatlardan götürüləcək.
 
"The New York Times" iddia edir ki, Vaşinqton hələ ötən il İsraildə saxlanılan artilleriya silahının Kiyevə verilməsinin mümkünlüyü barədə Qüdslə danışıqlara başlayıb. Qüds ehtiyat edib ki, belə hərəkətlər İsrail-Rusiya münasibətlərinə zərbə vuracaq.
 
Tanınmış ekspert Mark Feyqin bəyan edib ki, Ukrayna ilə Rusiya arasındakı müharibədə "İsrail hər halda Qərbin tərəfini tutacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

End of content

No more pages to load

RADİO