Dünyada 300 milyon insan astmadan əziyyət çəkir.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr-allerqoloq Tahirə Pənahova "Bronxial astma xəstəliyi" mövzusunda danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda 2021-ci ilin əvvəlində həyatında ilk dəfə astma xəstəliyinə tutulanların sayı 8797 nəfər olub. İlin sonunda isə 17 min 557 nəfərə çatıb.
Bizim.Media