Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, ilkin mərhələdə tibb işçiləri peyvənd edilir. Sonra isə yaşlı insanların arasında vaksinləmə aparılacaq.
Qeyd edək ki, Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” peyvəndindən istifadə olunur.
Bizim.Media