Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1456 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 192, üç və daha çox doza vaksin vurduranların sayı 885, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 157 nəfərdir.
Bizim.Media