Yerli araq içəndə niyə başımız ağrıyır? – Mütəxəssisdən CAVAB

Azərbaycan istehsalı olan spirtli içkilərə istehlakçıların inamının yüksək olduğunu söyləyə bilmərik. Bu səbəbdən də, ölkəmizdə xaricdə, xüsusilə də, Rusiya, Ukrayna və Belarus istehsalı olan markalar ilk seçim halına gəlir.

Ələxsus da, araq seçimi müzakirə mövzusu olduqda, yerli istehsal olan məhsullar geri çevrilir.

Doğrudur, araq istehsal edən firmalar yeni texnologiyalardan istifadə etmələri ilə bağlı məlumatlar yayırlar. Lakin yerli araqların keyfiyyətinin hələ də istənilən səviyyədə olmadığı istehlakçılar üçün aksiomadır. 

Digər önəmli nüans isə, kustar üsullarla hazırlanmış saxta içkilərin piştaxtalarda mövcudluğudur.
 

MÖVZU İLƏ BAĞLI:

Arağın orqanizmə 10 faydası var imiş - 18+


Bəs, təmiz arağı, keyfiyyətsizdən necə fərqləndirə bilərik?

Bu sualı Bizim.Media üçün cavablandıran qida üzrə baş mütəxəssis Ağa Salamov arağın keyfiyyətinin necə anlaşıla biləcəyi ilə bağlı detallı məlumat verib: 

“Təmiz araqlar nisbətən qatı olmalı, qəbul zamanı ağızda qaymaq kimi dad hiss olunmalıdır. Kustar üsulla hazırlanmış araqlarda isə kəskin acılıq hiss olunur. Fikir vermisinizsə, içən zaman insanların üzü turşuyur, özlərini pis hiss edir və həmin andaca boğazdakı yanğını azaltmaq üçün qəlyanaltı axtarırlar.

Bu keyfiyyətin aşağı olmasından xəbər verir. Ona görə də, istehlakçılar bilməlidirlər ki, ucuz araqların keyfiyyəti də aşağı olur. Bunun üçün bəlli firmaların qida güvənliyi sertifikatı ilə təmin olunmuş məhsullara üstünlük verilməlidir”.

Ekspert, keyfiyyətli araqların buzxanaya qoyulmadan qəbul oluna biləcəyini də qeyd edib:

“Digər bir nüans isə, araqların çox zaman buzxanaya qoyulması ilə bağlıdır. Bunun əsas səbəbi, aşağı tempraturda arağın nisbətən qatılaşması və acılığını aparmasıdır. Lakin təmiz araqları sərin halda içmək yetərlidir. 

“Samaqon”lar...

Ağa Salamov “samaqon”larla bağlı da fikirlərini bölüşüb:

“Meyvələrdən hazırlanan “samaqon” kimi tanınan araqlarla bağlı da təhlükələr mövcuddur. Bir sıra hallarda tibbi məqsədlər üçün həkimlər tərəfindən “samaqon” qəbulu məslhət görülür. Bu cür araqlar bir çox hallarda kustar üsullarla ev şəraitində hazırlanır. Lakin istənilən halda araqların ttexnoloqların nəzarəti altında hazırlanması vacibdir”.

Müsahibimiz Azərbaycanda istehsal olunan araqların keyfiyyətinin yüksəldilməsi məqsədi ilə dekabrın 14-də qəbul olunan AZS 904-2021 “Araq və xüsusi araqlar. Ümumi texniki şərtlər.” adlı standartla bağlı da fikirlərini bölüşüb.

“Azərbaycanda bu cür yoxlamalarla bağlı çox standartlar qəbul olunub. Lakin bunların praktikada heç bir fəaliyyəti yoxdur. Yəni mən buna inamıram. Çünki AQTA-nın tərkibində də ictimai şura yaradıldı. Lakin dünən dönərxanada baş verən kütləvi zəhərlənmə vəziyyəti acı şəkildə nümayiş etdirdi.

Doğrudur, bu cür şuralar bütün ölkəyə nəzarət etməyin mümkün olmayacağını bəhanə gətirirlər. Lakin mütəmadi monitorinqlərin aparılması üçün inspektorlar ayrılmalıdır.

Necə olur ki, xeyli sayda işçisi olan bir qurum bir şəhərə nəzarət edə bilmir. Yəni dildə bu cür standartlar yaradıla bilər, lakin əməldə....

Bu səbəbdən də yeni standartların araqların keyfiyyəti ilə bağlı hər hansı müsbət dəyişikliklərə gətirib çıxaracağı inandırıcı görünmür”.

