“Həkimlər efirə çıxıb artistlik edirlərsə...” – Məşhur ginekoloqdan sərt İRAD

Son illərdə həkimlərin televiziya, radio xüsusilə sosial şəbəkə hesabları vasitəsi ilə özlərinin piarını, reklamını aparmaq halı çox populyarlaşıb. Bu əsnada, insanlar həkimləri etik çərçivəni aşmaqda günahlandırırlar. Xüsusilə də doğuş əməliyyatlarını həyata keçirən ginekoloqlar həmin prosesi kameraya alaraq, şəxsi hesablarında paylaşıb reklama da qoyurlar. Uşaqlı, qocalı hər kəsin qarşısına çıxan bu video böyük tənqidi müzakirələrə səbəb olur. Həmçinin bir çoxları yaxşı həkimin bu cür reklamlara ehtiyac duymadığını bildirir.

Ümumiyyətlə hazırda həkimlər niyə reklam olunmağa bu qədər önəm verirlər? Həqiqətənmi reklamını aparan həkimlərin pasienti çox olur?

Sualımızı həkim-ginekoloq Rəşad Sultan cavablayıb. O, Bizim.Media-ya açıqlamasında reklamı müasir günümüzün tələbi kimi hesab edib:
 

MÖVZU İLƏ BAĞLI:

ERKƏN HAMİLƏLİKLƏR – “Qüsurlu doğulan körpələr, ana ölümləri deməkdir” - Ginekoloqdan SOS


“Filan markanın reklama ehtiyacı yoxdur fikri artıq köhnəlib. Biz kapitalizm dövründə yaşayırıq və hər kəs öz malını satır. Biz nə qədər də desək ki, keyfiyyətli malın, professional həkimin reklama ehtiyacı yoxdur, bu, bazar iqtisadiyyatına yaraşan fikir deyil. Keyfiyyətli malın hər zaman tanıdılmağa ehtiyacı var. Həmçinin nə qədər tanınmış, yaxşı həkim olsan da səni 5 nəfər tanıyıb müraciət edirsə, reklam vasitəsilə daha çox ehtiyacı olan insanın qarşısına çıxıb onlara kömək etmiş olursan. 

Lakin tibbin tamamilə bazar prinsipləri ilə idarə olunması və ya xəstə-həkim münasibətlərinə dövlət nəzarətinin olması məsələsi isə başqa bir mövzudur. Fikrimcə, tibb tamamilə dövlət nəzarətinə götürülərsə, həkimlərin reklama ehtiyacı olmaz. Bir də burada başqa bir nüans var. Əgər biz tibb müəssisəsində çalışıb qazancımızın yarısını ora veririksə, yaxşı olardı ki, reklamı da həmin xəstəxananın özü etsin. Həmçinin xəstənin əlindən pul almağı qanunsuz hesab edib, ödənişin kassada olunmasını tələb ediriksə, reklamı da xəstəxananın marketinq şöbəsinin etməyi daha yaxşı olardı. Çünki həkimin reklamla xəstə yığmağa çalışması, onun əlindən pul alması kimi etik sayılmır”.

R.Sultanın sözlərinə görə, bir çox həkimlər doğrudan da reklam etikasını kobudcasına pozur:

“Onsuz da cəmiyyət olaraq hər şeyin şitini-şorunu çıxarmağı xoşlayanıq. Bunu reklam sahəsində də göstəririk və demək olar ki, əndazəni aşmışıq. İşin həm etik, həm də hüquqi tərəflərindən danışsaq xəstə məhrəmiyyəti, sirri deyə bir şey var. Xəstəni ortaya qoyub, ən xırda detalına qədər göstərməyə hətta adını çəkməyə, paylaşmağa belə ixtiyarımız yoxdur.

