“Meymunçiçəyi epidemiyası əhalinin təcili kütləvi peyvənd edilməsini tələb etməyəcək”.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Riçard Pibodi açıqlama verib.
O, bu xəstəliyə qarşı dərhal istifadə oluna bilən vaksinlərin və antiviral dərmanların tədarükünün məhdud olduğunu etiraf edib, lakin əlavə edib ki, mövcud vəziyyət geniş miqyaslı peyvənd tələb etmir.
Həmçinin bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyi virusunun mutasiyaya uğradığına dair heç bir sübutu yoxdur.
Bizim.Media