Rusiyada noyabrda koronavirusa yoluxub sağalmış qadının dırnaqlarında qəribə simptomlar baş verib.
Bizim.Media "RİA Novosti"-yə istinadən xəbər verir ki, bir müddət öncə koronavirusdan müalicə alan 35 yaşlı qadın gecə klubunda bilyard oynayan zaman dırnaqlarının fosforlaşıb işıq saçdığını görüb.
Qadın bu haldan qorxuya düşərək, koronavirisun bədənində hansı dəyişiklik yaratdığını araşdırmaq üçün xəstəxanaya müraciət edib.
Lakin həkimlər baş verənlərə heç bir tibbi izahat verə bilməyiblər.
Bizim.Media