Evdə hazırlanan meyvə şirələrinin ZƏRƏRLƏRİ – Uşaqlar üçün xüsusi XƏBƏRDARLIQ

Meyvələr insan sağlamlığı üçün faydalı olsa da, meyvə şirəsi istər təzə sıxılmış, istərsə də sənaye üsulu ilə pasterizə edilmiş halda sağlamlığa zərərlidir.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli tibb elmləri doktoru Osman Ərk meyvə şirələrinin müntəzəm qəbulunun zərərlərindən danışıb.

Həkimin sözlərinə görə, bu vərdiş ciddi fəsadlara da səbəb ola bilər.

Meyvə şirələri gündəlik vitamin ehtiyacınızı ödəmək üçün asan bir yol olaraq görülsə də, mütəxəssislər meyvə şirələrinin deyil, meyvələrin özlərindən istifadəni məsləhət görürlər.

Mütəmadi olaraq meyvə şirələrinin qəbulu isə aşağıdakı fəsadlarla nəticələnə bilər.

Qanda şəkərin səviyyəsini artırır

Qlükoza ilə yanaşı, meyvələrin tərkibində fruktoza var. Fruktoza meyvə şəkəridir və meyvələrdə qlükoza və fruktoza nisbəti meyvədən və yetişmə mərhələsindən asılı olaraq dəyişir. 

Meyvələr həmçinin lif, fitonutrientlər, antioksidantlar, antikanserogen birləşmələr, vitaminlər və minerallarla zəngindir. Meyvələrin tərkibində fruktoza və qlükozanın yavaş udulmasını təmin edən pəhriz lifləri qan şəkərinin səviyyəsini sabitləşdirir. Lakin şirə halında meyvələr həmin liflərdən xeyli yoxsun olur. Həm təzə sıxılmış, həm də konservləşdirilmi. meyvə şirələrində sənaye lifi istehsalı olmadığı üçün qlisemik indeks yüksəkdir, qanda şəkər sürətlə yüksəlir, bundan sonra insulin ifrazı baş verir. İnsülin, yağları saxlayan və eyni zamanda qan şəkərini aşağı salan hormondur. Bununla əlaqədar olaraq aclıq hissi yaranır və insan yenidən yeməyə ehtiyac hiss edir. 

Buna görə də, Ümumdünya Səhiyyə Təşkilatı böyüklərin gündə 30 qramdan çox şəkər istehlak etməməsini tövsiyə edir. Bu isə kiçik bir stəkan şirəyə bərabərdir.

Konservləşdirilmiş meyvə şirələrinin sağlamlıq üçün zərərli təsirləri daha böyükdür
Kommersiya məqsədilə istehsal olunan meyvə şirələrinin tərkibində su, şəkər (saxaroza, qlükoza siropu, fruktoza siropu), turşuluq tənzimləyiciləri (limon turşusu, alma turşusu), dadlandırıcılar, boyalar (beta-karotin), antioksidantlar (askorbin) var. Belə şirələrdə əsl meyvələrin tərkibi adətən son dərəcə aşağı olur.

Uşaqların beyin və psixi sağlamlığına mənfi təsir göstərir

Elmi araşdırmalar zamanı məlum olub ki, meyvə şirələri, onların tərkibindəki boyalar və konservantlardan tez-tez istifadə edildikdə uşaqlarda hiperaktivliyə, konsentrasiyanın pozulmasına, allergiyaya və hətta xərçəngə səbəb ola bilər.

ABŞ Qida və Dərman İdarəsi (FDA) rəngləndirici əlavələrin gündəlik qəbulunun 30 milliqramdan az olmasını tələb edir. Bununla belə, qablaşdırılmış meyvə şirələri bu cür əlavələrin ən mühüm mənbəyi olmaqda davam edir. Hətta 100% olduğu iddia edilən meyvə şirələri belə, tərkibindəki əlavələr səbəbindən qanda şəkərin səviyyəsinin sürətlə artmasına və orqanizmin toksin yükünün artmasına səbəb ola bilər.

İnsulin müqavimətinə və qaraciyərin yağlanmasına səbəb olur

Meyvə şirələrinin hazırlanmasında əsasən distillə olunmamış sudan istifadə olunur. Məlumdur ki, suda çoxlu toksinlər, xüsusilə ağır metallar var. Nə qədər meyvə tərkibli olsa belə, meyvə şirəsinin tərkibindəki qlükoza və fruktoza tez qaraciyərə çataraq qaraciyərdə piylərin yığılmasına, qaraciyərin yağlanmasına və insulin müqavimətinə səbəb olur.

Bu, xüsusilə obez insanlarda nəzərə çarpır. Məhz buna görə, şəkərli içkilər piylənmənin ən böyük səbəblərindən biri hesab olunur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

End of content

No more pages to load

RADİO