Yaponiyada aşkarlanan yeni koronavirus ştammı Böyük Britaniyada üzə çıxan son variantdan daha sürətli yayılır və daha qorxuludur.
Bizim.Media xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə nazirliyi məlumat yayıb.
Ölkənin Yoluxucu Xəstəliklər Milli İnstitutunun mütəxəssisləri bildiriblər ki, koronavirusun tam yeni mutasiyasını aşkarlayıblar.
Qeyd edilir ki, yeni ştamm Böyük Britaniya və ya CAR-da yayılan son ştamdan da sürətli yayılır.
COVID-19-un yeni növü ölkəyə Braziliyadan gəlmiş dörd nəfər sərnişində qeydə alınıb.
Bizim.Media