İyirmi iki ölkədə indiyədək uşaqlarda mənşəyi məlum olmayan 250-yə yaxın hepatit qeydə alınıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Filippa İsterbruk bildirib:
"Mənşəyi məlum olmayan hepatitlərin aşkar olunduğu ölkələrin əksəriyyəti Avropa regionundadır. Bir sıra hallar da təsdiqini gözləyir. Altı uşaq bu hepatitdən ölüb və 26 uşaq qaraciyər transplantasiyasına ehtiyac duyur".
Bizim.Media