"Pfizer” və "BioNTech” şirkətləri koronavirusun "Omikron” ştamına qarşı vaksinin yenilənmiş versiyaları üzərində kliniki sınaqların başlandığını bəyan ediblər.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, tədqiqatda 18-65 yaş arası 1 420 nəfərin iştirak edəcəyi gözlənilir.
Tədqiqat iştirakçıları 3 qrupa bölünəcək:
90-180 gün əvvəl "Pfizer/BioNTech” vaksininin 2 dozası vurulmuş şəxslərə "Omikron” ştamına qarşı yenilənmiş vaksinin 1 və ya 2 dozası vurulacaq.
Sınaqlardan 90-180 gün əvvəl "Pfizer/BioNTech” vaksininin 3 dozası vurulmuş şəxslərə vaksinin köhnə və ya yenilənmiş variantının 1 dozası vurulacaq.
Peyvənd olunmamış şəxslərə isə "Omikron” ştamına qarşı vaksinin 3 dozası vurulacaq.
Qeyd edək ki, bəzi araşdırmalara görə, "BioNTech/Pfizer” vaksini yeni ştama qarşı mübarizədə 32 dəfə daha az effektiv ola bilər.
Bizim.Media