XƏRÇƏNG xəstəliyi yaradan ən təhlükəli 7 yağ növü – AQTA məlumatları niyə gizlədir?

Faydalı hesab edilən yeddi bitki yağı zərərli ola bilər. Bu yağların faydalılığı haqqında deyilənlər mifdir; onlardan istifadə etmək səhhətiniz üçün təhlükəlidir.

Bizim.Media qeyd edir ki, bu, son illərdə dünya elminin gəldiyi qənaətdir.

Alimlər qeyd edir ki, bir çox bitki mənşəli yağlarının istehlakı 20-ci əsrdən başlayaraq qanda xolesterinin səviyyəsini 20 dəfə artırıb. Artıq günümüzün gerçəkliyi olaraq bu yağlar ciddi xəstəliklərin əsas səbəbinə çevrilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qida məhsulları ilə bağlı yeni qanun nəyi dəyişəcək? - VİDEO


Dünyaca məşhur Amerikalı dietoloq Trista K. Best sağlam olmayan yağlardan uzaq durmağı tövsiyə edir:

"Bu yüksək istehlak yağlarında omeqa-6 yağ turşularının həddindən artıq səviyyədə olması yaranan xroniki iltihablı bir çox ümumi xəstəliklərin səbəbidir".

O, qeyd edir ki, ilk növbədə, söhbət omeqa-6 yağ turşuları (linoleik turşu) ilə zəngin olan yağlardan gedir. Bunun əvəzinə, ən yaxşı antioksidantlar və vitaminlərlə zəngin olan zeytun yağından istifadə etmək məsləhətlidir.

“28 il ərzində aparılan araşdırmalar göstərib ki, gündə yarım xörək qaşığı zeytun yağı ürək-damar xəstəliklərinin və xərçəngin qarşısını almaqla yanaşı, vaxtından əvvəl ölüm riskini 34% azaldır.
Bundan əlavə, adi kərə yağından daha az süd zülalları (laktoza) ehtiva etdiyi üçün inək südündən hazırlanmış təbii kərə yağı tövsiyə olunur. 2018-ci ildə edilən bir araşdırmaya görə, kərə yağı istehlak edənlərin qanında daha yaxşı yağ səviyyəsi var, "pis xolesterol" daha aşağı və "yaxşı xolesterol" daha yüksəkdir”.

Mütəxəssislər bu faktlardan çıxış edərək, ən qorxulu 7 yağ tərkibini insan həyatı üçün təhlükəli hesab ediblər və aşağıda adalrı çəkilən məhsullardan mümkün qədər uzaq durmağı məsləhət görüblər:

1. Günəbaxan yağı ən zəhərlidir.

Çünki onun tərkibində çoxlu miqdarda omeqa-6 yağ turşuları var və onların artıqlığı orqanizmdə iltihaba səbəb ola bilər. Bu, sağlamlıq problemlərinə səbəb olur: ürək-damar və onkoloji xəstəliklər yaradır.

2. Qarğıdalı yağı göründüyü qədər sağlam deyil.

Nisbətən digərlərinə görə ucuz olan bu yağın tərkibi 57% omeqa-6 yağ turşuları, 29% omeqa-3 yağ turşuları, qalanı isə doymuş yağlar və omeqa-9-dur. Yağın yüksək yanma temperaturu var, bu da onun qidaları qızartmaq üçün populyarlığını izah edir.

3. Soya yağının qəbulu azaldılmalıdır.

Soya yağı dünyada ən məşhur bitki yağıdır, lakin alimlər onun istehlakını məhdudlaşdırmağı tövsiyə edir, çünki bir çox bitki yağları kimi o, yüksək dərəcədə saflaşır və soya istehsal prosesində bir çox kimyəvi maddələrə çevrilməyə məruz qalır.

4. Palma yağı pəhrizdən xaric edilməlidir.

Palma yağı dünyada ikinci ən böyük bitki yağı istehsalı olsa da, onun istifadəsi olduqca mübahisəlidir: bəziləri onu A vitamininin vacib mənbəyi hesab edərkən, bəziləri xüsusilə xərçəngə gəldikdə, sağlamlığa böyük təhlükə olaraq görür.

Qidalanma mütəxəssisi Maykl Qarriko palma yağını istifadə edilən bitki yağları siyahısından çıxarmağı məsləhət görür. Alimlərin fikrincə, palma yağı yüksək temperatura qədər qızdırıldıqda xərçəng, qan dövranı sistemi, ürək və şəkər xəstəliyinə səbəb ola bilər.
Buna baxmayaraq, qida fabrikləri ondan fəal şəkildə- ucuz material kimi - geniş miqyasda mağaza rəflərini dolduran bir çox məhsulların istehsalında istifadə edirlər. Məsələn hamının sevdiyi şokalad yağları və başqa qarışımlar - “Nutella” kimi.

5. Kokos yağı: faydaların aldadıcı aurası.

Kokos yağının sağlamlıq faydaları haqqında məşhur inanclara baxmayaraq, reallıq tamamilə fərqli ola bilər. Məşhur həkim-detoloq Maykl Qarrikonun sözlərinə görə, o, orta zəncirli yağ turşuları ilə zəngindir ki, bu da orqanizmin yığılmış piyə çevrilməsi çətin olur. 2020-ci ildə nəşr olunan bir araşdırmaya görə, kokos yağı pis xolesterinin səviyyəsini artıra və ürəyə zərər verə bilər.

6. Emal edilmiş qidalarda hidrogenləşdirilmiş yağlar.

Bişmiş məmulatlar, peçenye, tortlar, dondurulmuş pizzalar, makaronlar, kartof friləri, qızardılmış toyuq əti, tərəvəz qəhvə kremləri, marqarin və digər yayılma kimi emal edilmiş qidalarda olan qismən hidrogenləşdirilmiş yağlar (trans yağlar) pəhriz üçün təhlükəli, doymamış yağ hesab olunur.

7. Bitki yağı qarışığı olan digər yağlar da ciddi xəstəliklərə səbəb olur.

Florida Tibb Kollecinin qurucusu Ava Rockwell deyir: "Məsələn, qarğıdalı, kolza və soya kimi yağların istənilən qarışığı dəhşətli iltihaba səbəb olur və ürək-damar xəstəliklərinin əsl səbəbidir".

Bütün bunlardan sonra isə sual yaranır: - Bəs Azərbaycanda bu yağlarla bağlı vəziyyət və maarifləndirmə işi necədir?

3 il əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri satışa çıxarılan keyfiyyətsiz yağların tərkibində insan orqanizmi üçün təhlükəli maddələrin aşkar olunduğunu demişdi.

O, Azərbaycanda 12 adda yağın tərkibində trans yağların miqdarının normadan yuxarı olduğunu açıqlayaraq, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki, Tovuz Regional bölmələrində bu yağların ekspertizaya cəlb olunduğunu bildirmişdi. Amma nədənsə, AQTA 12 adda olan təhlükəli tərkibli yağların adlarını indiyədək istehlakçılara açıqlamır.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO