Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1931 nəfər müalicə olunaraq sağalıb, 685 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
İndiyədək ölkədə 222 min 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 203 min 527 nəfər müalicə olunaraq sağalıb, 2845 nəfər vəfat edib. Aktiv xəstə sayı 16513 nəfərdir.
Bizim.Media