Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 053 yeni yoluxma faktı qeydə alınıb, 4067 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 217 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 180 295 nəfər müalicə olunaraq sağalıb, 2 609-u vəfat edib, aktiv xəstə sayı isə 34 732-dir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 904, ötən müddət ərzində isə ümumilikdə 2 185 247 test aparılıb.
Bizim.Media