“Xroniki böyrək xəstəliklərinin cinsi ayrıseçkiliyi olmur. Azərbaycanda bu xəstəliyə təxminən 53 fazi halda kişilərdə rast gəlinir”.
Bizim.Media xəbər verir ki, bunu "TƏBİB məsləhəti" proqramında Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev deyib.
Onun sözlərinə görə, bu da kişilərin daha çox aktiv həyat tərzi ilə bağlı xarici təsirlərə, soyuqlama, iltihabi proseslərə məruz qalması ilə əlaqədardır.
Bizim.Media