TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və Səhiyyə nazirinin müavini Viktor Qasımova da koronavirusa qarşı vaksin vurulub.
Bizim.Media-nın məlumatına görə, adıçəkilən şəxslər Bakı Sağlamlıq Mərkəzində peyvənd ediliblər.
Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı ilk peyvənd edilən şəxs səhiyyə naziri Oqtay Şirəliyev olub.
Bizim.Media