Təhsil ocaqlarında niyə ilk tibbi yardım öyrədilmir? – “Tibb təhsilində islahatlara ehtiyac var” - EKSPERT

İlk tibbi yardım qəza nəticəsində yaralandıqda və ya qəfil xəsarət aldıqda mümkün qədər tez vaxtda şəxsə göstərilən təcili tibbi müdaxilədir. İlk tibbi yardımın düzgün icrası çox hallarda zərərçəkənin həyatını xilas edir. Bu səbəbdən ilk tibbi yardımın hər kəsə az yaşlardan öyrədilməsi şərtdir.

Bizim.Media xəbər verir ki, Azərbaycanda illk tibbi yardım ki, nəinki məktəblərdə, habelə universitetlərdə tədris olunmur.

Təəssüf edici bir başqa hal budur ki, Azərbaycan Tibb Universitetinin ilk ilində şərt olsa belə, tələbələrə ilk tibbi yardım xatirinə nə nəzəri, nə də praktiki heç nə aşılanmır.
 

MÖVZU İLƏ BAĞLI:

Tibbi sığorta: Rayon qeydiyyatında olanlar Bakıda sığortadan istifadə edə bilər?


Terapevt-həkim Rasif Bağırov isə ilk tibbi yardımın nəinki məktəb, universitetlərdə, həm də ictimai birlik olan yerlərdə öyrədilməsi leyhinədir.

“Hər bir məktəb, universitet, ictimai birliyə öz səviyyəsinə görə ilk tibbi yardım proqramı hazırlanmalıdır. Yoldaş, yaxın insanların başına bir hadisə gələrsə, təcili tibbi yardım maşını gəlib çıxana kimi gərəkli müdaxiləni edə bilsinlər. Belə bir proqramı çeşidləyib bütün sahələr üzrə tətbiq etmək olar”.

Ekspert bildirir ki, Azərbaycanda səhiyyə və tibb üzrə tədris və təlimdə ciddi boşluqlar var. Azərbaycan Tibb Universitetinin dərs proqramı illərdir ki, yenilənmir.

“Əgər məktəblərdə ilk tibbi yardımın sadə detalları keçirilmiş olarsa, Azərbaycan Tibb Universitetinin birinci kursunda bu prosesi professionallaşdırıb, yuxarı kurslarda da təkmilləşdirərək, kompleks şəkildə tədris etmək mümkündür. Azərbaycan Tibb Universitetində isə ilk tibbi yardım, eləcə də digər professional yardım və proseslərin öyrədilməsi əvəzinə tələbələrin beynini yükləyən kənar dərslər keçirilir. Buna bir daha nəzər yetirmək lazımdır”.

R.Bağırovun sözlərinə görə tarix, həkimə lazım olmayan kimyəvi reaksiyaların qarışıqlığı, 3-cü kursa kimi fasiləsiz keçirilən fizika, kimya tədris olunması həm tələbələrin həvəsini söndürür, həm də əsas tibbi biliklərdən yayındırır:

“Bu müddət ərzində həm ilk tibbi yardım, həm tibbin digər sahələri üzrə informasiyalar vermək olar. Xalq təbabəti mövzusunda heç bir şey keçirilmir. Bəzən xəstələr həkimin qəbuluna gəlir, müəyyən xalq təbabəti ilə bağlı hansısa bir tədbiri həyata keçirtdiyindən danışır və həkimdən düzgün edib etmədiyini maraqlanır. Həkim məsləhət verməyə bir şey tapıb deyə bilmir.
Biologiyadan imtahanı götürürlər, de gəl ki, biologiya ilə bağlı tibbi nöqteyi-nəzərdən hər hansısa bir elmi bilik verilmir. Azərbaycan Tibb Universitetində dərslərin keçirilməsi ilə bağlı ciddi islahatlar aparılmalıdır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

Azərbaycan nefti daha da BAHALAŞDI

Azərbaycan nefti daha da BAHALAŞDI

Bu ölkədə balıq yemək qadağan edildi

Bu ölkədə balıq yemək qadağan edildi

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

Çak Norris xəstəxanaya YERLƏŞDİRİLDİ

Çak Norris xəstəxanaya YERLƏŞDİRİLDİ

Neft bahalaşması ölkəmizə nə qədər əlavə qazanc gətirdi?

Neft bahalaşması ölkəmizə nə qədər əlavə qazanc gətirdi?

Dolma bişirərkən suyuna nə əlavə edilməlidir?

Dolma bişirərkən suyuna nə əlavə edilməlidir?

Gəncədə İNSİDENT – Özündən 12 yaş böyük şəxsi bıçaqlayan gənc SAXLANILDI

Gəncədə İNSİDENT – Özündən 12 yaş böyük şəxsi bıçaqlayan gənc SAXLANILDI

Novruz gülüşləri – Paytaxt sakinləri ən yaddaqalan Novruz xatirələrindən danışdı – VİDEOSORĞU

Novruz gülüşləri – Paytaxt sakinləri ən yaddaqalan Novruz xatirələrindən danışdı – VİDEOSORĞU

İsmayıllıda AĞIR QƏZA – Ölən və yaralılar var – FOTO

İsmayıllıda AĞIR QƏZA – Ölən və yaralılar var – FOTO

Sular çəkildi, 2400 illik bir sirr ortaya çıxdı

Sular çəkildi, 2400 illik bir sirr ortaya çıxdı

Bakıda bayram namazı qılındı – FOTO/VİDEO

Bakıda bayram namazı qılındı – FOTO/VİDEO

ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır - Səfirlik məlumat yaydı

ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır - Səfirlik məlumat yaydı

Azərbaycanda Novruz bayramı ilə bağlı ənənə dəyişdi – SƏBƏB

Azərbaycanda Novruz bayramı ilə bağlı ənənə dəyişdi – SƏBƏB

End of content

No more pages to load

RADİO