Azərbaycanda koronavirus infeksiyasının yeni “Omikron” ştamına yoluxma faktı aşkarlanmayıb.
Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Mərkəzdən qeyd olunub ki, yeni ştamma yoluxma aşkarlanarsa, ictiimaiyyətə bu barədə məlumat açıqlanacaq.
Xatırladaq ki, dünyanın 100-ə yaxın ölkəsində koronavirus infeksiyasının “Omikron” ştamı aşkarlanıb. Artıq Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları var.
Bizim.Media