COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verildi

Noyabrın 10-dan 22-dək Braziliyanın Belem şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 30-cu Sessiyası (COP30), noyabrın 6-7-də isə Sessiyanın Liderlər Zirvəsi təşkil olunub.

Liderlər Zirvəsində Azərbaycan Respublikasını Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Milli Məclisin sədri Azərbaycan Respublikası adından bəyanat səsləndirib və bir sıra ölkələrin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi heyətinin COP30-da iştirakına dair mətbuat məlumatında qeyd olunub.

Bildirilib ki, COP30-un rəsmi açılış günündə COP-a sədrlik Azərbaycan Respublikasından Braziliyaya təhvil verilib. COP29-un sədri, Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP30-un açılış sessiyasında çıxış edərək ötən il Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş tarixi nəticələr, eləcə də ölkəmizin COP-a sədrlik etdiyi dövr ərzində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.

M.Babayev, həmçinin COP29-un sədri qismində COP30 çərçivəsində təşkil olunmuş bir sıra tədbirlərdə iştirak və çıxış edib, digər nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.
 

COP30-un hər iki seqmentində Xarici İşlər Nazirliyinin (XİN) heyəti də iştirak edib. Konfrans çərçivəsində XİN nümayəndə heyəti Konfransın yekununda qəbul edilməsi planlaşdırılan qərarların qəbulu istiqamətində aparılan danışıqlara cəlb edilib və 2 mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvalə olunub.


COP30-un sədri Andre do Laqo tərəfindən Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliya xarici işlər nazirinin müavini Mauricio Lyrioya verilmiş COP31-in ev sahibliyinə namizəd ölkələr olan Türkiyə və Avstraliya arasında danışıqların aparılması səlahiyyəti çərçivəsində, 12 gün ərzində aparılmış intensiv danışıqlardan sonra COP31-in ev sahibliyinin Türkiyəyə verilməsi barədə qərar qəbul edilib.

Bununla yanaşı, COP30 çərçivəsində COP sədri tərəfindən Azərbaycan və Norveç nümayəndələrinə Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake -GST) ilə bağlı sənədlərin razılaşdırılması prosesinə onun adından rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatı verilib. Bu danışıqlara Azərbaycan tərəfdən rəhbərliyi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Norveç tərəfdən isə iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen edib.

Azərbaycan və Norveç tərəfi bütün danışıq qrupları ilə apardığı müzakirələrin nəticəsində mümkün qərar layihələrinə dair tövsiyələrini COP31-in Braziliya Sədrliyinə təqdim edib və bu müzakirələr müvafiq sənədlər üzrə qərarların qəbuluna töhfə verib.

XİN heyəti, həmçinin COP29 Sədrinin Fəaliyyət Gündəliyi çərçivəsində irəli sürülmüş sülh və miqrasiya, su, səhiyyə, şəhərlər və iqlim şəffaflığı mövzularında təşəbbüslərlə bağlı 5 tədbir keçirib. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti yenilənən enerji, hidrogen və kənd təsərrüfatı təşəbbüsləri ilə bağlı bir neçə tədbirin keçirilməsinə həmtəşkilatçı qismində dəstək göstərib.

Bununla yanaşı, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq, Azərbaycan və Braziliya tərəfi qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Britaniya kralına “iPad” HƏDİYYƏ ETDİ – VİDEO

Zelenski Britaniya kralına “iPad” HƏDİYYƏ ETDİ – VİDEO

Bakının ən bahalı küçəsi bəlli oldu

Bakının ən bahalı küçəsi bəlli oldu

Həbsdə olsa da milyonlar qazanır

Həbsdə olsa da milyonlar qazanır

Pezeşkiandan QİSAS VƏDİ: "Laricaninin qanı yerdə qalmayacaq"

Pezeşkiandan QİSAS VƏDİ: "Laricaninin qanı yerdə qalmayacaq"

Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" 1/4 finala yüksəldi – VİDEO

Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" 1/4 finala yüksəldi – VİDEO

Azərbaycanda pensiya yaşı dəyişir? – Belə ola bilər…

Azərbaycanda pensiya yaşı dəyişir? – Belə ola bilər…

Aİ-95 benzin BAHALAŞACAQ?

Aİ-95 benzin BAHALAŞACAQ?

Alman evlərində niyə mətbəx olmur?

Alman evlərində niyə mətbəx olmur?

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

Xaçmazda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Xaçmazda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Ağdamda QƏZA: Xəsarət alanlar var

Ağdamda QƏZA: Xəsarət alanlar var

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

Gürcüstanda matəm ELAN EDİLDİ

Gürcüstanda matəm ELAN EDİLDİ

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

End of content

No more pages to load

RADİO