"İnsanın günahı nə qədər çox olsa da, Allahın rəhmətindən ümidini kəsməməlidir..."

"Unutmayaq ki, insan nə qədər günah işləsə də, hətta eyni günahı təkrarlasa da Allahın əfvi, mərhəməti, bağışlaması sonsuzdur. Şeytan vəsvəsəsinə dinləmədən yenə tövbə qapısına üz tutmalıdır..."
 
Necə tövbə etməliyik?..
 
 
Yenə bir hədisdə buyurulur ki: Sizdən əvvəlki dövrlərdə yaşayan bir adam, doxsan doqquz adamı qətlə yetirdikdən sonra “Buranın ən böyük alimi kimdir?”- deyə soruşar.  Ona bir rahib göstərilər. O da   rahibin yanına gedər. Ona belə sual verər: “Mən, doxsan doqquz adam öldürmüşəm, tövbə etsəm, qəbul olarmı?” Bu sualın cavabında rahib, “Tövbən qəbul olunmaz!”- deyər. Adam onu da öldürər. Öldürdüyü insan sayı yüzə çatar. Yenə ən böyük alimin kim olduğunu  soraqlaşıb  onun yanına gedər:
 
-“Mən yüz adam öldürdüm. Tövbə  etsəm, qəbul olarmı?”-deyə sual verər. Alim isə ona belə nəsihət edər: “Bəli, sənin tövbə etmənə kimsə mane ola bilməz. Ancaq filan yerə get, orada Allah-Təalaya ibadətlə məşğul olan insanlar var. Orada  onlarla bərabər sən  də Allaha ibadət et və onlarla bərabər ol!” Alimin bu nəsihətindən sonra  adam yola çıxır, ancaq  yarı yola çatdığında da ölür. Rəhmət mələkləri də əzab mələkləri də bir araya gələrək öz aralarında bu şəxsin vəziyyətini müzakirə etməyə başlayar. Rəhmət mələkləri: “Bu adam canı könüldən tövbə edərək  buraya gəldi.” Əzab mələkləri isə: “Bu şəxs heç bir yaxşı iş görməyib.”- deyə etiraz edərlər.
 
Nəhayət, arxadan bir başqa mələk onların yanına gələr. Onlara deyər ki: “İki yer arasındaki məsafəni ölçün. Hansı tərəfə daha yaxın isə adam o tərəfə aiddir.” Bundan sonra məsafə ölçülür. Adamın gedəcəyi yerə daha yaxın olduğunu görüncə bu şəxs  rəhmət mələklərinə təslim edilir.[10]
 
Tövbə ilə bağlı hər kəsə maraqlı gələn bir məsələ: “Tövbəmi pozarsam, nə etməliyəm?”-sualının cavabıdır.
 
İnsan, zaman-zaman tövbə etdiyi günaha iradə zəifliyi göstərib təkrar bulaşar. Belə  olan halda onun istiqamətə çatması və istiqamətini qoruması çox çətindir. Halbuki o işlədiyi günahdan tövbə edərkən həqiqətən də səmimi idi. Tövbəsini də vicdanından gələn səsi dinləyərək etmişdi. Etdiyi günahdan diksindiyi üçün tövbə etmiş və tövbəsində çox səmimi olmuşdur. Ancaq iradəsi zəif bu insanlarda çox vaxt günahlara qarşı olan diksintinin yerini arzu və istəklər alır və onlar da təkrarən sürüşə bilərlər. Unutmayaq ki, insan nə qədər günah işləsə də, hətta eyni günahı təkrarlasa da Allahın əfvi, mərhəməti, bağışlaması sonsuzdur. Şeytan vəsvəsəsinə dinləmədən yenə tövbə qapısına üz tutmalıdır...
 
Günlərin bir günü bir nəfər  Həzrət Əliyə (r.a) gələrək günah işlədiyini və nə etməsi lazım olduğunu soruşar. Həzrət Əli “get tövbə et” deyər. Aradan bir müddət keçər, adam yenə yaxınlaşar və eyni günahı təkrarladığını deyər. “Get, tövbə et!” cavabını alar. Bir müddət keçər yenə gələr. “Ya Əli! Mən eyni günahı yenə elədim, indi nə edim?!”-deyə soruşar. Həzrət Əli də: “Get, tövbə et!”-deyə cavab verər. Adam, bu səfər: “Ya Əli! Hər səfərində yanına gəlir, eyni günahı işlədiyimi deyirəm, sən də “get, tövbə et!”, deyirsən. Bu nə vaxta qədər davam edəcək. Hikmət şəhərinin qapısı  belə cavab verir: “Sən o, günahı tərk edənə qədər...”
 
Nəticə etibarı ilə deyə bilərik ki, insan zəif və aciz varlıqdır. Hər daim Rəbbi ilə münasibətdə olmaq məcburiyyətindədir. Xəta, günah işlədikdə bu nisbətdə hüzurdan uzaqlaşar. Ona görə tövbə edərək, öz yoluna qayıtmalıdır. Tövbənin də özünə xas ədəbi, ərkanı vardır. Digər yandan insanın günahı nə qədər çox olsa da, Allahın rəhmətindən ümidini kəsməməlidir...
 
