ÜST-ün ikili oyunu, yoxsa idarə olunmayan təhlükə? – “Səhiyyədəki əyri əlləri kəsməliyik”

Ümümdünya Səhiyyə Təşkilatından  (ÜST) pandemiya ilə əlaqədar 2021 və daha sonrakı illər üçün qorxunc açıqlama gəlib. ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesusun sözlərinə görə 2020-ci ildə yaranmış pandemiya sonuncu olmayacaq, nəinki 2021-ci ildə, sonrakı illərdə də epidemioloji dövran davam edəcək.

Dünya ictimaiyyətini səhiyyə sistemlərinin mühafizəsini gücləndirməyə və yeni fövqəladə vəziyyətlərə hazırlamağa çağıran ÜST rəsmisi bundan sonrakı epidemiyaların da həyatımızın reallığına çevriləcəyini vurğulayıb.

Bir neçə ay əvvəl  isə Ümümdünya Səhiyyə Təşkilatı dünya dövlətlərinə “Karantin etməyin!” deyə gözlənilməz çağırış etmişdi. Baxmayaraq ki, əvvəl bunun əksini tələb edirdi.

ÜST-ün təzadlı çağırışlarının arxasında nə dayanır?

Tanınmış həkim-nevroloq Qalib Əsədov Bizim.Media-ya açıqlamasında pandemiyanın bundan sonra da davam edəcəyini deyib:

“Əslində ÜST normal bəyanat verib ki, pandemiya nə yeni, nə də son olacaq. Bəşəriyyət və insanlıq tarixi yaranandan insanlar üç səbəbdən – müharibə, xəstəlik və aclıqdan ölüb. Elmin inkişafı nəticəsində biz aclığın qarşısını ala bilmişik. Bu gün insanlar aclıqdan daha çox toxluqdan əziyyət çəkirlər. Hazırda diyeta məsələsi dəbdədir. Tarix boyu hər 50-60 ildən bir pandemiya olub və olacaq.

Viruslar mutasiyaya uğrayır və burada qorxulu nəsə yoxdur. Sadəcə olaraq tibb qurumları buna hazır olmalı, Azərbaycandakı kimi kollabs vəziyyətinə gətirib çıxarmamalıdır.

Səhiyyə sisteminin bu gün çox ciddi islahatlara ehtiyacı var. Azərbaycandakı kimi insanları 10 ay qapatmağa ehtiyac yoxdur.

Müvafiq pereparat və dərmanlarla ölkə təmin olunmalıdır. Belə bir misal var ki, əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş. Əgər biz insanların az ölməsini, növbəti virus hücumlarından, infeksiya və digər xəstəliklərdən ölməsini istəmiriksə, səhiyyə sistemində ciddi dəyişikliklər etməliyik. Səhiyyə sistemində əyri yolların qarsını almalı, əyri əlləri isə kəsməliyik”.

Həkim əlavə edib ki, virus, infeksiya idarə olunan deyil və onu idarə etmək iqtidarında deyilik:

“Virusun mutasiyası da özbaşına baş verir. ÜST dəfələrlə deyib ki, “Karantin etməyin”. Karantin əsasən bir ay və ya 40 gün çəkən prosesdir. Azərbaycanda karantini 10 ay  edib, durumu bu vəziyyəyə gətirdilər. Tədbir görülmür deyə uzadılır.

İş görülmür deyə məsuliyyəti vətəndaşın üzərinə qoyuruq və onu evdə həbs edirik. Bu öz iş bacarıqsızlığını ört-basdır etməkdən başqa bir şey deyil. Böyük Britaniyada virusun yeni ştammı yayılıb. Hökumət isə insanların küçədə olmasına qərar verib”.

Alçina Amilqızı, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Tramp: “İran artıq razılaşma istəyir”

Tramp: “İran artıq razılaşma istəyir”

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

Azərbaycanın nə qədər su ehtiyatları var?

Azərbaycanın nə qədər su ehtiyatları var?

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

Şirvan sakini bıçaqlandı

Şirvan sakini bıçaqlandı

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

Göygöldəki partlayışda xəsarət alan şəxsin son durumu

Göygöldəki partlayışda xəsarət alan şəxsin son durumu

AYNA: Sərnişinlərin 60 faizi bölgələrə səfərini onlayn bilet alaraq reallaşdırıb

AYNA: Sərnişinlərin 60 faizi bölgələrə səfərini onlayn bilet alaraq reallaşdırıb

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

End of content

No more pages to load

RADİO