Qeyd edək ki, dekabrın 14-də Azərbaycanda istehsal olunan araqların keyfiyyətinin yüksəldilməsi məqsədi ilə yeni standart qəbul olunub.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əvvəl lağ edirdilər, indi bizdən nümunə götürürlər – Rusiya qohum evliliyini qadağan edəcək?

Əvvəl lağ edirdilər, indi bizdən nümunə götürürlər – Rusiya qohum evliliyini qadağan edəcək?

Tatarıstan müftisi ChatGPT-dən şikayət etdi: Qurandan bəzi sözləri təhrif edir - VİDEO

Tatarıstan müftisi ChatGPT-dən şikayət etdi: Qurandan bəzi sözləri təhrif edir - VİDEO

Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərə vəsait AYIRACAQ?

Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərə vəsait AYIRACAQ?

Britaniyada rus casusları saxlanıldı

Britaniyada rus casusları saxlanıldı

Solovyov Rusiyanın məxfi bazasını üzə çıxardı - Foto

Solovyov Rusiyanın məxfi bazasını üzə çıxardı - Foto

Avropa İttifaqının komissarı: “Bu gün İlham Əliyev ilə açıq fikir mübadiləsi apardıq” – FOTO

Avropa İttifaqının komissarı: “Bu gün İlham Əliyev ilə açıq fikir mübadiləsi apardıq” – FOTO

Qadının iş yerində yıxılaraq ölməsi ilə bağlı YENİ DETALLAR

Qadının iş yerində yıxılaraq ölməsi ilə bağlı YENİ DETALLAR

Bu valyuta mübadilə məntəqələri qaydaları pozdu

Bu valyuta mübadilə məntəqələri qaydaları pozdu

Zəngəzur dəhlizi ilə silah da DAŞINACAQ?

Zəngəzur dəhlizi ilə silah da DAŞINACAQ?

Cem Yılmazın keçmiş həyat yoldaşı xəstəxanaya yerləşdirildi – FOTO

Cem Yılmazın keçmiş həyat yoldaşı xəstəxanaya yerləşdirildi – FOTO

Qlobal böhran TƏHLÜKƏSİ – Bu sahələr xüsusi RİSK ALTINDADIR

Qlobal böhran TƏHLÜKƏSİ – Bu sahələr xüsusi RİSK ALTINDADIR

Makrondan SENSASİON ADDIM – Arvadının kişi olmadığını fotolarla SÜBUT EDƏCƏK

Makrondan SENSASİON ADDIM – Arvadının kişi olmadığını fotolarla SÜBUT EDƏCƏK

Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO

Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO

"Uzak şehir"ə görə bu serialın yayım günü dəyişdi

"Uzak şehir"ə görə bu serialın yayım günü dəyişdi

“Boeing Dreamliner” aviasimulyatorunda özünüzü kapitan kimi sınamaq şansı! – VİDEO

“Boeing Dreamliner” aviasimulyatorunda özünüzü kapitan kimi sınamaq şansı! – VİDEO

Əli Əsədov İlham Əliyevin ən xoş arzularını Sadır Japarova çatdırdı -FOTO

Əli Əsədov İlham Əliyevin ən xoş arzularını Sadır Japarova çatdırdı -FOTO

Millimiz FİFA reytinqində GERİLƏDİ – SİYAHI

Millimiz FİFA reytinqində GERİLƏDİ – SİYAHI

AYNA-nın problemləri həll etməyə marağı yoxdur — AÇIQLAMA

AYNA-nın problemləri həll etməyə marağı yoxdur — AÇIQLAMA

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib – FOTO

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib – FOTO

Formula 1-də təhlükəsizliyi onlar təmin edəcək - FOTO

Formula 1-də təhlükəsizliyi onlar təmin edəcək - FOTO

Həkim kimi adı siyahıda olmayan Dilqəm Məhərrəmov bu yola əl atdı – FOTO

Həkim kimi adı siyahıda olmayan Dilqəm Məhərrəmov bu yola əl atdı – FOTO

Türk Dövlətləri Təşkilatına Azərbaycan SƏDRLİK EDƏCƏK

Türk Dövlətləri Təşkilatına Azərbaycan SƏDRLİK EDƏCƏK

Azərbaycanda ən çox uşaq ölümü hansı illərdə qeydə ALINIB? – İNFOQRAFİKA

Azərbaycanda ən çox uşaq ölümü hansı illərdə qeydə ALINIB? – İNFOQRAFİKA

Pentaqon ABŞ küçələrində 35 minədək hərbçi yerləşdirdi – NƏ BAŞ VERİR?

Pentaqon ABŞ küçələrində 35 minədək hərbçi yerləşdirdi – NƏ BAŞ VERİR?

End of content

No more pages to load

RADİO