Qazax şəhəri, H. Əliyev prospektində fəaliyyət göstərən, Binaliyev Soxrab Saxroddinoviçə məxsus baytarlıq aptekinin fəaliyyətində normativ hüquqi sənədlərin tələblərinin pozulduğu ortaya çıxıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sahibkar barəsində inzibati tədbir görülüb.
Qeyd edək ki, aptekdə son istifadə tarixi bitmiş baytarlıq preparatlarının satıldığı da aşkar edilib.
Bizim.Media