Ürək xəstəliklərindən əziyyət çəkənlərə SEVİNDİRİCİ XƏBƏR – Bu “balıq” sizi sağaldacaq

Harvard Universitetinin alimləri insanın ürək hüceyrələrindən istifadə edərək balıq formasında biohibrid cihaz hazırlayıblar. Onun sayəsində doğuşdan yaranan ürək qüsurları və ritm pozğunluqlarının aradan qalxa biləcəyi gözlənilir. 

Bizim.Media xəbər verir ki, ürək xəstəliklərinin bir çoxunun müalicəsi üçün istifadə olunacaq sözügedən cihaz “biohibrid balıq” adlanır.

Balıq kimi üzən süni robot cihaz süni ürəklərə yol açmaq qabiliyyətinə malikdir.

“Science”(elm) dərgisində yayımlanan araşdırmada robot balığın 1sm ölçüdə plastik üzgəclərə və kağız onurğaya sahib olduğu qeyd olunub.

İlk baxışda adi balıqdan fərqlənməyən cihaz zebra balığı formasında yaradılıb. Alimlər bunun güclü bir elektron vasitə olduğunu qeyd etməklə yanaşı, həm də süni ürək hazırlanmasında önəmli bir addım olduğuna inandıqlarını diqqətə çatdırıblar.

Doğuşdan gələn ürək qüsurlarını müalicə edəcək...

Harvard Universitetinin  Con A. Paulson Mühəndislik və Tətbiqi Elmlər məktəbinin tədqiqatçı yazarı Kit Parker məqsədlərini belə açıqlayıb:

"Bizim əsas məqsədimiz uşaqlarda anadangəlmə qüsurlu ürəyi əvəz edəcək süni ürək yaratmaqdır. Ürək toxuması və ya ürəyin yaradılması ilə bağlı işlərin əksəriyyəti, o cümlədən bizim gördüyümüz bəzi işlər anatomik xüsusiyyətlərin və ya ürəyin sadə döyüntülərinin işlənmiş toxumalarda təkrarlanmasına yönəlib. Ancaq burada ürəyin biofizikasını yenidən yaratdıq ki, bunu etmək daha çətindir”.

Bəs kök hüceyrə nədir?

Alimlər biohibrid balıqlarını insanın kök hüceyrələrindən əldə edilən kardiomiositlərdən (ürəkdə yığılma qüvvəsi hazırlayan hüceyrələr) hazırlayıblar. Kök hüceyrə - əzələ hüceyrəsindən beyin hüceyrəsinə qədər bədəndə özəl hüceyrələrə çevrilmə qabiliyyətinə malik hüceyrələrə deyilir. Əvvəlki cihazlardan fərqli olaraq biohibrid balıq quyruq hüceyrəsinin hər iki tərəfində bir dənə olmaq şərtilə ikiqat əzələ hüceyrəsinə sahibdir. Bununla əlaqədar olaraq əzələ hüceyrələrinin bir tərəfi daraldığı zaman digər tərəf uzanır.

Tədqiqatçıların fikrincə, insan müdaxiləsi tələb etməyən bu “qapalı sistem” 100 gündən çox davam edə bilər. Təəssüratlara görə, kardiomiosit hüceyrələri yetişdikcə ilk ayda balığın əzələ daralma amplitudası, maksimum üzmə sürəti və əzələ koordinasiyası artır.
İlkin nəticədə biohibrid balığın üzmə sürəti zebra balığının üzmə sürəti gücünə çatıb.


Ürək ritmi pozğunluğu olanlara da kömək edə bilər

Digər tərəfdən, tədqiqat müəllifləri kök hüceyrələrdən yetişdirilən süni ürəyin aritmiyalı insanlara kömək edə biləcəyini vurğulayıblar. Aritmiya, ürəyin ritminin çox yavaş, çox tez və ya qeyri-müntəzəm döyünməsidir.

Leyla Şah, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

End of content

No more pages to load

RADİO