Mənbələr:
 
[10] İbn Macə, diyet, 2; Əhməd ibn Hənbəı el-Müsnəd 3/20.
 
Xudavənd Məhərrəmov, İlahiyyatçı
 
Meneviyyat.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zəfər Günü parad saat neçədə başlayacaq?

Zəfər Günü parad saat neçədə başlayacaq?

Premyer Liqada ayın məşqçisi AÇIQLANDI

Premyer Liqada ayın məşqçisi AÇIQLANDI

Gəncədə 31 yaşlı qadın QƏTLƏ YETİRİLDİ

Gəncədə 31 yaşlı qadın QƏTLƏ YETİRİLDİ

Arayikgilin məhkəməsində daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar ELAN OLUNDU - FOTO

Arayikgilin məhkəməsində daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar ELAN OLUNDU - FOTO

Azərbaycan nümayəndə heyəti İslamiadada paraddan birinci KEÇDİ - FOTO

Azərbaycan nümayəndə heyəti İslamiadada paraddan birinci KEÇDİ - FOTO

Röya oğlundan DANIŞDI: “Konsertdə olmaq istəmədi” - EKSKLÜZİV/VİDEO

Röya oğlundan DANIŞDI: “Konsertdə olmaq istəmədi” - EKSKLÜZİV/VİDEO

Faiq Səfərovun yeni kitabı işıq üzü görüb - "Ədalətin təntənəsi"

Faiq Səfərovun yeni kitabı işıq üzü görüb - "Ədalətin təntənəsi"

Fəzail Ağamalının oğlu və 12 rayon təşkilat sədri partiyadan xaric olundu - AVP-dən AÇIQLAMA

Fəzail Ağamalının oğlu və 12 rayon təşkilat sədri partiyadan xaric olundu - AVP-dən AÇIQLAMA

Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi BAŞLADI

Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi BAŞLADI

Bakıda qadın gözəllik salonunda tanışı tərəfindən BIÇAQLANDI

Bakıda qadın gözəllik salonunda tanışı tərəfindən BIÇAQLANDI

“Fiorentina”nın yeni baş məşqçisi bəlli oldu

“Fiorentina”nın yeni baş məşqçisi bəlli oldu

İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - FOTO

İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - FOTO

Şəhid ailələrinin üzvləri və müharibə iştirakçısı olan 132 min şəxsə xidmət göstərilib

Şəhid ailələrinin üzvləri və müharibə iştirakçısı olan 132 min şəxsə xidmət göstərilib

“Qəbələ” “Sumqayıt”a məğlub oldu - VİDEO

“Qəbələ” “Sumqayıt”a məğlub oldu - VİDEO

Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Şəmkirdə nəfəs borusunda xurma qalan gənc oğlan ölüb

Şəmkirdə nəfəs borusunda xurma qalan gənc oğlan ölüb

İlham Əliyev və Pakistanın Baş naziri birgə nahar etdilər - FOTO/VİDEO

İlham Əliyev və Pakistanın Baş naziri birgə nahar etdilər - FOTO/VİDEO

İçərişəhərdəki turistlər Zəfər Gününü belə QEYD ETDİLƏR - VİDEO

İçərişəhərdəki turistlər Zəfər Gününü belə QEYD ETDİLƏR - VİDEO

Medianın İnkişafı Agentliyində Zəfər Gününə həsr olunan tədbir keçirildi - FOTO

Medianın İnkişafı Agentliyində Zəfər Gününə həsr olunan tədbir keçirildi - FOTO

"Pokrovskun ələ keçirilməsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini gecikdirə bilər" - Zelenski

"Pokrovskun ələ keçirilməsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini gecikdirə bilər" - Zelenski

Sitalçaydan qalxan TƏYYARƏ - Erməniləri qorxuya salan cəsur pilotun müəmmalı TALEYİ

Sitalçaydan qalxan TƏYYARƏ - Erməniləri qorxuya salan cəsur pilotun müəmmalı TALEYİ

Tezliklə ikinci yarıları ilə qarşılaşacaq BÜRCLƏR

Tezliklə ikinci yarıları ilə qarşılaşacaq BÜRCLƏR

İlham Əliyevin Pakistanın Baş naziri ilə MƏHDUD TƏRKİBDƏ görüşü olub - FOTO/VİDEO

İlham Əliyevin Pakistanın Baş naziri ilə MƏHDUD TƏRKİBDƏ görüşü olub - FOTO/VİDEO

Türkiyənin milli müdafiə naziri Azərbaycana GƏLDİ - FOTO

Türkiyənin milli müdafiə naziri Azərbaycana GƏLDİ - FOTO

End of content

No more pages to load

RADİO