Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 505 yeni yoluxma faktı qeydə alınıb, 3 028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 203 593 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2 253-ü vəfat edib, aktiv xəstə sayı 58 533-dür.
Bizim.Media