Reklamın da dərəcəsi, yeri var. Məsələn, mən özüm verilişə çıxıb qadınların hamiləlik dövründə qidalanması haqda danışıramsa həm maarifləndirib, həm də öz reklamımı aparmış oluram.
Burada qəbahət heç nə yoxdur. Amma biri də var ki, həkim kimi efirə çıxıb artistlik, şoumenlik edirsən. Bu isə artıq yolverilməzdir”, - deyən Rəşad Sultan sözügedən reklamın həkimlik etikasına sığmadığını diqqətə çatdırıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan klubunun legioneri: “Vəziyyəti dəyişəcəyimizə inanıram”

Azərbaycan klubunun legioneri: “Vəziyyəti dəyişəcəyimizə inanıram”

804 uşaq övladlığa götürülüb - Ən çox bu rayonlardadır

804 uşaq övladlığa götürülüb - Ən çox bu rayonlardadır

“Sürücülərə deyiblər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin”

“Sürücülərə deyiblər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin”

Nazir bu idarəyə yeni rəis təyin etdi

Nazir bu idarəyə yeni rəis təyin etdi

Özəl xəstəxanalarda icbari tibbi sığorta ilə göstərilən xidmətlər ARTIB

Özəl xəstəxanalarda icbari tibbi sığorta ilə göstərilən xidmətlər ARTIB

Roma Papası Türkiyəyə gəldi – VİDEO

Roma Papası Türkiyəyə gəldi – VİDEO

Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçildi

Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçildi

İrandan gələn portağallar RƏNGLƏNİR? – AQTA nəzarətə götürdü– VİDEO

İrandan gələn portağallar RƏNGLƏNİR? – AQTA nəzarətə götürdü– VİDEO

Bakıda “bomj” öldü

Bakıda “bomj” öldü

Bu dərmanlar sığorta hesabına ÖDƏNİLƏCƏK - SİYAHI

Bu dərmanlar sığorta hesabına ÖDƏNİLƏCƏK - SİYAHI

Bakıda sürücü və piyadalara qarşı REYD - VİDEO

Bakıda sürücü və piyadalara qarşı REYD - VİDEO

İcbari tibbi sığorta hesabına əməliyyatların sayı ARTIB - RƏSMİ

İcbari tibbi sığorta hesabına əməliyyatların sayı ARTIB - RƏSMİ

Mahnı qalmaqalı BÖYÜDÜ: “Əminə bunu etsə, sənətdən gedərəm!” - VİDEO

Mahnı qalmaqalı BÖYÜDÜ: “Əminə bunu etsə, sənətdən gedərəm!” - VİDEO

Horovlu kəndində daha 38 ailəyə evlərinin açarları təqdim olundu

Horovlu kəndində daha 38 ailəyə evlərinin açarları təqdim olundu

Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilir - FOTO

Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilir - FOTO

Suada Hacızadənin Van Dammın oğlu ilə yeni FOTOSU

Suada Hacızadənin Van Dammın oğlu ilə yeni FOTOSU

Ukrayna və Zelenskinin gələcək taleyi necə olacaq? - Azər Xudiyevlə MÜSAHİBƏ

Ukrayna və Zelenskinin gələcək taleyi necə olacaq? - Azər Xudiyevlə MÜSAHİBƏ

Vüsalə Əlizadənin verilişinin yarımçıq dayandırılmasının səbəbi BİLİNDİ – VİDEO

Vüsalə Əlizadənin verilişinin yarımçıq dayandırılmasının səbəbi BİLİNDİ – VİDEO

Azərbaycanın ən hündür asma körpüsündə işlər bu tarxidə SONA ÇATACAQ

Azərbaycanın ən hündür asma körpüsündə işlər bu tarxidə SONA ÇATACAQ

Abşeronda marketlərdən oğurluq edən şəxs SAXLANILDI – FOTO

Abşeronda marketlərdən oğurluq edən şəxs SAXLANILDI – FOTO

MƏDƏNİYYƏT – Millətin son SƏNGƏRİDİR

MƏDƏNİYYƏT – Millətin son SƏNGƏRİDİR

Goranboyda çökən binanın sakinləri ilə bağı QƏRAR

Goranboyda çökən binanın sakinləri ilə bağı QƏRAR

KTMT ölkələrindən Azərbaycan və Ermənistana DƏSTƏK

KTMT ölkələrindən Azərbaycan və Ermənistana DƏSTƏK

Azərbaycanlı futbolçu “Alay”dan AYRILDI

Azərbaycanlı futbolçu “Alay”dan AYRILDI

End of content

No more pages to load

RADİO