Yanvarın 14-də Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Alman-Azərbaycan Ginekologiya Günü” adlı tədbir keçiriləcək.
Bizim.Media-nın məlumatına görə, tədbirdə Almaniyanın Göte Universiteti Frankfurt Xəstəxanasının və Azərbaycanın Milli Onkologiya Mərkəzinin mütəxəssisləri ginekoloji xəstəliklər zamanı müasir müalicə üsullarını əhatə edən mövzularla çıxış edəcəklər.
“Alman-Azərbaycan Ginekologiya Günü” tədbiri hibrid formatda baş tutacaq və “Zoom” platforması üzərindən də yayımlanacaq.
Bu linkdən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz.
Bizim.Media