Fransada kütləvi peyvəndləmənin tarixi açıqlanıb. Belə ki, bazar günü bu ölkədə vaksinlənməyə başlanılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Fransanın Səhiyyə naziri Olivye Veran tvitter hesabında paylaşım edib.
"Bazar günü Fransada vaksinləməyə başlayacağıq. Tibbi müayinə, məlumat və razılıq alındıqdan sonra hər şeydən əvvəl həssas olanlar vaksinlənəcək",- deyə nazir qeyd edib.
Bizim.Media