Azərbaycanda son sutkada koronavirus infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 396 nəfər müalicə olunaraq sağalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd edək ki, ölkəmizdə indiyədək ümumilikdə 807984 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 794621 nəfər müalicə olunaraq sağalıb, 9784 nəfər vəfat edib, aktiv xəstə sayı 3579 nəfərdir.
Bizim.Media